İRƏLİ Karyera inkişaf məktəbi layihəsinə start verib - FOTO

“İRƏLİ” “Karyera inkişaf məktəbi” layihəsinə start verib FOTO

“İRƏLİ” Tədqiqatlar və İnnovasiya Mərkəzi, “Dahi” Təlim və Konsultasiya Mərkəzinin birgə əməkdaşlığı ilə keçirilən “Karyera inkişaf məktəbi” layihəsi çərçivəsində təlimlərə start verilib.
3-5 aprel tarixlərində “İRƏLİ” Gənclik Mərkəzində baş tutan təlimlərdə ekspert qismində Hikmət Hüseynov iştirak edib.
İlk təlimdə iştirakçılara “İdarəetmə bacarıqlarının əsasları” mövzusu haqqında geniş məlumat verilib. Daha sonra iştirakçılar tərəfindən səsləndirilən suallara cavab tapılıb. İkinci təlimdə iştirakçılar komandalara bölünərək mövzu ilə əlaqədar tapşırıqlar yerinə yetiriblər.
Qeyd edək ki, 2 ay davam edəcək layihədə özəl sektorda çalışmaq istəyən gənclərin idarəetmə bacarıqlarına yiyələnməsi yönümündə təlimlərin keçirilməsi nəzərdə tutulur. İştirakçılar nəzəriyyə ilə yanaşı, praktiki biliklər də əldə edəcəklər.
Layihə ərzində iştirakçılara “Rəhbərin şəxsi effektivliyi”, “Müasir liderin 7 bacarığı”, “Konfliktlərin idarəetməsi”, “Effektiv kommunikasiya” və s mövzularda proqram tədris olunacaq.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !