Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələ şəhərində vətəndaşları qəbul etmişdir -

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələ şəhərində vətəndaşları qəbul etmişdir

Aprelin 28-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Qəbələ şəhərində Qəbələ, Zaqatala, Şəki, Balakən, Qax, Oğuz, İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinlərinin qəbulunu keçirmişdir. Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 33 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir. Bundan başqa, kadr məsələləri ilə bağlı 130, şimal-qərb bölgəsində baş vermiş zəlzələnin fəsadları ilə bağlı 53 və digər məsələlərlə bağlı müraciət etmiş 106 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunmuşdur.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !