İntellekt axtarışında adlı layihənin icrası uğurla nəticələndi - FOTO

“İntellekt axtarışında” adlı layihənin icrası uğurla nəticələndi FOTO

Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun maliyyə dəstəyi ilə Qəbələ rayonunda “İntellekt axtarışında” adlı layihənin icrası uğurla nəticələndi. Layihə Gənclər Fondunun elan etdiyi IV qrant müsabiqəsinin fərdi şəxslər üçün olan kateqoriya üzrə qalib olmuş Mustafayeva Vəfa Roman qızı tərəfindən icra olunmuşdur. Lahiyənin icrasına 15.02.2014-cü il tarixdən başlanmış və 15.04.2014 tarixdə bitmişdir.

Layihənin əsas məqsədi rayonda ali məktəbə hazırlaşan şahirdlərə gələcək ixtisas seçimi barədə qərar verməsinə kömək etməkdən ibarət idi. Təlimlər zamanı gənclərə ölkədə və regionda daha çox ehtiyac duyulan ixtisaslar, gələcəyin perspektivli ixtisasları, ictimaiyyətə az məlum olan bir çox ixtisasların mahiyyəti barədə məlumat verildi. Həmçinin təlim iştirakçıları təlimə dəvət olunmuş, öz həvəs və istedadına uyğun olan peşə sahəsində fəaliyyət göstərən expert qonaqların uğur hekayələri ilə tanış oldular. Təlim iştirakçılar tərəfindən çox yüksək qiymətləndilmiş və iştirakçılar uğurlu peşə seçimi ilə bağlı onlarda düzgün fikirlərin formalaşdığını qeyd etmişlər.

Layihə nəticəsində bir başa olaraq 150 nəfər gənc təlimlər vasitəsi ilə məlumatlandırıldı. İxtisas seçimi barədə müəyyən biliklər əldə etmiş rayonun müxtəlif kəndlərində təhsil alan şagirdlərin bu infоrmаsiyаnı yoldaşları ilə bölüşməsi üçün tövsiyyələr irəli sürüldü və məlumatın yayılması üçün bukletlər paylanıldı. Nəticə etibarilə təlimlərin vasitəsilə 1000-dən аrtıq abituriyentin ixtisas seçimi barədə qərar qəbul etməsində rol oynaması gözlənilir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !