Yüksək sürət yenə can aldı! - FOTO

Yüksək sürət yenə can aldı! FOTO

Ağdamda iki nəfər piyadanın vurulması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Xındırıstan kəndi ərazisində qeydə alınıb. Azpress xəbər verir ki, Ağdam rayon sakini Şükürov Ramil Rafiq oğlu idarə etdiyi"Lada Priora" markalı minik maşını ilə yüksək surətlə hərəkət edərkən idarə etməni itirmiş yolun kənarında dayanmış, Abbasov Rəşad Nurəddin oğlu və Mirzəyev Mahir Tahir oğlunu vurub. Mahir Mirzəyev aldığı ağır xəsarətdən elə hadisə yerindəcə keçinib . Digər piyada Rəşad Abbasov isə Ağdam Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilmiş lakin vəziyyətinin ağır olması səbəbindən, Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan aldığımız məlumata görə xəstənin vəziyyəti ağır olaraq qalır.
Hadisə yerinə baxış keçirən Ağdam rayon Yol polisi idarəsinin əməkdaşları qəzanın yüksək sürət səbəbindən baş verdiyini ehtimal edir.
Faktla bağlı Rayon polis şöbəsində cinayət işi açılıb. Araşdırmalar aparılır.

Elgün Rəhimov - AZpress.AZ 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !