Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü Ağdamda təntənəli qeyd edilmişdir -

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü Ağdamda təntənəli qeyd edilmişdir

Xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü Ağdamda təntənə ilə qeyd edilmişdir.
AzPRESS xəbər verir ki, rayon rəhbərliyi, tanınmış ağdamlı ziyalılar, ictimaiyyət nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi önünə çiçək dəstələri qoymuş, böyük ümummilli liderə öz sevgi və məhəbbətlərini bildirmişlər.
Axşam saatlarında Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksinin stadionunda möhtəşəm bayram konserti təşkil edilmişdir. Konsertdə rayonun minlərlə sakini respublikamızın tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla dinləmişlər.
Meydana toplaşanlar konsertdən sonra möhtəşəm bayram atəşfəşanlığını seyr etmişlər.
Elgün Rəhimov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !