Bakıda MDB Elektroenergetika Şurasının 45-ci iclası olmuşdur -

Bakıda MDB Elektroenergetika Şurasının 45-ci iclası olmuşdur

Aprelin 25-də Bakıdakı “Hilton” otelində MDB Elektroenergetika Şurasının 45-ci iclası olmuşdur.
AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, və Türkmənistanın müvafiq qurumlarının səlahiyyətli nümayəndələri iştirak etmişlər.
MDB-nin hökumətlərarası orqanı olan Elektroenergetika Şurası 1992-ci ilin fevral ayında MDB ölkələrində elektroenergetika sahəsində dövlətlərarası münasibətlərin əlaqələndirilməsi haqda saziş əsasında yaradılmışdır.
Bu təşkilatın məqsədi MDB ölkələrinin elektroenergetika sistemlərini əlaqələndirməklə istehlakçıların elektrik enerjisi ilə etibarlı təchizatını təmin etməkdir.
Qeyd etmək lazımdır ki, MDB Elektroenergetika Şurasının iclası artıq üçüncü dəfədir ki, Bakıda keçirilir. Şuranın Bakıdakı iclası ilk dəfə 2004-cü ildə, ikinci dəfə 2009-cu ildə olmuşdur.
İclasda Şuranın üzvü olan ölkələrin enerji sistemlərinin 2013-2014-cü illərin payız-qış dövründə işinin yekunları, ətraf mühitin qorunması, enerjidən səmərəli istifadə, bərpa olunan enerji mənbələri və qarşılıqlı əməkdaşlıq məsələləri nəzərdən keçirilmiş, 2015-ci il üçün tədbirlər planı müzakirə olunmuşdur.
Qeyd edilmişdir ki, Azərbaycan elektrik energetikası sahəsində ikitərəfli formatda əməkdaşlığa üstünlük verir. Məsələn, bu tədbir çərçivəsində Azərbaycan ilə Rusiya Federasiyası arasında ikitərəfli görüş keçirilmişdir. Xatırladaq ki, bu iki dövlətin elektroenergetika sistemi paralel iş rejiminin təmin edilməsi haqqında saziş çərçivəsində fəaliyyət göstərir.
Azərbaycan, Rusiya və İran ekspertləri arasında görüş olmuşdur.
İclasda BMT-nin Avropa İqtisadi Komissiyası və MDB Elektroenergetika Şurası arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanmışdır.
İclas iştirakçıları Sumqayıt elektrik stansiyasının və Sumqayıt texnologiya parkının işi ilə tanış olmuşlar.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !