İqtisadiyyat və sənaye naziri Ağdamda vətəndaşları qəbul edib - FOTO (YENİLƏNDİ)

İqtisadiyyat və sənaye naziri Ağdamda vətəndaşları qəbul edib FOTO (YENİLƏNDİ)

Dövlət başçısının tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir, vətəndaş müraciətləri dinlənilir, qaldırılan məsələlərin və təkliflərin operativ həlli üçün müvafiq tədbirlər görülür.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin vətəndaşlarla növbəti görüşü Ağdamın Quzanlı qəsəbəsində keçirilmişdir.
Qəbuldan əvvəl nazir Şahin Mustafayev Ümummilli Lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini ziyarət etmiş, Ulu Öndərin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri düzmüşdür.
Ağdam Olimpiya İdman Kompleksində təşkil olunmuş qəbulda nazir Şahin Mustafayev Xocavənd, Ağdam və Ağcabədi rayonlarından olan vətəndaşların müraciətlərini və təkliflərini diqqətlə dinləmişdir.
Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, kredit ittifaqının yaradılması, istehsal və emal müəssisələrinin təşkili, əkin sahələrinin suvarılması üçün şəraitin yaradılması, artezian quyunun qazılması, musiqi kolleci üçün yeni binanın tikintisi, məktəb binasında əlavə infrastrukturun yaradılması, uşaq bağçasının təmiri və ya yeni binanın tikintisi, kənd yolunun çəkilişi, xalçaçılıq müəssisəsinin yaradılması, sosial və s. məsələlərlə bağlı müraciət etmişlər. Qəbul zamanı vətəndaşların bir sıra müraciətləri yerindəcə həllini tapmış, digər məsələlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin aidiyyəti struktur bölmələrinə tapşırıqlar verilmişdir. İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.
Qəbul zamanı sahibkarlarla regionun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi barədə müzakirələr aparılmış, onların təklifləri dinlənilmiş, heyvandarlıq, quşçuluq, istixana və balıqçılıq təsərrüfatlarının yaradılması, süd emalı müəssisənin təşkili və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilmişdir.
Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilmiş, hər bir vətəndaşın müraciətinə diqqətlə və fərdi yanaşılmış, müraciətlərin qanunauyğun və operativ həlli üçün müvafiq tədbirlər görülmüşdür.
Ümumilikdə, qəbulda 100-dən çox vətəndaş iştirak etmişdir.
Qeyd edək ki, Ağdamda təşkil edilmiş vətəndaş qəbulu iqtisadiyyat və sənaye nazirinin bölgələrdə keçirilən sayca 20-ci qəbuldur. Vətəndaşların qəbulu barədə ictimaiyyətin ətraflı məlumatlandırılması məqsədilə əvvəlcədən kütləvi informasiya vasitələrində elanlar verilmiş və qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilmişdir. Vətəndaşlar Nazirliyin office@economy.gov.az elektron poçt ünvanı və əlaqə nömrələri, 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin, Nazirliyin internet və facebook səhifələri vasitəsilə qəbula yazılmışlar.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya, bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !