Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilmişdir -

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilmişdir

Martın 31-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev erməni millətçilərinin iki əsr öncə azərbaycanlılara, türklərə qarşı başladıqları soyqırımı siyasətinin XXI əsrin əvvəllərinədək davam etdiyini, bu mənfur siyasət nəticəsində on minlərlə insanın həyatına son qoyulduğunu, soyqırımı barədə real faktların uzun müddət təhrif olunduğunu, gizlədildiyini və əsl həqiqətlərin tarixi ədəbiyyatda öz əksini tapmadığını təəssüflə bildirmişdir.
Soyqırımın bu illər ərzində erməni şovinizminin əsas aparıcı xəttinə çevrildiyini xatırladan Polis Akademiyasının rəisi məhz ümummilli lider Heydər Əliyevin ali hakimiyyətə qayıtdıqdan sonra həmin cinayətkar fəaliyyətə, iki əsr ərzində xalqımıza qarşı törədilmiş vəhşiliklərə obyektiv hüquqi-siyasi qiymət verdiyini, ulu öndərin tarixi ədaləti bərpa edərək 1998-ci ilin martın 26-da imzaladığı fərmanla 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, məhz bu tarixi sənəddən sonra hər il ölkəmizdə, eləcə də dünyanın bir çox dövlətlərində soyqırımla əlaqədar müxtəlif anım mərasimləri, xatirə tədbirləri keçirilir, erməni şovinizminin bu dəhşətli cinayəti pislənilir.
Polis general-mayoru Nazim Əliyevin təklifi ilə mərasim iştirakçıları soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra soyqırım barədə real faktlar və həqiqətlərdən bəhs edən sənədli film nümayiş olunmuşdur.
Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov faktlara, arxiv mənbələrinə əsaslanaraq, böyük imperialist güclərin, dairələrin himayədarlığı ilə erməni millətçiləri və silahlı birləşmələri tərəfindən nəinki Bakıda, ölkəmizin müxtəlif bölgələrində günahsız soydaşlarımızın, qocaların, qadınların və uşaqların milli və dini mənsubiyyətə görə sistemli və kütləvi şəkildə, amansız və vəhşi metodlarla məhv edilməsi, həmin qanlı hadisələrin çox geniş coğrafiyaya malik olması barədə ətraflı məruzə ilə çıxış etmişdir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !