Ağdamda Milli Qurtuluş Günü təntənəli şəkildə qeyd edildi. - FOTO

Ağdamda Milli Qurtuluş Günü təntənəli şəkildə qeyd edildi. FOTO

Quzanlı qəsəbəsindəki Ağdam Dram Teatrında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzmüşlər.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Ağa Zeynalov, Milli Məclisin deputatı Elman Məmmədov və başqaları 21 il əvvəl respublikamızın ictimai-siyasi həyatında baş vermiş hadisələrdən söhbət açmışlar. Bildirilmişdir ki, 90-cı illərin əvvəllərində Azərbaycan torpaqlarının işğala məruz qaldığı, ölkənin parçalanmaq təhlükəsi ilə üzləşdiyi, vətəndaş qarşıdurmasının yarandığı bir vaxtda ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq qarşıdurmaya, siyasi hərc-mərcliyə son qoymuş, respublikada siyasi sabitliyə nail olunmuşdur.
Çıxışlarda 1993-cü ilin 15 iyunu müstəqil Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilmiş, ümummilli liderin ölkəmizin parlaq gələcəyi naminə müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılmışdır.
Tədbir konsert proqramı ilə davam etmişdir. İştirakçılar Xalq artisti Nisə Qasımovanın ifasında təqdim olunan musiqi nömrələrini böyük maraqla dinləmişlər.
Elgun Rəhimov 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !