Daha bir dinc sakin erməni gülləsinə tuş gəldi - FOTO

Daha bir dinc sakin erməni gülləsinə tuş gəldi FOTO

Ermənistan Silahlı Qüvvələrinin əkin sahələrini atəşə tutması nəticəsində bir nəfər dinc sakin yaralanıb. Düşmən Ağdamın işğal olunmuş Şotlanlı və Tərtərin Seyid Sulan kəndindən Tərtər rayonun Qapanlı kəndini atəşə tutması nəticəsində əkin sahəsində traktorla çalışan 1987-ci il təvəllüdlü Əliyev Namiq Nofəl oğlu yaralanıb.
Hadisə kənd sakinlərinin sahədən ot bağlamalarını topladığı vaxt baş verib. Düşmən aydın gördüyü sakinləri dayanmadan atəşə tutub. İdarə etdiyi traktordan yerə düşən Namiq Əliyev güllədən yayına bilməyib. Yaralı Tərtər MRX-ya çatıdırılıb. Həkimlər yaralıya cərrahi əməliyyat vasitəsilə tibbi yardım göstəriblər.
Kənd sakinlərinin sözlərinə görə, ermənilər kəndi son vaxtlar dayanmadan atəşə tutur. Bu isə zərərsiz ötüşmür.

Elgün Rəhimov

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !