Ağdamda yol qəzası törədən avtomobillər uşaq bağçasına girdi - FOTO

Ağdamda yol qəzası törədən avtomobillər uşaq bağçasına girdi FOTO

Bu gün axşam saatlarında Ağdamın xındırıstan kəndində yol qəzası baş verib. Qəza rayonun Quzanlı-Əfətli yolunun Xındırıstan kəndindən keçən sahəsində törənib. Beləki yüksək surətlə hərəkət edən, 90 UG 086 dövlət nömrə nişanlı Mersedes-benz markalı minik maşını, Xındırıstan kənd sakini Aslanov Habil Sabir oğlunun idarə etdiyi, 10 HX 125 dövlət nömrə nişanlı VAZ-2107 markalı minik maşınına çırpılıb. Çırpılmanın qüvvətli olması səbəbindən hər iki avtomaşın yolun kənarında yerləşən uşaq baxçasının hasarını dağıdaraq baxçaya daxil olublar. Qəza zamanı Mersedesin sürücüsü, Bakı şəhər sakini yaşa Yaşar Hüseynov ciddi xəsarət almasada, ikincinin sürücüsü ağır bədən xəsarətləri ilə Ağdam rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir.
Xəstəxanadan AzPRESS-ə verilən məlumata görə xəstə Aslanov Sabirin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Elgün Rəhimov 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !