Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivi ilə görüşüb -

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivi ilə görüşüb

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2014-cü il iyunun 11-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivi ilə görüşmüşdür.
Yeni nəslin estetik və mənəvi tərbiyəsində uşaq teatrlarının rolunu müzakirə etməzdən əvvəl görüş iştirakçıları italyan nağılı əsasında hazırlanmış K.Kollodinin "Pinokkio" tamaşasına baxmışlar.
Müzakirələrə tamaşadan doğulan təəssüratlarını bölüşməklə başlayan nazir Əbülfəs Qarayev "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının teatrın yaradıcılıq istiqamətinin, repertuar siyasətinin və teatrın inkişaf prioritetlərinin müəyyənləşdirilməsində mühüm rol oynadığını qeyd etmiş və bildirmişdir ki: "Hazırkı Azərbaycan insanı yeni ictimai, sosial, mədəni mühitdə yaşayır. Bu şəraitdə sənət əsərlərinə müasir baxımdan yanaşmaq olduqca vacibdir. Uşaqlar üçün səhnə əsərlərinin yaradılması, onların peşəkar ifası çətin və məsuliyyətli işdir. Dövlət Kukla Teatrının yaradıcı kollektivi, eyni zamanda teatrın maddi-texniki bazası uğurlu səhnə əsərləri yaratmağa imkan verir. Lakin, burada bir çox başqa mətləblər də vardır. Belə ki, yüksək estetikaya malik kuklaların yaradılması, Kukla Teatrının səhnəsi üçün pyeslərin yazılması, peşəkar ifa, əlbəttə ki, balaca tamaşaçıların tamaşaya cəlb edilməsi kompleks şəkildə nəzərdən keçirilməlidir. Unutmaq lazım deyil ki, bu günün tamaşaçısı bir çox mədəni dəyərlər haqqında düşüncələrin formalaşdığı XX yüzilliyin deyil, yeni əsrin, yeni eranın insanıdır. 20 ildən sonra sizin bugünkü tamaşaçılarınız ölkənin quruculuq işlərində əsas söz sahibi olacaqlar. Bunu heç zaman unutmaq olmaz. Deməli, biz uşaqlar üçün tamaşalar hazırlayarkən müasir işıq, səs effektlərindən, ən müxtəlif informasiya daşıyıcısı növlərindən, kompüter texnikasından məharətlə istifadə etməyi bacarmalıyıq."
Nazir Əbülfəs Qarayev daha sonra qeyd etmişdir ki: "Təsadüfi deyil, 7-8 il bundan öncə teatrların təmirinə start verilərkən Kukla Teatrını birinci olaraq təmir və bərpa etdik və yəqin xatırlayırsınız, onun açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Mehriban xanım Əliyeva iştirak etdilər. Bu, bizim dövlətimizin uşaqların inkişafı ilə bağlı hər bir məsələyə həssas yanaşdığının bariz nümunəsidir. Biz bundan sonra da Dövlət Kukla Teatrının problemlərinin həllinə yardımçı olacağıq, amma bununla belə dediyim kimi, müasir mərhələdə teatr kollektivi təşəbbüskar olmalı, daim yaradıcılıq axtarışlarına istinad etməlidir."
Sonra nazir Əbülfəs Qarayev toplantı iştirakçılarının fikirlərini dinləmiş, qaldırılan məsələlərə aydınlıq gətirmişdir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !