İlkin küçələrin sakini, ailəsinin sahibidir - FOTO

İlkin küçələrin sakini, ailəsinin sahibidir FOTO

Tanrı hərəyə bir ömr payı və o payın içərisində yaşayacağı “Alın yazısı” nəsib edir. hərdən biz insanlar öz həyatımızdan, yasayış tərzimizdən durmadan şikayyətlənərik. Amma düşünmürük ki, bizdən yaxşıları olduğu kimi bizdən qat-qat pis yaşayanlarıda var... Düşünmürük ki, bizim elimizdə olanları xəyal belə etməyənlər də, var. Bəzən əlimizdə olanlara qane olmadan daha çoxunu isdəyər və halımıza şükür etmərik.
kardlarda gördüyünüz uşağın həyat şəraiti nə qədər ağır olsada o, mənimlə söhbət zamanı “Allaha şükür”kəlməsini dilindən salmadı...
Bu oğlanın adı İlkindir. O, Ağdam rayonunda dilənçiliklə məğul olaraq xəstə anasına və iki azyaşlı qardaş-bacısına baxır. Ailə saxlamaq İlkin üçün nə qədər erkən və çətin olsada o bunun öhdəsindən gəlməyi bacarır. O bütün həm yaşıdları kimi hər gün yuxudan tez oyanır, amma məktəbə getməyə yox, küçələrdə dilənməyə. Tezdən durur ki, evinə bir dənədə olsa çörək gətirə bilsin.
Ilkin hələ yetginlik yaşına çatmasada pis vərdişlərə yiyələnib. O parklarda yatir, siqaret çəkir hələ üstəlik içgidə içərək ictimai əsayişi pozur. O artıq bir dəfə Ağdam polis şöbəsinə çağrılaraq dindirilib. Buna səbəb isə özünün deidiyinə görə Ağdam Musiqi Kollecinin bir tələbəsinə ilişmək olub...
Ilkinin öz səhhətində ciddi problemlər olsada o, hər zaman anasını düşünür. Deyir ki, düzdü börəklərimin ağrısında gəcələr yata bilmirəm. Amma mənim sağlamlığım vacib deyil cünki, mənim başıma bir iş gəlsə qardaş bacıma baxacaq anam var. əgər anama bir şey olsa o uşaqlara sahib çıxan tapılmaz... yeri gəlmişkən ilkinin atası illər əvvəl məhkum edilib. Elə o vaxtdan ilkin ailəsinə baxmağa məcbur qalıb. Deyir ki, heç vaxt özümlə bağlı arzum olmayıb çünki bilirəm ki, o arzuları həyata keçirə bilməyəcəm. Axı qəbul olunmayacaq duaya necə amin deyim?!
İlkin məni öz evlərinə dəvət etdi. Onlar Quzanlı qəsəbəsində qəzalı vəziyyətdə olan köhnə bir binanın bir otağında yaşayırlar. Həmişəki kimi onu qapının önündə anası qarşıladı. Düzünü desək evə daxil olanadək ilkinin dediklərinə o qədərdə inanmirdım lakin evin içərisində məni qarşılayan mənzərə İlkinin nə qədər haklı olduğunu sübut elədi. Onun anası evi mümkün qədər səliqəli saxlayır. Ancaq parçalanmış divarlar, səliqəsiz çəkilmiş elektirik naqilləri və yuyulmaqdan keyfiyyətini itirmiş pərdələr İlkinin anasının bu arzusunuda puc edir. Qab-qacaq arasından görünən kiçik televizorda elə kiçik İlkinin talehi kimi ağ-qara göstərirdi.
Anasının dediyinə görə onların ailəsinə dövlət tərəfində bir qəpikdə olsun köməklik edilmir.
O deyir ki:
-Daha belə yaşaya bilmirəm axı nə qədər xəstə bir uşağın dilənçiliklə qazandığı pulla dolanmaq olar? İlkinin taylarını əlində məktəbli çantası görəndə ciyərim parçalanır...
Ümid edirəm ki, yaxın günlərdə bu ailənin qaydına qalan və merhemet əlini uzadan insan tapılar.
Elgün Rəhimov-AzPRESS 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !