Gənclərin və yeniyetmələrin ətraf mühitə diqqətinin artırılması adlı layihənin icrası uğurla başa çatmışdır. - FOTO

“Gənclərin və yeniyetmələrin ətraf mühitə diqqətinin artırılması” adlı layihənin icrası uğurla başa çatmışdır. FOTO

Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun maliyyə dəstəyi ilə Qəbələ rayonunda “Gənclərin və yeniyetmələrin ətraf mühitə diqqətinin artırılması” adlı layihənin icrası uğurla başa çatmışdır. Layihə Gənclər Fondunun elan etdiyi IV qrant müsabiqəsinin fərdi şəxslər üçün olan kateqoriya üzrə qalib olmuş Bədrəddinov Sərxan Nazim oğlu tərəfindən icra olunmuş, 15.02.2014-cü il tarixdən etibarən başlamış və 2 ay müddətində davam etmişdir.
Layihənin əsas məqsədi rayonda gənclərin və yeniyetmələrin ətraf mühitə daha həssas münasibətinin təşkili və onların ətraf mühitin qorunmasının regionun inkişafında əhəmiyyəti barədə məlumatlandırılması olmuşdur. Layihə üzrə missiya uğurla həyata keçirilmişdir. Rayonun müxtəlif kəndlərində yaşayan təhsillə maraqlı gənclərə ətraf mühitlə bağlı təlimlər keçirilmiş, onlara ətraf mühit – insan sistemi barədə məlumatlar verilmiş və ekoloji mədəniyyətin inkişafına nail olmaq üçün tədbirlər görülmüşdür.
Layihə nəticəsində birbaşa və dolayı olaraq olaraq 500-dən artıq gənc və yeniyetə ətraf mühit, ekologiya, ətraf mühitə fərdi yanaşma barədə məlumatlandırılmışdır. Təlimin iştirakçılarına ekoloji biliklərinin dərinləşdirilməsi və bölüşülməsi, həmçinin bu cür fəaliyyətin həyata keçirilməsi imkanlarından yararlanmaq barədə tövsiyyələr edilməklə layihənin davamlılığı təmin edilmişdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !