Cəbhə aslanından gələcək qəhramana nəsihət - FOTO

Cəbhə aslanından gələcək qəhramana nəsihət FOTO

Milli Qurtuluş Günü ilə əlaqədar olaraq, Milli Ordumuzun Tərtər rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinə yollanmışdıq. Hər kəs kimi bizdə isdəyirdik ki, xalqımızın əlamətddar gününü əsgərlərlə bir yerdə keçirək. Axı onlar bütün günlərini bizə həsr edərək keşiyimizdə dayanırlar...? Mənzil başına çatdığımız zaman orada əsl bayram əhval ruhiyyəsinin şahidi olduq. Çal-çağırlı, çalıb-oynamalı, deyib-gülməli bir abu hava yaşanırdı hərbi hissədə. üzü gülürdü mehmetciklərin... Baxdıqca qurur duyurdum hər biri ilə... çünki, onlar düşmənlə üz-üzə, göz-gözə dayanaraq gözlərini qırpmadan gecələrini gündüz edirlər. Gözlərinin dərinliklərində yuxusuzluq, yorğunluq əvəzinə yağı düşmənə qarşı nifrət görünürdu hər birinin qəhraman üzündə. Eynilə Şirin Mirzəyev, Yelmar Edilov, Mübariz İbrahimov və digər qəhramanlarımız kimi... Orada bir başqa aləmdə, bir başqa dünyada hesab edirdim özümü. hərdən eşidilən atəş səsləri mənə cəphə bölgəsində olduğumu xatırladırdı. Mehmetciklərin cavab atəşləri də, gecikmirdi. Atəş səsləridə qururlu səslənirdi əsgərlərimizin. Sanki hərbir güllə səsi bağıraraq Azərbaycan Respublikasına xidmət edirəm! deyirdi... elə əsgərlərimizin özləri kimi...
Birdən gözlərim topluluqdan biraz kənarda dayanan bir gəncə sataşdı. O, bir zabitlə söhbət edir, dayanmadan suallar verirdi. Zabit isə gülərüzlə son dərəcə təmkinlə cavablandırırdı gəncin sualların. Qartal tək vüqarlı görünən gəncin kimliyi məndə böyük marağa səbəb oldu. Asdaca onlara yaxınlaşdım və anladım ki, o öz zabit atası ilə görüşə gəlib. əslində buna görüş deməzdim... sanki o, Hərbi Akademiyada məlliminin qarşısında oturaraq dərs alırdı. Xeyli müddət onların dialoqlarını dinlədim. Nə ata zabitlik qururundan qalırdı... nədəki, övladı zabit olmaq hislərindən əl çəkirdi... Sanki, Qatırməmməd ləqəbli Milli qəhramanımız Yaqub oğlu Canpoladla söhbət edirdi. Atayla oğlun dialoqu həmkarım Şöhrət Eyvazovada qururlu anlar yaşadırdı. Heç oda ayırmaq isdəmədi onları öz aləmlərindən. Çaşqınlığımdan adlarını belə soruşmağı unutdum qəhramanlarımın. Qarşısında dayandığım qururlu mənzərə mənə tanınmış şairimiz Bəhmən Vətənoğlunun bir şerini xatırlatdı...

Qaçqınlıq insana şərəf şan deyil,
Ah-nalə çəkməklə vətən qayıtmaz.
Ağlamaq kişiyə yaraşan deyil,
Göz yaşı tökməklə vətən qayıtmaz

 

Sən misri qılıncı öpəsən gərək,
düşməni hininə təpəsən gərək,
cəsarət toxumu səpəsən gərək!
Qorxaqlıq əkməklə vətən qayıtmaz

 

Haqqı haqdan gərək umasan oğul,
Yağının yolunu yumasan oğul.
cumsan, şahin kimi cumasan oğul
Qaz təki səkməklə vətən qayıtmaz.

 

Aldanma yağının yalan sözunə,
Şimşəy ol başına, ox ol gözunə.
Dağın bu üzündən, o biri üzünə,
Düşmənə söyməklə vətən qayıtmaz

 

O ellər öz elim obamdı deyib,
O yerlər öz yurdum yuvamdı deyib,
Koroğlu doğmaca babamdı deyib,
Özünü öyməklə vətən qayıtmaz.

 

Özündə Koroğlu hünəri olsa,
Sözündə Koroğlu kəsəri olsa,
Dizində Koroğlu təpəri olsa,
Əmin ol ki, sən qayıdar vətən!

 

Ruhun şad olsun ay Vətənoğlu! Səndə əmin ol ki, ən yaxın zamanlarda vətən yağı düşmən işğalından azad olacaq. Çünki, Dünyada kifayyət qədər söz sahibi olan ölkəmizin günü-gündən güclənən ordusu var...
Elgün Rəhimov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !