Qubada gənc yeni mediaçılar məktəbinin yaradılması layihəsinə yekun vurulub - FOTO

Qubada gənc yeni mediaçılar məktəbinin yaradılması layihəsinə yekun vurulub FOTO

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qubada gənc yeni mediaçılar məktəbinin yaradılması” layihəsinə yekun vurulub.
Layihə rəhbəri Tural Nəsirovun verdiyi məlumata görə mart ayından start götürən layihənin əsas məqsədi gənclərə yeni media alətləri barədə məlumat vermək, bu istiqamətdə gənclərin peşəkarlığının artırılmasıdır. Layihə çərçivəsində ümumilikdə 30 nəfərə yeni media, yeni media və ənənəvi medianın müqayisəli təhlili, video xəbərin hazırlanması, video və foto blogerlik, sosial şəbəkələr üzərində iş, video çəkiliş və video montaj mövzularında təlimlər keçirilib. Layihənin ikinci hissəsində təlimlərə cəlb edilmiş gənclərin təlim mövzularını necə mənimsədiklərini öyrənmək məqsədilə “Ən yaxşı videobloq”, “Ən yaxşı fotobloq” , “Ən yaxşı bloq yazısı” nominasiyaları üzrə rəmzi müsabiqə keçirilib və təqdim olunan materiallar əsasında gənclərə daha uğurlu fəaliyyət üçün tövsiyələr verilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !