Pirallahı rayonunda alternativ enerji mənbələri yaradılır -

Pirallahı rayonunda alternativ enerji mənbələri yaradılır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramına uyğun olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da geniş abadlıq-quruculuq işləri davam etdirilir. Son aylar aparılan abadlıq və quruculuq işləri rayonun görkəmini yaxşılığa doğru dəyişmiş, bir sıra yeni obyektlərin tikintisinə başlanılmışdır. Belə obyektlərdən biri də Günəş Elektrik Stansiyasıdır.
Bu barədə AzərTAc-a Pirallahı Rayon İcra Hakimiyyətindən bildirmişlər.
Bu stansiyanın inşa edilməsi məqsədilə Pirallahı qəsəbəsinin şimal-şərq hissəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi üçün 2 hektar torpaq sahəsi ayrılmışdır. Qısa müddətdə torpaq sahəsi, layihə və tikinti sənədləri ilə əlaqədar bütün məsələlər Bakı Şəhər İcra Hakimiyyətində, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində, eləcə də Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış və Günəş enerjisinə əsaslanan elektrik stansiyasının tikintisinə başlanılmışdır.
Qısa müddət ərzində istismara verilməsi nəzərdə tutulan 2,8 meqavat gücündə Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi ilə bu rayonda alternativ və bərpa olunan enerji mənbələri tətbiq ediləcək, enerjidən səmərəli istifadə olunmasına, adanın enerji dayanıqlığının təmin edilməsinə şərait yaradılacaqdır. Perspektivdə isə digər enerji mənbələrindən imtina edilərək Pirallahı rayonunun yalnız bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi ilə təchizi istiqamətində irəliyə doğru atılmış böyük bir addım olacaqdır. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !