Qubada gənclərin zərərli vərdişlərdən uzaqlaşmaları istiqamətində icra olunan layihəyə yekun vurulub -

Qubada gənclərin zərərli vərdişlərdən uzaqlaşmaları istiqamətində icra olunan layihəyə yekun vurulub

Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İntellekt yolunu seç, pis vərdişdən kənar keç” adlı gənclər üçün mənəvi və fiziki sağlamlıq proqramlarının həyata keçirilməsi layihəsi uğurla başa çatıb.
Layihə rəhbəri Ramin Mahmudovun verdiyi məlumata görə layihənin əsas məqsədi gənclərin və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil etməklə onların pis vərdişlərdən uzaq olmalarına şərait yaratmaq və pis vərdişlərin fəsadları barədə məlumatlandırmaq olub.
Layihə Quba şəhərində və 7 kənd zonasında icra edilib.
İki hissədən ibarət layihənin birinci hissəsində yeniyetmə və gənclərə zərərli vərdişlər – siqaret, alkoqolizm, narkomaniyanın fəsadlarından bəhs edə video roliklər nümayiş etdirilib, bu istiqamətdə hazırlanmış bukletlər paylanılıb və ekspert dinləmələri keçirilib. Layihənin ikinci hissəsində isə 8 zonada yeniyetmə və gənclərin iştirakı ilə intellektual oyunlar festivalı keçirilib.
Layihə çərçivəsində Quba rayonunun Təngəaltı, II Nügədi, Zərdabi, Dağlı, Qaraçay, Qəçrəş, Hacıqayıb kəndlərində və Quba şəhər mərkəzində ümumilikdə 418 nəfər yeniyetmə məlumatlandırılıb. Layihəyə Qubanın 39 kəndini təmsil edən 41, şəhəri təmsil edən 8, ümumilikdə 49 məktəb cəlb edilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !