Qubada gənclərin zərərli vərdişlərdən uzaqlaşmaları istiqamətində layihənin birinci mərhələsi başa çatıb - FOTO

Qubada gənclərin zərərli vərdişlərdən uzaqlaşmaları istiqamətində layihənin birinci mərhələsi başa çatıb FOTO

Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İntellekt yolunu seç, pis vərdişdən kənar keç” adlı gənclər üçün mənəvi və fiziki sağlamlıq proqramlarının həyata keçirilməsi layihəsinin birirnci mərhələsi uğurla başa çatıb.
Layihə rəhbəri Ramin Mahmudovun verdiyi məlumata görə layihənin əsas məqsədi gənclərin və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil etməklə onların pis vərdişlərdən uzaq olmalarına şərait yaratmaq və pis vərdişlərin fəsadları barədə məlumatlandırmaqdır. Layihə Qubanın 8 zonasında icra edilib.
İki hissədən ibarət layihənin birinci hissəsində yeniyetmə və gənclərə zərərli vərdişlər – siqaret, alkoqolizm, narkomaniyanın fəsadlarından bəhs edə video roliklər nümayiş etdirilib, bu istiqamətdə hazırlanmış bukletlər paylanılıb və ekspert dinləmələri keçirilib.
Layihə çərçivəsində Quba rayonunun Təngəaltı, II Nügədi, Zərdabi, Dağlı, Qaraçay, Qəçrəş, Hacıqayıb kəndlərində və Quba şəhər mərkəzində 335 nəfər gənc pis vərdişlərin fəsadları barədə geniş bilgi alıb.
Layihənin ikinci hissəsi kimi gənclərin zərərli vərdişlərdən uzaqlaşmaları istiqamətində onların asudə vaxtlarının səmərəli təşkili, intellektual oyunlara cəlb edilməsi, təhsilə marağın artırılması məqsədilə iştirakçı gənclərin arasında intellektual oyunlar festivalının final turu keçiriləcək.
May ayında Quba şəhərində baş tutacaq final oyunlarında Qubanın dağ kəndi hesab edilən Afurca, I Nügədi, II Nügədi, Zərdabi, Aşağı Atuc, Əlibəyqışlaq, İsnovqışlaq, Qəçrəş, Qımılqışlaq, Hacıqayıb kənd məktəbliləri ilə yanaşı Quba şəhər 7 və 1 saylı məktəblərinin də şagirdəri iştirak etmək hüququ qazanıb.
Gün ərzində davam edəcək festivalda iştirakçılar Nə? Harada? Nə zaman?, Xəmsə, Fərdi oyun və Breyn rinq üzrə yarış növlərində qüvvələrini sınayacaq.
Final mərhəlsində iştirakçılara layihə çərçivəsində hazırlanmış xüsusu köynəklər, qalib və mükafatçılara isə medallar, diplomlar, müxtəlif adda kitablar və kuboklar təqdim olunacaq.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !