Natiq Əliyev: "Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü layihəsinin reallaşdırılması ölkənin enerji təhlükəsizliyini möhkəmləndirəcək -

Natiq Əliyev: "Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü layihəsinin reallaşdırılması ölkənin enerji təhlükəsizliyini möhkəmləndirəcək”

Azərbaycan Respublikasının Energetika naziri cənab Natiq Əliyev Bakıda keçirilən XXI “Beynəlxalq Xəzər Neft və Qaz-2014” Beynəlxalq Konfransındakı çıxışında bildirib ki, "Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü" layihəsinin reallaşdırılması Qara dəniz elektrik enerjisi halqasının inkişafına öz töhfəsini verəcək ki, bu da Azərbaycana öz enerji təhlükəsizliyini daha da möhkəmləndirməyə imkan yaradacaq”. Nazirin sözlərinə görə, son illər ərzində Azərbaycan elektrik enerjisi sahəsində böyük uğurlara nail olub, eləcə də ölkədə 15-dən artıq elektrik stansiyası tikilib və yenidən qurulub. Cənab Natiq Əliyev qeyd edib ki, Azərbaycanın enerji sisteminin qonşu ölkələrin analoji enerji sistemləri ilə birləşdirilməsi üzrə fəal işlər görülür. O cümlədən Azərbaycan, Rusiya və İranın enerji sistemlərinin paralel işinin təmin olunması üçün geniş fəaliyyət göstərilir. "Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü" layihəsi çərçivəsində aparılan texniki işlər Türkiyəyə, perspektivdə isə Avropaya elektrik enerjisi ixracının təmin edilməsinə imkan verir. Azərbaycan Respublikasının Energetika naziri cənab Natiq Əliyev onu da qeyd edib ki, Azərbaycan Avropaya qaz ixracına başlanmasının astanasındadır. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !