"Zəng" filminin təqdimatı oldu - FOTO

"Zəng" filminin təqdimatı oldu FOTO

04.05.14 tarixində Beynəlxalq ticarət mərkəzinin konfrans zalında Gənc tamaşaçılar teatrının aktyoru, ssenarist Eldar İmanovun "Qonşuluqda Qısqanclıq" pyesinin əsasında çəkilmiş, quruluşcu rejissoru Səmimi Fərhad olan "Zəng"  filminin premyerası baş tutdu..

Filmin rejissorları Eko Safari və Nicat Ələsgərov, aktoyrlarla iş üzrə rejissoru Qorxmaz Əlilicanzadə, montaj və səs rejissoru isə Firdovsi A.Nəbiyevdir.

Filmin təqdimatında yaradıcı və texniki heyətlə yanaşı, tanınmış simalar, kinoşünaslar da iştirak edirdi. Respublikanın Ağaxan Salmanlı, Bakı film institutunun sədri Fehruz Şəmiyev, Respublikanın əməkdar artisti Gülüstan Əliyeva, Bəstəkar Aydın Əzimov və Türkiyədən təşrif buyurmuş rejissor Mətin Yücəl v.s

Azpress.az saytına verilən məlumata görə film tezliklə böyük tamaşaçı kütləsi üçün də təqdim olunacaq.

 

May ayının 4-də, saat 14: 00-da Eldar İmanovun “Qonşuluqda qısqanclıq” bir pərdəli pyesi əsasında çəkilmiş “Zəng” kinokomediyasının, H.Əliyev 125-də yerləşən Beynəlxalq Ticarət Mərkəzində təqdimat mərasimi olacaq. Azpress.az saytına verilən məlumatına görə, “Nano Group Production”da istehsal olunan filmin quruluşçu rejissoru Səmimi Fərhad, rejissorları isə Eko Safari və Nicat Ələsgərovdur.

Əməkdar artist Kəmalə Müzəffər, Telli Hüseynova, estrada aktyoru Qorxmaq Əlilicanzadə, Eldar İmanov, Natiq Fərzəliyev və başqalarının iştirak etdiyi bu film, yalan və böhtan xarakterli bir telefon zəngi nəticəsində üç qonşu ailə arasında düşən qeyri-adi qısqanclıq və ana dilimizin qorunmasından bəhs edir.

Onuda bildirək ki, “Nano Group Production” -nın bu ay 1 yaşı tamam olur. Buna baxmayaraq, bu az zaman ərzində " Biri vardı biri yox" teleserialı, "Siluet", "Fırça" qısametrajlı film proyektlərinə imza atmışdır. Ən son film proyekti olan "Zəng" kinokomediyasının premyerasına bütün KİV nümayəndələri dəvətlidir.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !