Pakistanın The Frontier Post qəzetində Azərbaycanda soyqırımı adlı məqalə dərc edilmişdir -

Pakistanın “The Frontier Post” qəzetində “Azərbaycanda soyqırımı” adlı məqalə dərc edilmişdir

Pakistanın “The Frontier Post” qəzetində Pakistanın Milli Müdafiə Universitetinin aparıcı tədqiqatçısı İffət Pərvizin “Azərbaycanda soyqırımı” adlı məqaləsi dərc edilmişdir.

Məqalədə, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 26 Mart, 1998 –ci il tarixində 31 Mart Gününü Azərbaycanlıların Soyqırımı Günü elan edərək öz çıxışında “Birinci dünya müharibəsi və Rusiyadakı 1917-ci ilin fevral və oktyabr inqilablardan sui-istifadə edən ermənilər bolşevik şüarları altında öz məkrli planlarını həyata keçirməyə başlamış və 1918-ci ilin mart ayında Bakı Kommunası Bakı əyalətindən azərbaycanlıları tamami ilə ləğv etmək haqqında kriminal planını həyata keçirməyə başlamışlar.” Yazıda, Azərbaycan xalqının hər ilin 31 martında kütləvi etnik təmizləmə və soyqırımı qurbanlarının yad etdikləri bildirilmişdir.

31 Mart, 1918-ci il hadisələri zamanı soyqırıma məruz qalmış insanların sayı haqqında yazan İffət Pərviz, Nyu-York Times qəzetinə istinad edərək bu rəqəmin təkcə Bakıda 12000 olduğunu bildirmişdir. Qeyd etmişdir ki, 1919-ci ildə keçirilmiş Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyəti, ermənilərin Bakı hadısələrində əsas rol oynayaraq 12000 qadın, uşaq və ahılları öldürdüklərini bildirlmişdir.

Məqalədə ermənilərin soyqırımı siyasətini davam etdirərək 1992-ci ilin 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində yüzlərlə günahsız insanı xüsusi amansızlıqla məhv etdiklərini bildirmişdir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !