Azərbaycan Qolf Federasiyasının və Milli Qolf Klubunun birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq milli qolf turniri keçirilir - FOTO

Azərbaycan Qolf Federasiyasının və Milli Qolf Klubunun birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq milli qolf turniri keçirilir FOTO

 AZpress xəbər verir ki, Qubadakı turnirdə Azərbaycan vətəndaşları, ölkəmizdə əmək fəaliyyəti göstərən əcnəbilər, eyni zamanda, xarici ölkələrdən gəlmiş qolf həvəskarları da iştirak edirlər.

Turnirə qatılmış 50 oyunçudan 6 nəfəri həvəskar xanım qolfçudur.

Turnirdə I, II, III yerləri qazanmış oyunçular kubok və müxtəlif mükafatlarla təltif olunacaqlar.

Milli qolf turnirinin qalib üçün ayrılmış əsas mükafat “BMW X1” markalı avtomobildir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !