Sumqayıt şəhərinin ictimaiyyəti Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat qəbul etmişdir - FOTO

Sumqayıt şəhərinin ictimaiyyəti Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat qəbul etmişdir FOTO

Martın 31-də Sumqayıtdakı Heydər Əliyev Mərkəzində şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anma mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Mərkəzin qarşısında açılmış rəsm sərgisi ilə tanış olmuşlar.
Tədbir ermənilərin xalqımıza qarşı soyqırımından bəhs edən filmin nümayişi ilə başlanmışdır.
Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının idarə heyətinin üzvü Ceyhun Məmmədov, şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov ötən əsrdə ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən geniş söhbət açmışlar.
Bildirilmişdir ki, 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlar xalqın qan yaddaşında əbədi iz qoymuşdur.
Tədbirdə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Sumqayıt şəhər ictimaiyyətinin bəyanatı oxunmuşdur. Bəyanatda şəhər ictimaiyyətinin erməni millətçilərinin və onların havadarlarının son iki əsrdə xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı və etnik təmizləmə siyasətini qətiyyətlə pislədiyi, beynəlxalq təşkilatları erməni vəhşiliyinə qarşı ədalətli mövqe tutmağa çağırdığı bildirilmişdir. Həmçinin ermənilərin soyqırımı siyasətinin davamı olaraq 1988-ci ildən başlayaraq xalqımıza qarşı törədilən cinayətlər və onun ağır nəticələri diqqətə çatdırılmışdır.
Mərasimdə vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun, obyektiv və hərtərəfli hüquqi-siyasi qiymətdir.
Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın soyqırımı aktlarının dünyada tanıdılması istiqamətində gördükləri mühüm işlər artıq öz bəhrəsinin verir.
Fotolar
Xaqani Əzizovundur 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !