Ağdam rayonunun Birinci Baharlı kəndində yeni məktəb binası istifadəyə verilmişdir - FOTO

Ağdam rayonunun Birinci Baharlı kəndində yeni məktəb binası istifadəyə verilmişdir FOTO

Ağdam rayonunun cəbhə xəttində yerləşən Birinci Baharlı kəndində yeni inşa olunmuş 160 şagird yerlik məktəb binası istifadəyə verilmişdir.
AzPRESS xəbər verir ki, bu münasibətlə rayon ictimaiyyətinin, təhsil işçilərinin, valideynlərin, kənd sakinlərinin iştirakı ilə açılış mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən Milli Məclisin deputatı Bəxtiyar Əliyev və Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə müəllim, şagird və valideynləri təbrik etmiş, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışmışlar.
Tədbirdə söz alan pedaqoji kollektivin və kənd ictimaiyyətinin nümayəndələri təhsil ocağının tikilib istifadəyə verilməsinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.
Mərasimdə məktəblilərin ifasında ədəbi-bədii proqram nümayiş olunmuşdur.
Sonra tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olmuşlar. Məktəbdə fənn kabinələri, laboratoriya, komputer və sinif otaqları, akt və idman zalları, bufet, kitabxana, xidməti otaqlar, istilik sistemi yaradılmış, məktəb lazımi inventar və avadanlıqlarla təmin olunmuşdur.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !