Şükufə Yusupova yubileyini Musiqili Teatrın səhnəsində qutladı - FOTO

Şükufə Yusupova yubileyini Musiqili Teatrın səhnəsində qutladı FOTO

Mayın 29-da Azərbaycan Dövlət Musiqili Teatrında N.Qoqolun “Evlənmə” tamaşası göstərildi. Bu dəfə tamaşanın finalı fərqliliyilə seçildi. Belə ki, artıq üç ildir ki, teatrın repertuarında olan səhnə əsəri növbəti nümayişi respublikanın xalq artisti Şükufə Yusupovanın yubileyinə həsr edildi.
Xatırladaq ki, Şükufə Yusupova, “Evlənmə” tamaşasında Fiokla İvanova rolunda çıxış edir.
Tamaşanın sonunda sənət yoldaşları, teatrın direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev aktrisanı elə səhnədəcə təbrik etdilər.
“Şükufə Yusupova Azərbaycan teatrının ən istedadlı aktrisalarından biridir. Onun ad gününü ilk bizim teatr, dar çərçivədə qeyd etdi. Bu gün ikinci qutlamadır və bu sevinci aktrisa, onu sevən siz tamaşaçılarla paylaşır...” – deyə Əlisiqmət Lalayev öz düşüncələrini paylaşdı.
Seyrçilərin alqışı və atəşfəşanlıq sədaları ilə səhnədə doğum günü tortu kəsildi. Bayram sevinci, sənət xadimlərinin iştirakı ilə artıq pərdə arxasında davam etdi.

 

EVLƏNMƏ

(İki hissəli qeyri-adi məzəli hadisə)


 

 Quruluşçu rejissor Bəhram Osmanov
Əməkdar İncəsənət Xadimi
Musiqi rəhbəri və
quruluşçu dirijor Yalçın Adıgözəlov
Əməkdar İncəsənət Xadimi
Dirijor Fəxrəddin Atayev
Quruluşçu rəssam Nabat Səmədova
Quruluşçu baletmeysterlər Zakir Ağayev
Yelena Ağayeva
Rejissor assistentləri Elməddin Dadaşov

 




Yeni quruluşda ilk tamaşa “23 ”fevral “ 2011-ci ildə oynanılmışdır
________________________________________________________ _

Teatrın baş rejissoru Yusif Əkbərov
__________________________________________________ _______
2013-2014-ci il teatr mövsümü

ROLLAR VƏ İFAÇILAR:

Fiokla İvanova Şükufə Yusupova
Xalq Artisti

Aqafiya Tixonovna Gültac Əlili

Anuçkin Ramiz Məmmədov
Xalq Artisti
Arina Ponteleymonovna Emma Məlikova
Əməkdar Artist
Poqkolyosin Qurban İsmayılov
Əməkdar Artist
Koçkoryov Çingiz Əhmədov
Əməkdar Artist

Jevakin Ziyadxan Cəbrayılov

Dunyaşka Türkel Şabanova

Starikov Möylə Mirzəliyev

Yaiçnitsa Elxan İsmayılov

Stepan Məhərrəm Qurbanov

Akardionist Elməddin Dadaşov


BƏDİİ YARADICI HEYƏT :


Baş dirijor Nazim Hacıəlibəyov
Əməkdar İncəsənət Xadimi

Ədəbi hissə müdiri Telli Pənahqızı
Əməkdar Mədəniyyət İşçisi

Truppa müdiri Vidadi Həsənov

Quruluş hissə müdiri Həmid Kazımzadə

.

SEX MÜDİRLƏRİ:

Geyim Aynişan Məmmədova
Tikiş sexi Yelena Almazova
Qrim Aybəniz Hüseynova
İşıq Fuad Qədirov

Əlbəsə Kəmalə Novruzova

Butafor İqbal Əliyev

Səs və səs avadanlıqları Mehman Fərəcov
Dülgər sexi Aleksandr Şerbatov
Səhnə quraşdırması Məcid Hüseynov
Dekorçular Mirteymur Mirsəlimov

Baş inzibatçı: Sücəddin Sadiyev

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !