İnquşetiya Respublikası Turizm Komitəsinin sədri İRƏLİ nin qonağı olub - FOTO

İnquşetiya Respublikası Turizm Komitəsinin sədri “İRƏLİ”nin qonağı olub FOTO

12 aprel tarixində İnquşetiya Respublikasının Turizm Komitəsinin sədri Aristov Stanislav Oleqoviç “İRƏLİ” Gənclik Mərkəzinin qonağı olub.
Görüşdə “İRƏLİ” İctimai Birliyinin baş katibi Azər Abdullayev, Korporativ əlaqələr üzrə katib Niyaz Əliyev iştirak edib.
İlk olaraq qonaq “İRƏLİ” Gənclik Mərkəzi ilə tanış olub və “İRƏLİ” Radio, “İRƏLİ” Prodakşn, Kitabxana, “Təlim və Karyera” Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib.
Daha sonra “İRƏLİ” İctimai Birliyinin baş katibi Azər Abdullayev birliyin fəaliyyət istiqamətləri, təşkilatın strukturu, həyata keçirilən son layihələr haqda qonaqlara ətraflı məlumat verib. Görüş əsnasında birgə görülə biləcək layihələr, gələcək fəaliyyət perspektivləri müzakirə olunub.
Eyni zamanda görüşdə təşkilatın strukturu, fəaliyyət istiqamətləri və layihələri barədə geniş məlumatı özündə əks etdirən təqdimat göstərilib.
Görüşün sonunda qonaqlarla birgə xatirə fotosu çəkilib və “İRƏLİ”nin fəaliyyətini əks etdirən hədiyyələr təqdim edilib.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !