Rəfiqə Ağakişibəyova : - SOYQIRIM HARALARDA VƏ KİMƏ QARŞI TÖRƏDİLİB?

Rəfiqə Ağakişibəyova : SOYQIRIM HARALARDA VƏ KİMƏ QARŞI TÖRƏDİLİB?

 AZƏRBAYCAN VƏ  TÜRKİYƏ

BİRİNCİ DÜNYA MÜHARİBƏSİ İLLƏRİNDƏ

 

SOYQIRIM HARALARDA VƏ KİMƏ QARŞI TÖRƏDİLİB?

(qısa məlumat)

 

 

1914-ci ildə Birinci Dünya Müharibəsinin başlanması “üçlük ittifaqı” və Antanta hərbi-siyasi blokların arasında dünyanı yenidən bölüşdürmək məqsədini daşıyırdı. Hərbi bloklara daxil olan dövlətlərdən hər birinin işğalçılıq iddiaları olan əsas yerdə Almaniya və İngiltərə idi.

            Almaniya məqsədinə çatmaq üçün Rusiya və İngiltərənin mövqelərinə zərbə vurmaq, Qafqaza dair işğalçılıq planında isə Türkiyənin köməyi ilə Rusiyanı məğlub etmək, Azərbaycan və onun neftini ələ keçirmək və sonra Türkiyə sərhədi yaxınlığında bitərəf Qafqaz müsəlman dövlətini yaratmaq idi.

            Rusiyanın isə bu müharibədə əsas məqsədi boğazlara sahib olmaq və Türkiyəni bölüşdürmək. Ona görə də Rusiyaya qarşı müharibədə Türkiyənin Almaniya ilə yaxınlaşması təbii idi.

            Beləliklə, 1914-cü il oktyabrın 20-də Rusiya Türkiyəyə müharibə elan etdi və Qafqazda əməliyyatlar başladı. Türk qoşunları Qars-Batum istiqamətində Cənubi Qafqaza hücum etməklə yanaşı, Cənubi Azərbaycanda yaranan qarmaqarışıqlıqlara görə onun ərazisinə daxil olmağa məcbur oldu. Əməliyyata Ənvər paşa rəhbərlik edirdi. Sarıqamış əməliyyatı 1914-cü il dekabrın 4-də başlandı və 1915-ci il yanvarın 18-nə kimi davam etdi. Çətin döyüşlərdə ağır itki verən türk qoşunu məğlub oldu Almaniyanın planındakı nöqsanlara görə və rus qoşununa qələbə qazandırdı. (??) Bu döyüşdən sonra Təbrizi tutan Rus qoşunu Türk ordusunu Cənubi Azərbaycandan çıxartdı. Müharibə davam edirdi... 1915-1918-1920-ci illərədək. Bu “Üçlük” işğalçılıq müharibəsində əsas gizli məsələlərin başlıcası Türk-Azərbaycan xalqına dədə-baba torpaqlarında soyqırım etmək idi, edildi də (soyqırım haqqında ayrıca başlıq altında yazı gedəcək). Əlbəttə, deməzdim ki, bu müharibədə carizm uddu, əksinə o məhv oldu, lakin onun yerinə gələn “bolşeviklər”  - Leninin “dəstəsi” ... ələlxüsusən erməni daşnak quldurları, vandalları, superfaşitləri qazandılar. “Böyük” də olmasa, “kiçik erməni respublikasını” qazandılar həyasızcasına.

            Müharibə gedişatı dövründə çar hökuməti Rusiyanın tərkibində olan türkləri, o cümlədən Azərbaycan türklərini orduya çağırmırdı, qorxurdu ki, silahlar ruslara qarşı yönəlsin.

            Azərbaycan rus ordusunda xidmətə yalnız ali müsəlman silkinə məxsus olanlar qəbul edilirdi. Birinci Dünya Müharibsəi dövründə rus ordusunda 200 nəfərdən çox Azərbaycanlı zabit qulluq edirdi, hansılar sonralar Azərbaycan Milli ordusunun təşkilində böyük rol oynadı.

1917-ci il mayın 1-də Ümumrusiya müsəlmanlarının Qurultayı Şəmsi Əsədullayevin Moskvada tikdirdiyi və müsəlmanların sərəncamına verdiyi binada keçirildi. Qurultayda milli-məhəlli-muxtariyyət, maarif, mədəniyyət, siyasi-ictimai və s. məsələlər irəli sürülmüşdü, həmçinin həmişə olduğu kimi Ə.M.Topçubaşov və M.Ə.Rəsulzadənin təkliflərində: türkçülük, millətçilik, istiqlaliyyət xüsusi yer tuturdu. 1917-ci il iyul ayının axırında federalistlər (Türk Ədəmi Mərkəziyyət Partiyası) Müsavatla birləşərək, Türk Federalist Müsavat Partiyası adlandı.

1917-ci ilin martında Bakıda Bolşeviklərin “Ədalət” təşkilatı yaradıldı. Bu Təşkilat Azərbaycanın cənubundan şimala kəsbkarlığa gəlmiş fəhlələr arasında inqilabı iş görmək və İranın inqilabi-demoktratik qüvvələri ilə əlaqə yaratmağa xüsusi xidmət edirdi.

1917-ci ilin avqust ayında “Birlik” təşkilatı yaradıldı. Bu təşkilatın məqsədi Bakının neft mədənlərində və sənaye müəssisələrində  Volqaboyu quberniyalardan gələn ruslar və ermənilər müsəlman fəhlələr arasında bolşevik siyasətini aparmaqdan ibarət idi.

1917-ci il oktyabrın 25-də Petroqradda bolşevik çevrilişi nəticəsində Müvəqqəti hökumət devrildi. Oktyabrın 25-26-da Smolnıda keçirilən II Sovetlər qurultayından sonra V.İ.Lenin başda olmaqla sovet diktaturasının əsası qoyuldu. Bu ilin oktyabrın 26-da isə Bakıda Müsavat Partiyasının I qurultayı keçirilib. Qurultaya rəhbərlik edən M.Ə.Rəsulzadə məclisi açıq elan edib və milli mübarizənin davam etməsinin tövsiyə edib.    

Ermənilərin azərbaycanlılara qarşı soyqırımının qarşısının alınmasını xüsusi vurğulayıb. Bundan sonra Azərbaycanda başlayan istiqlaliyyət uğrunda mübarizə 1918-ci ilin may ayının 28-i milli dövlətçiliyimizin bərpası ilə nəticələnib.

Beləliklə Şimali Azərbaycanda M.Ə.Rəsulzadənin rəhbərliyi altında müstəqil dövlət bayrağı, gerbi və himni ilə təsdiq olunub Dərbəndsiz və İrəvansız.

Bildiyimiz kimi, I Pyotrdan sonra ermənilər I Nikolayın azadlıq xeyir-duasını alaraq daha da fəallaşaraq, özlərinə «Böyük Ermənistan» yaratmaq üçün Şimali Azərbaycana kütləvi köç (1828-1830-cu illərdə və Birinci Dünya müharibəsindən sonra) olundular. Rusiyada çarlar dəyişdikcə erməni himayədarlıq estafetasını ötürürdülər bir-birlərinə. Hətta demokratik cəmiyyət qurmaq istəyən V.Ulyanov (Lenin) ilişdirilir erməni-iyeuzit qırmağına. Rusiyada başlanan 1901-1920-ci illərin hadisələrində Cənublu - Şimallı Azərbaycanda azərtürklərə, Türkiyədə 1915-ci ildə ermənilər rus qoşunları ilə birlikdə dəhşətli soyqırımlar törədirlər (xüsusən 1915-1918-ci illərdə).

Birinci dünya müharibəsindən sonra, Rusiyada 1917-ci il oktyabr çevrilişi nəticəsində yaranmış sovet rejimi çarı tanımadığına görə devrilir. Cənubi Qafqazı idarə etmək üçün 1917-ci il noyabrın 15-də Zaqafqaziya komissarlığı təşkil olunur. Noyabr ayının 26-28-də Ümumruisya Müəssisələr Məclisinə seçiklər keçiriləndən sonra M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Azərbaycanda Milli Şurası (fraksiyası) yaradılır, siyasi partiyalarla yanaşı.

1917-ci il dekabrın 5-də Zaqafqaziya Komissarlığı ilə Türkiyə arasında imzalanmış Ərzincan müqaviləsi əsasında rus qoşunları Qafqaz cəbhəsindən geri çəkilməli idilər. lakin bu əraziləri tərk edərkən bütün silahlarını erməni, gürcü və Bakı bolşeviklərinə verdilər. Azərbaycan Milli Şurası hökumətdən tələb etdi ki, silahın bir qismi azərbaycanlılara verilməlidir. Bu səbəbdən Şəmkir stansiyasında yerləşən rus polku ilə əhali arasında böyük toqquşma nəticəsində hər iki tərəfdən yaralananlar oldu. Bundan istifadə edən bolşeviklər milli qırğın və müsəlman əhalini tərksilah etməyə əllərinə imkan düşdü.

1917-ci ilin sonlarında Bakı bolşevik-daşnak qrupunun yuvasına çevrilmişdi. Cənubi Qafqazın fövqəladə komissarı S.Şaumyan təyin edilir və Qafqazın II diyar qurultayında yaradılan Qafqaz ordusunun hərbi inqilabi komitəsinin rəhbəri seçilən erməni Karqanov Bakıya gətirilir. Eyni zamanda Ərzincan barışığına əsasən cəbhələrdən qayıdan 6 min rus, 8 min erməni əsgəri də Bakıya toplanır və Bakı sovetinin ixtiyarında əksəriyyəti erməni 20 minlik silahlı qüvvə hazır olur azərbaycanlılara soyqırım etmək üçün. Bundan sonra oktyabrın 31-də Bakı sovetinin iclasında bolşeviklər hakimiyyəti öz əllərinə aldıqları barədə qətnamə qəbul edilir. Noyabrın 7-də Bakı sovetinin konfransında Bakıda Sovet hakimiyyəti elan edildi. Beləliklə də, bolşeviklər Bakıda möhkəmləndilər.

1918-ci il fevalın 10-da Zaqafqaziya (Cənubi Qafqaz) seymində 44 millət vəkili ilə təmsil olunan Azərbaycan Milli Şurası yaradıldı M.Ə.Rəsulzadənin rəhbərliyi altında. Zaqafqaziya seymi öz fəaliyyətini Türkiyə ilə sülh danışıqlarına başladı.

1918-ci il mart ayında fəaliyyətə başlayan və bir ay davam edən Trabzon konfransında Türkiyənin təklifi ilə Cənubi Qafqaz Rusiyadan ayrılmalı və öz müstəqilliyini elan etməli idi. Aprelin 13-də Azərbaycan Milli Şurasının etirazına baxmayaraq, erməni və gürcü Milli Şuralarının tələbi ilə seym Türkiyə ilə müharibə haqqında qərar qəbul etdi və bununla da Trabzon konfransı öz fəaliyyətini dayandırdı. Aprelin 22-də isə, Cənubi Qafqaz müstəqil federativ respublika elan edildi.

 

Ermənilərin 1903-1922-ci illərdə Türkiyə  və Cənubi Qafqazda azərtürk müsəlmanlarına qarşı törətdikləri qanlı qırğınlar haqqında qısa məlumat

 

1915-ci ildə ermənilərə qarşı türk müsəlmanları tərəfindən soyqırım olubmu? Bəs türklərə və azərbaycanlılara qarşı ermənilər tərəfindən necə...?!

Bu iki sual ətrafında alimlərin arxiv sənədləri, tarixi materiallarının tədqiqinə əsasən qısa izah verməyə çalışacağam.

Artıq hamıya məlum olan türklərə və azərbaycanlılara öz dədə-baba torpaqlarında ermənilərin törətdiyi görünməmiş faciələrlə üzləşən xalqımız son 200 il bir dövrdə yanaşı yaşadıqları qonşulardan gəlib: soyqırım, deportasiya, qaçqınlıq... bunların baiskarları torpaqlarımzda sığınacaq verdiyimiz ermənilər və onları dəstəkləyənlər olub. Tarix boyu qonşu xalqlar arasında münaqişələrin, toqquşmaların, hətta müharibələrin olması təbiidir. Ancaq ermənilərin Anadolu və Cənubi Qafqazda törətdikləri nə münaqişədir, nə müharibə, nə də buna bənzər bir hal. Bu, bəşəriyyətə qarşı cinayətdir. Bu miqyasda vəhşiliklərə, qəddarlıqlara heç yerdə rast gəlinməyib. Lakin bu cinayətlərin heç birinə indiyə qədər hüquqi-siyasi qiymət verilməyib. Nə üçün? Yəqin boş buraxdığımız üçün.

XIX əsrin ortalarında tarix meydanına süni bir problem kimi çıxarılan “erməni məsələsi” böyük güclər-ABŞ, İngiltərə, Fransa, rus imperiyası və digər dövlətlər tərəfindən Şərqi Anadoluda və Cənubi Qafqazda yaşayan başqa xalqların qanlı faciələrinə heç əhəmiyyət belə verməmişdilər. Dünya tarixçiləri “erməni məsələsi”ni bəzi böyük dövlətlərin əlində siyasi bir vasitə olduğu kimi qiymətləndirirlər. Kim bilir, bəlkə də erməniləri oyadan bu böyük faciəyə qatan elə onlar (I Pyotr, I və II Nikolaylar) olub, öz işlərini görmək üçün.

Beləliklə, Şərqi Anadoluda baş verən hadisələr Cənubi Qafqazda baş verənlərin başlanğıcı olduğundan, tədqiqat zamanı bu bölgədə baş verən faciələrə də biganə qalmaq olmaz.

Məşhur alban alimi Tiqran Saberiyskinin sözləri ilə desək, “tarix erməni tarixçilərinin öhdəsinə buraxılmayacaq qədər ciddi məsələdir”. Lakin uzun müddət erməni yalanını boş buraxıb və dünya miqyasında ifşa etməməyimiz erməni saxtakarlarına, bir çoxlarına qol-qanad vermiş, sözün həqiqi mənasında onları azğınlaşdırmışdır.

Əzəli köçkün gələn İrana, sonra bir hissəsi Osmanlı imperatorluğu ərazisində məskunlaşan və XIX əsrin əvvəllərindən bəri bir hissəsi Cənubi Qafqaza köçürülərək (bir qismi 1828-1830-cu il və sonra da…), burada məskunlaşan ermənilər həlledici anlarda xəyanət yolu tutmuşlar. Rusiyanın köməyilə bölgəyə köçürülən ermənilər sabitliyin pozulmasına səbəb olub. “Erməni məsələsi” ətrafında baş verən hadisələr barədə çox yazılmış, çox ciddi tədqiqatlar aparılmışdır. Bu mövzuda 26 mindən çox ədəbiyyat olduğu qeyd edilir və bunları yazanların da çoxu ermənilərdir. Təbii ki, onlar “əsərlərində” öz xeyirləri üçün “qondarma soyqırım”a geniş yer verməklə dünya ictimaiyyətinin nəzərini cəlb etmiş və müəyyən dərəcəsini çaşdırmağa nail olmuşlar. Məsəl var, “adımı sənə qoyaram, səni yandırıb-yaxaram”. Bu yolla da Şərqi Anadolu və Cənubi Qafqazda törətdikləri (Rusiyanın köməyi ilə) cinayətlərindən dünya ictimaiyyətinin diqqətini yayındırmağa cəhd etmişlər. Ermənilərin dünya səviyyəsində apardıqları təbliğatın qarşısını almağa əldə olan faktiki materiallar kifayət etsə də, çox təəssüf ki, onlardan məqamında və sistemli şəkildə istifadə olunmayıb, nə Azərbaycanda, nə də Türkiyədə bir qayda olaraq koordinasiya edilməyib. Daha bir əsas səbəb də ondan ibarətdir ki, Ermənistanın arxivi tədqiqatçıların üzünə bağlıdır.

Ermənilərin XIX əsrin sonlarında yaratdıqları təşkilatların terrorçu xarakterindən artıq bəhs etmişik və məqsədlərinə çatmağın yolu kimi terrora, silahlı üsyanlara üstünlük verdiklərini də bilirik. Həm Türkiyə ərazisində, həm də əzəli Azərbaycan torpaqlarında: İrəvan xanlığı, Naxçıvan, Zəngəzur, Qarabağda, həm də Azərbaycanın bütün başqa bölgələrində və Bakıda törədilən qırğınlar bu qəbildəndir.

Türkiyənin Van vilayəti ermənilərin Osmanlı imperatorluğu ərazisində ən çox yaşadığı yerlərdən biri idi. Ermənilərin say etibarilə çox olduğu vilayətlərdən birincisi Bitlis, ikincisi Van idi. 1914-cü ildə keçirilən siyahıya almaya görə Vanda 179380 müsəlman, 67792 erməni yaşayırdı, ermənilər vilayətin üçdə biri qədər idilər. 1877-1878-ci illərdə rus-türk müharibəsindən sonra Van və onun ətraf ərazilərində ermənilər təşkilatlanmağa başladılar və vanlı ermənilər (çünki dilləri havadarlarının dilinə dəyişmişdi) 1895-ci ildə ilk üsyanı gerçəkləşdirdilər.

Əsasən də, erməni millətçilik, separatizm oyanışı 1877-1878-ci illər rus-türk müharibəsindən sonra başlanıb.

Erməni vəhşiliyindən bəhs edən və bunların həqiqətən baş verdiyini Rusiyanın Van və Ərzurumda olmuş konsulu Mayevski özü təsdiq edir ki, ermənilər 1896-cı il iyun hadisələrini hazırlamaq üçün kənardan da xüsusi adamlar cəlb etmişdilər. Onlara Qafqazdan da (ermənilərə) yardımlar gəlmişdi. Baş konsul erməni təşviqatçılarının və müsəlmanların hansı əhval-ruhiyyədə olduğunu mayor Vilyamsın 1896-cı il may ayının 15-də öz ölkəsi Böyük Britaniyaya yazdığı raportu verməklə də göstərir: “ermənilər xüsusi amansızlıqla birinci dəfə üç kürdü öldürmüş, ikisini yaralamış, ikinci dəfə isə ikisini, ola bilsin ki, üçüncüsünü də öldürmüşdü” (yəqin buradan da kürd-türk münasibəti yaranıb, öldürdüklərini türklərin boynuna atıblar). Çünki ermənilər düşmənçilik salmaq üçün hətta ermənini belə, öldürə bilər (Sumqayıtda olduğu kimi), təki münaqişə baş tutsun. Mayevski də şahidlik edir ki, “1896-cı il sentyabrın sonunda erməni quldur dəstələrinin sərgüzəştlərinə görə intiqam almaq üçün kürdlər həmin quldur dəstələrinin sakinləri olduqları kəndləri, yaxud onların ola biləcəyi ehtimal edilən məkanları çapıb-talamış, qarət etmişlər”.

Vanda ermənilərin iki güclü siyasi təşkilatı vardı: daşnaklar və armenistlər. Daşnaklar “Hnçak”çılarla sıx əlaqədə idilər... Vanda işləyən ingilis konsul Dikson 30 sentyabr 1908-ci ildə öz ölkəsinə yazdığı raportda bildirir ki, ermənilər gizlicə silahlanırlar, silahlar isə Rusiyadan gəlir, çoxlu daşnakçılar da həmçinin. Həbs edilən erməni inqilabçılarının Məşrutiyyətdən sonra sərbəst buraxılması zamanı “Droşak” yazırdı: “Türkiyə ermənilərini gözəl bir gələcək gözləyir, onlar görünməmiş bir azadlıq əldə etmək ərəfəsindədirlər”. Onlar nəzərdə tuturdular ki, Rusiya və Türkiyədəki erməniləri eyni vaxtda ayağa qaldırmaq və “Böyük Ermənistan” lahiyəsini gerçəkləşdirmək o qədər də çətin olmayacaq. XIX əsrin sonlarında beynəlxalq diqqəti özünə cəlb etmək üçün və həm də böyük dövlətlərin dəstəyinə bel bağlayaraq belə addımlar atırdılar. Lakin onu da qeyd edirdilər, “Proarmeniya” qəzeti yazırdı: “... biz daim Avropanın, rusların köməyinə bel bağlamamalıyıq (gözdən pərdə asmaq üçün) özümüz-özümüzə arxalanmalıyıq”. Həmin qəzet bir intibahnaməni dərc etmişdi. Orada deyilirdi ki, türklər “Berlin” müqaviləsinin 3-cü və 61-ci maddələrini yerinə yetirməyə məcbur ediləcəklər.

Ermənilər “azadlıq uğrunda sonuncu çarpışma” adlandırdıqları I Dünya müharibəsi ərəfəsində hərtərəfli azğınlıq nümayiş etdirirdilər. Osmanlı dövlətinə arxadan zərbə vuracaqları mətbuatda da açıq hiss olunurdu. 1912-1913-cü illərdə Bolqarıstanda ermənilərə qarşı vuruşan Andronik türklərə qarşı xüsusi amansızlıq etmişdi. I Dünya müharibəsi başlanarkən o, Tiflisə gedib rus ordusunun tərkibində türklərə qarşı vuruşmaq istəyini bildirib və erməni könüllülərinə rəhbərlik etmişdi. Andronik haradan keçmişsə, orada ölüm və qan izi qalmışdır. Mayevski yazır ki, “1901-ci ilin noyabrında Muş yaxınlığında Andronik adlı bir erməni quldur dəstə başçısı peyda olaraq Surp (ermənicə “müqəddəs” deməkdir) Arakel monastrını tutur və buranı kiçik qalaya çevirir. O, kəndləri daim qorxu altında saxlayırdı. Makedoniyada baş verən üsyan Andronikin monastrdan qaçmasına imkan vermişdi. Ermənilər həm Makedoniyanı, həm də Bolqarıstanı izləyirdilər. Daşnaklar Avropada fəal iş aparmaqla diqqəti “erməni məsələsi”nə yönəltmək istəyirdilər. Balkan müharibəsində bolqar tərəfdən türklərə qarşı vuruşması bir tərəfdən xristian həmrəyliyi, digər tərəfdən də ermənilərin də eyni arzularla (xülyalarla) yaşadıqlarının nümunəsi idi”.

Rusların 1914-cü il oktyabrın 31-də Şərqi Bəyazəddən və həmin il noyabrın 1-də Ərzurum tərəfdən Osmanlı şəhərlərini keçərək irəliləməsini eşidən ermənilər dərhal qisasçı dəstələr yaratdılar, yolları kəsdilər, türk kəndlərinə hücuma keçdilər, imkanları olan şəhərlərdə üsyana başladılar. İlk üsyana başlayan zeytun erməniləri oldu və onlar türk bayrağı altında ruslarla döyüşə girməkdən imtina etdilər və bir erməni alayı quraraq Osmanlı dövlətinə meydan oxudular. Bununla da ermənilərin əl-qolları açıldı və həm Türkiyədə, həm də Qafqazda açıq fəaliyyətə başladılar. Türkiyə erməniləri Qafqaz ermənilərindən ardı kəsilmədən rusun silahını alırdılar. Lakin Qafqazda taktika bir qədər fərqli idi. Burada hamının başı çara qarşı Leninin azadlıq inqilabına qarışmışdı, odur ki, 1915-ci ilə kimi müsəlmanlar erməni təxribatlarından bixəbər idilər, lakin fərqi görürdülər.

Beləliklə, ermənilərin bütün partiya və təşkilatları işə düşmüşdü. Kayseridə ermənilər Gevork Erçikyanı bomba düzəltməyi öyrənməsi üçün Amerikaya göndərdilər. Ermənilərin gizli “bomba düzəltmə fəaliyyəti” hazırlanan bombanın əlində partlaması ilə üzə çıxdı. Hökumət 21 erməni kilsə və məktəbində gizlədilmiş külli miqdarda silah-sursat ələ keçirdi. Rusiya ordusu ilə gələn könüllü ermənilər yerli ermənilərlə birləşərək, Osmanlı dövlətinə ciddi ziyanlar vururdu. Rus döyüşçülərinin arxasınca gedərək şəhər, kənd əhalisinə, əsgərlər jandarmlara divan tutur, insanları vəhşicəsinə qətlə yetirirdilər. Osmanlı ordusunun manevr yolları, teleqraf xətləri ermənilər tərəfindən tutulmuşdu. Osmanlı artıq müharibə içindəydi. 1915-ci ilin yanvar ayından etibarən Şərqdə ruslarla, Qərbdə-Çanaqqalada ittifaq dövlətləri ilə müharibə edən Osmanlı dövlətinin əl-ayağına ermənilər dolaşırdılar. Özü də bu, sistemli şəkildə edilirdi. Van və onun ətraf kəndlərində ermənilərin törətdiyi vəhşiliklər dözüləsi hal deyildi. Van vilayəti ermənilər və onlara dəstək olan məlum dövlətlərin ən çox önəm verdikləri yer idi. Buranı gələcəkdə qurulacaq erməni dövlətinin mərkəzi kimi görürdülər və uzun illər bura missioner fəaliyyət göstərən yer idi. Dövlət tədbir görməli idi və bu məsələlər üst təbəqə səviyyəsində çox ciddi şəkildə müzakirə edilməyə başlamışdı. Avropada isə “Vanda ermənilər öldürülür, onların heç bir hüququ yoxdur və onların Osmanlı dövlətinə qarşı qaldırdıqları üsyanlar öz haqlarını tələb etmələridir” şüarı yayılırdı. Erməni millətçi təşkilatları və onların Avropadakı havadarları burada əhali çoxluğunu ermənilərin təşkil etdiyini qələmə verməyə çalışırdılar. Halbuki, Osmanlı statistikasına görə, 1914-cü ildə Vanda yaşayan əhalinin 166609-u türk, 66834-ü erməni idi. Van qəzalarının da heç birində ermənilər çoxluq təşkil etmirdilər. Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, o zaman Osmanlı Statistika İdarəsinin rəhbəri milliyyətcə erməni idi.

Ermənilər üsyan və hücum yolu ilə Vanda yaşayan müsəlman əhalini buradan işgəncə verməklə qovurdular və orada erməni dövləti qurulacağının “Avropa kontrolluğunda” olduğuna da həmmillətlərini inandırmışdılar. Ona görə də 1915-ci il fevralında Timar nahiyəsində ermənilər hökumət məmurlarına hücum etdilər. Mindən çox üsyançı əldə silah dövlətə tabe olmaqdan imtina etdi və ətraf kəndlərdə qırğınlara başladılar.

1914-cü ildə Türkiyənin bir çox yerlərində ermənilərin baş qaldırmaları, üsyana başlamaları, rus ordusuna qatılmaları, ayrıca quldur qisas dəstələrini yaratmaları, Osmanlı ordusunda iştirak etməsindən imtina etməsi və türkləri amansız vandallıqla qətlə yetirmələri geniş vüsət aldığı Osmanlı dövlətinin səfərbərlik elanından sonra çıxış yolu axtarıldı. Çünki I Dünya müharibəsinin başlanması, rus qoşunlarının Türkiyə ərazisinə daxil olması, ermənilərin fəallaşması dövləti narahat edirdi. Onlar rusların arxasıyca gedərək, faciələr törədirdilər. Bu səbəbdən, Osmanlı dövləti ermənilərin əl-ayağa dolaşmasının, təxribatın qarşısını alaraq, onları sağ-salamat müharibə zonasından digər-sakit ərazilərə bütün əşyaları ilə birlikdə köçürmüş və evlə təmin etmişdi. Müharibə tarixində olan bir faktdır və belə hadisələrin çox olduğunun şahidi oluruq. Bunlardan birini 1914-cü ildə ABŞ özü etmişdir. Yaponiya ilə müharibə vəziyyətində olan Amerika Şərq sahillərində yaşayan yapon vətəndaşlarını ABŞ içərisinə köçürməli olmuşdu. Əslində ermənilər türklərə xəyanət etmişlər, buna isə ən yumşaq cavab köçürülmə idi, ermənilər qırılmasın deyə. Buna soyqırım demək olmaz, bunu əsl mənada türklərin humanist hərəkətləri kimi qiymətləndirmək lazımdır.

Lakin 1915-ci il iyulda rus ordusuna təslim olan Ərzincanda ermənilər qətlləri artırdılar, onlar köməksiz dinc əhaliyə Bayburtda, Gümüşhanədə də divan tuturdular. Ermənilərin törətdiyi vəhşiliklər rus zabitlərini belə, heyrətə gətirmişdi: “türkləri evlərə toplayaraq yandırmaq, küçələrdə rast gəldikdə onlarla heyvan kimi davranmaq, hamilə qadınların qarınlarını yarıb çıxarılan uşaqları qucaqlarına verib sonra öldürmək. Vəhşicəsinə gənc qızların namusuna toxunub və sonra ciyərlərini çıxarıb, divarlardan asır, evlərdə od vurulub yandırılan türkləri çölə qaçarkən süngülərlə yerindəcə öldürürdülər...”. Bunu rus zabitləri bəyan edirdi.

Osmanlı ordusu Ərzincanı yenidən ruslardan alandan sonra III Ordu Komandanlığının Baş Komandanlığa 16 fevral 1918-ci il tarixli raportunda deyilirdi: “Çardaxlı boğazından Ərzincana qədər bütün kəndləri, hətta xırda bir sığınacaq belə qalmamaq şərtilə, bağçalar, ağaclar kəsilmiş, xarabaxanaya çevrilmişdi”. Rusiyanın İkinci Ərzurum Qala Topçu Alayı komandanı Tverdoxlebov qeyd edirdi ki, “bir gündə 800 türkü öldürən ermənilərdən yalnız bir nəfər ölmüşdü. Ərzincan, Ərzurum və başqa yerləri ermənilər vandallıqla yerlə-yeksan etmişdilər”. Bunlara da rus zabitləri şahidlik etmişlər. Onların sözlərinə görə, ermənilərin Ərzincanda törətdiyi faciələri dünya tarixi bu günə qədər görməmişdi: “Üç gündən bəri ermənilər tərəfindən öldürülüb meyidləri qalan insan cənazələri topladılmaqdadır”. Ermənilərin silah və hərbi sursatlarının Batum və Konstansadan Trabzon vasitəsilə ruslar və ingilislər tərəfindən göndərildiyi məlum idi. Deməli, ermənilərin cinayətkarlığının səbəbkarı da onlar idi. Araşdırmalar aparılarkən əsas cinayətkar da elə onlar olmalıdı. Çünki osmanlılar ermənilərə soyqırım etməyib, onları qorumaq səbəbilə köçürüblər. Ancaq erməniləri qızışdırıb silahlandıran canilər Türkiyə və ya Cənubi Qafqazda müsəlmanlara qarşı həm I Dünya müharibəsi illərində, həm də Qarabağ məsələsi ilə 1990-cı ildə Bakıda və 1992-ci il Xocalı soyqırımında rusların da əlləri azərbaycanlıların qanına batmışdır.

Dünyada elə bir millət yoxdur ki, adam öldürməklə fəxr etsin və terrorçunu qəhrəman hesab eləsin. Ermənilərin İrəvanın Yerablur məzarlığında dəfn etdikləri, milli qəhrəman hesab etdikləri şəxslərin əksəriyyəti terrorçudur, o cümlədən terrorçuluğun banisi olan daşnak Andronikin də sümükləri gətirilib orada basdırılıb.

Görkəmli fransız tarixçi Bernar Lenis ermənilərlə bağlı “Le Mond” qəzetində yazır ki, I Dünya müharibəsi dövründə baş verən hadisələr soyqırım sayıla bilməz, ölüm olaylarının soyqırım kimi qələmə verilməsi sadəcə olaraq, bir erməni yalanıdır. Türk-müsəlman əhali ona görə fiziki cəhətdən məhv edilirdi ki, onlar türk idilər, etnik cəhətdən fərqli bir təbəqə idilər. Osmanlı dövlətinin erməniləri bir ərazidən digər əraziyə köçürməsi heç bir zaman soyqırım cinayəti hesab oluna bilməz. Ona görə ki, 27 may 1915-ci ildə dövlət köçürmə prosesini həyata keçirmə qərarını alarkən, belə bir açıqlama vermişdi: “Ermənilər haqqında hökumət tərəfindən görülən tədbirlər sırf məmləkətin asayiş-inzibatını təmin və mühafizə məcburiyyətinə müstəniddir. Erməni ünsürünə qarşı imhakat bir siyasət izləmədiyi, indilik tərəfsiz bir vəziyyətdə qaldıqları görünən katolik və protestantlara toxunmamış olmasını göstrəməkdədir”. Göründüyü kimi, bütün ermənilər köçürməyə məruz qalmışlar. Bu, ona görə soyqırım hesab oluna bilməz ki, ermənilər bir yerdən digər bəlli bir Osmanlı coğrafiyasına köçürülmüşlər. Səbəb ermənilərin özlərinə də aydın olmuşdur. Onlar son onillikdə Osmanlı dövlətinə düşmənçilik və Osmanlıya qarşı düşmən olanlara, onunla müharibə edən dövlətlərə yardım etmişdilər. Köçürülənlərə qayıdış icazəsi 1919-cu ildə veriləndən sonra onlar öz evlərinə qayıtmışlar, onların içində müsəlmanlığı qəbul edənlər də var idi. O zaman Erməni Katalikosluğu məlumat vermişdi ki, 644900 erməni geri qayıtmışdı. Suriyada öz keçmiş yerinə dönmək istəməyən 500 min erməninin varlığı haqqında da dövri mətbuatda məlumat verilirdi. Əgər türklər “soyqırım” etmişdisə, bu qədər erməniyə həm özü, həm də başqa dövlətlər yardım edərdimi?!

“Soyqırım olmuşdur” iddiasında olanların nəzərinə onu da çatdırmaq lazımdır ki, bu tədqiqatçıların yazdığı əsərlər hamısı tarixi sənədlərlə təsbit edilmişdir.

1915-ci ildən etibarən öldürülənlərin (çoxusunu ermənilər özü öldürürdü) sayının 600 mindən 1,5 milyona çatdırılması özü əslində bir saxtakarlıq nümunəsidir. Osmanlı dövlətində o qədər çox erməni yaşamırdı ki, onun 1,5 milyonu öldürülsün. Türk Tarix Qurumunun keçmiş rəhbəri Yusif Halacoğlunun apardığı tədqiqatlar onu da ortaya çıxarmışdır ki, ermənilərin sayı ilə öldürüldüyü iddia olunan rəqəmlər arasında çox böyük uyğunsuzluq var. Erməni Katalikosluğunun məlumatı belə idi ki, ölkədə 1 milyon 915 min erməni yaşayır. Əgər onlar 1,5 milyondursa, deməli, ölkədə cəmi 400 min erməni qalmalı idi. tarixi mənbələrə görə (özü də erməni mənbələrinə görə), 1919-cu ildə 644900 nəfər erməni geri dönmüşdür, onlar hələ Suriyada ikən yardım aldıqları barədə sənədlərə imza atmışlar. Bunlar 486 min nəfərdir. Erməni əhalisinin sayı ilə bağlı aşağıdakı rəqəmlərlə də həqiqəti ortaya qoyub müqayisə aparmaq mümkündür. Osmanlı dövlətində nə qədər erməni əhali yaşayırdı, sualına aşağıda göstərilənlər belə cavab verirlər:

Vital Cuinetə görə, 1892-ci ildə 1.475.011

Feliks Veberə görə, 1896-cı ildə 1.000.000

H.G.B.Lunxa görə, 1901-ci ildə 1.325.246

Lüdovik de Konstensona görə, 1901-ci ildə 1.383.779

Britaniya Ensiklopediyasına görə, 1910-cu ildə 1.000.000

Erməni Katalikosluğuna görə, 1913-cü ildə 1.915.651

Lüdovik de Konstensona görə, 1913-cü ildə 1.400.000

Daniel Panzasa görə, 1914-cü ildə 1.698.303

Osmanlı siyahıya almaya görə, 1914-cü ildə 1.229.007

Fransız “Sarı kitab”ına görə, 1914-cü ildə 1.500.000

Lozanna konfransında erməni heyətinə görə, 1914-cü ildə 2.200.000

Stanford J.Shava görə, 1914-cü ildə 1.294.851

Davud Maqieyə görə, 1914-cü ildə 1.479.000 nəfər idi.

1919-cu ildə xarici tədqiqatçılar bu rəqəmlərin müəyyən qədər azaldığını göstərmişlər. Çünki Rusiya ilə müharibə zamanı Osmanlı dövləti onları köçürtdüyünə görə, o səbəbdən ki, onlara xəta-bəla dəyməsin, özləri də könüllü Suriya, ABŞ və digər ölkələrə köçmüşlər. Əgər bunlar öldürülmüşdüsə, onda 100 minlərlə göbələk kimi bu ölkələrdə artımlar haradan çıxırdı?! Cənubi Qafqazda da onların sayı necə olmuşdu ki, birdən-birə 1 milyona çatmışdır?! Türkiyədə isə 1919-cu ildə ermənilərin sayı 1,5 milyon olmuşdur. Bunları məşhur tədqiqatçı alimlər-doktor Lejus, Krail Pris, Aleksandr Pavel hamısı təsdiq edirlər. Amerikanın arxiv sənədlərində bu say 1.200.000 göstərilir. Haqlı olaraq Castin Makkarti soruşur: “Əgər bu qədər, yəni 1,5 milyon erməni öldürülbsə, bəs onların məzarları hanı? İndiyədək bir dənə də olsun erməni toplu məzarlığı tapılmayıb. Ermənilərin soyqırıma məruz qalmaları barədə iddia isə fitnəkar ermənilərin yalanıdır və bunun arxasında məkrli siyasi məqsədlər durur, “Böyük Ermənistan” dövləti yaratmaq (arzuları ürəklərində qalmış).

1915-ci il aprelin 24-dən ermənilərin saxta, uydurma soyqırımının heç bir təsdiqləyici sənədi olmadan, hər il 24 apreli qeyd etmək üçün 4-5 ay əvvəldən dünyaya hay-küy salmağa başlayırlar. Dedi-qoduları ilə dünya ictimaiyyətinin diqqətini cəlb etməklə elə bil həzz alırlar. Bəs onda 24 apreldə nə baş vermişdi? I Dünya müharibəsindən əvvəl ermənilər tədricən istər informasiya və ya silahlanma ilə bağlı artıq hazırlıq görmüşdülər və Türkiyə sərhədləri içərisində yaşayan ermənilərin üsyan və təxribatlarının ölkənin Diyarbəkir, Trabzon, Sivas, Urfa, Yozqat, İzmir, Adapazarı şəhərlərinə yayılması, paytaxt Ankarada açıq təhdidlərə keçilməsi hökuməti tədbirlər görməyə sövq edirdi. Hökumət ilk tədbir olaraq, 1915-ci il 24 apreldə erməni komitə mərkəzinin bağlanması və erməni təşkilatlarının sənədlərinə əl qoyulması və komitəçilərin həbs edilməsi qərarını verdi. O zaman erməni dilində nəşr olunan “Horizon” qəzeti yazırdı: “Erməni xalqı bir-iki min komitəçidən ibarət deyil və biz mütləq Ermənistanın müstəqil olması davasını davam etdirəcəyik”. Bu hadisədən dərhal sonra 1915-ci il mayın 6-da ermənilərin ruslara təslim etdiyi Vanda Aram Manukyan adlı bir erməni komitəçisinin başçılığı ilə müvəqqəti Ermənistan hökuməti qurulmuşdu. Osmanlı hökuməti əlbəttə, bunu qəbul etmədi və erməniləri o ərazidən köçürtməyə məcbur oldu, çünki bu işə çar əlini uzatmışdı.

Edqar Qrinvilin yazdığı kimi “Çarın himayəsində bir Ermənistan kimi ağılsızca xəyallar uğrunda məsum insanlar da iztirab çəkməyəcəkdi”. Bu məsələdə “böyük cani” isə Qrinvilə görə, ilk günlərdən islam dünyasına fəlakət yağdırmaqdan bir an geri qalmayan çarlıqdır. Bu səbəbdən Osmanlı dövləti çox diqqətli araşdırmalardan sonra müharibə zamanı ermənilər  qırğına verilməsin deyə, yerdəyişmə qərarı vermişdi. Ermənilər isə bu hadisəni 100 ildir “soyqırım” fitnə-fəsadı edib, dünyanın canına düşüb.

Müharibə başlar-başlamaz ermənilər Van, Malazgird və Bitlisin işğalında ruslara əvəzsiz kömək göstərmişdilər. Buna əsasən, Tələt paşanın komandanlığı altında 1915-ci il mayın 23-də IV komandanlığa bir şifrə göndərərək, “Ərzurum, Van və Bitlis vilayətlərindən çıxarılan ermənilər Mosul vilayətinin cənub hissəsi, Zor sancağı və mərkəzdən başqa Urfa sancağına, Adanaya; Hələb, Maraşdan çıxarılan ermənilər isə Suriya vilayətinin şərq hissəsi ilə Hələb vilayətinin şərq və cənub-şərqinə köçürülüb yerləşdirilmişdi”. Bu göstərişin erməniləri yox olmaqdan qorumaq məqsədi daşıdığını bir çox tədqiqatçılar söyləməkdədir” (Samuel Uimz). Köçürülən zaman müfəttişlər nəzarət edirdilər. Bu işlər “yerdəyişmə qanunu”na əsasən edilmiş və tamamilə aydın şəkildə ev, iş və s. ilə təmin olunmasına kimi nəzərdə tutulmuşdu. “Köçürülmə” ətrafında ermənilərin o vaxtdan indiyə kimi yazdıqları kitab, jurnal, qəzet xatirələrində Osmanlı dövlətinə çoxlu böhtanlar atıb və atmaqda da davam edirlər, guya bu köçürmə erməniləri məhv etmək məqsədi daşıyırdı. Beləliklə, ermənilər qondarma soyqırımı hər il ortaya atmaqla, dünya ictimaiyyətini əsas məsələlərdən yayındırır və çaldıqları erməni zurnası ilə dünya rəhbərlərini oynadır, cılız erməni özü isə bundan həzz alır, çünki qarşısını alan yoxdur. Biz türklər də fil qulağında yata-yata “... karvan keçər” məsəlini çəkib, yuxuya getmişdik, daha doğrusu, zorla ağızları qıfıllayıb, bizləri susdurub yuxuya vermişdilər.

İngilis hökuməti “soyqırım”a dair fakt tapmaq üçün Böyük Britaniya, ABŞ, Fransa arxivlərini dəqiqliklə araşdırmışdı. Verilən məlumatların heç birində soyqırım ilə bağlı fakt olmamışdı, əksinə bu məlumatların içərisində ermənilərin türklərə qarşı törətdikləri cinayətlər geniş yer almışdı. Türkiyə Cümhuriyyətinin Başbakanlıq Dövlət Arxivləri İdarəsinin çap etdiyi “Arxiv sənədləri”nə görə Qafqazda və Anadoluda göstərilir ki, Anadolu və Cənubi Qafqazda 1906-1922-ci illər arasında 517 min 955 nəfər türk-müsəlmanları ermənilər tərəfindən qətlə yetirilmişdir. Bunlar yalnız sənədlərdə təsbit edilənlərdir. Ümumiyyətlə, bu dövrdə bu bölgələrdə ermənilər 2 milyondan çox türkü vəhşicəsinə qətlə yetirmişdir.

Məşhur ermənişünas alim Castin Makkarti uzun illər apardığı tədqiqatlardan sonra belə nəticəyə gəlmişdir ki, ermənilər “erməni soyqırımı”nı türklərə qarşı törətdikləri cinayətləri ört-basdır etmək üçün uydurmuşlar. Tamamilə düzdür, yəni Azərbaycan atalar sözündə deyildiyi kimi: “Qara məni basınca, qoy, qaranı mən basım”.

Ermənilərə xas olan ikiüzlülüyü təsdiqləyən Xaçatur Abovyan ermənilərinə öz iyrənc müraciətində deyir:

“Mənim ermənilərim, siz hansı südü əmmisiniz, hansı bətn sizə həyat verib, hansı əllər sizi qucaqlayıb, hansı dodaqlar xeyir-dua verib ki, siz bu qəlbə, bu ürəyə malik olmusunuz ki, bütün dünyaya belə eşidilməmiş möcüzə göstərirsiniz?” Və o, sonra... 

“Fəqət, bu sıxışdırmaların (görəsən hansı?) özü ermənilərə ruh verirdi... və onlar düşmənin qanını sorurdular”. Burada isə faşistliyini biruzə verir.

           Xaçatur Abovyan

 

Bu ifadəni rəhmətlik Saleh bəy Qarabağlı aşağıdakı kimi qiymətləndirir:

“Dəlicəsinə özünəməftunluq və özgələrə qəddar nifrətin bu ifadələri superfaşizmin kəşfi prioritetinin erməniliyə, erməni “peyğəmbəri” Xaçatur Abovyana məxsus olduğunu sübut edir. Superfaşizmin əsas arzusu isə düşmənlərin soyqırımıdır”.

Və onları təsdiqləyən avropalılar zaman-zaman hələ qədimlərdən erməni əcdadlarının beyninə yeridiblər ki, türklər sizin düşməninizdir. Sonra da bu fikir babaların beynində möhkəm yerləşərək keçirilib ataya, oğula... və bu günə kimi də davam edir.

Bizim xilasımız, tariximizi (keçmiş yalanları yox) “zəncirdən” çıxanları məntiqlə araşdırmaq və xalqımıza çatdırmaqdır.

Misal üçün, Saleh bəy yazdığı “Ermənilik” kitabında göstərir: “Zalım türk barədəki əfsanəyə insanların inamının bütün gücü nəzərə alınarsa, həqiqət ola bilsin, dərk edilməsin. Buna baxmayaraq, həqiqət deyilməlidir. Alimlər, xüsusilə Avropa və Amerika alimləri tarixin obyektiv və qərəzsiz öyrənilməsinə çağırmalıdırlar. Onlar bunu lazım olduğu kimi, yalnız və yalnız qərəzsiz etməyə başlayanda, türklər öz arxivlərini açacaqlar (və artıq açıqdır) və dünya ictimaiyyəti tərəfindən tələb olunmalıdır ki, ermənilər və ruslar da gizli arxivlərini açsınlar”. Əlbəttə, bu, asan iş deyil və vaxt tələb edir. Lakin dünya ictimaiyyəti və alimlər bunu tez də edə bilər, nə qədər tez olsa, erməni gənc nəsli bu yalan “xəstəlikdən”, iddiadan xilas ola bilər. Və hər iki ölkənin tarixi həqiqətdə durum tapar, bununla da terrorçuluğa son qoyular. Belə demək daha düzgün olardı: “Ən yaxşı, güclü silah həqiqətdir”.

Saleh bəyin “Ermənilik” kitabında göstərdiyinə əsasən, C.Makkartinin əsərindən alınan nəticələr:

1.“Ümumiyyətlə Anadoluda 600 min erməni və 2,5 milyon müsəlman həlak olub. Əgər bu soyqırım olubsa, onda ən azı, qəribə soyqırım olub-cəlladlar qurbanlardan az qırılıb”. Deməli, soyqırım türklər üzərində aparılıb və həqiqətən də belədir.

2.“Rəqəmlərin dili ilə deyilsə, həlak olanların və qovulanların sayı üzrə hamıdan çox əzab çəkən Krım və Qafqaz müsəlmanları (azərbaycanlılar) olub”.

Bu, Azərbaycan türklərinin soyqırımı olub.

3.“...1820-ci ildən 1920-ci ilə qədərki dövr ərzində demək olar ki, 600 min erməni Rusiyaya gəlmişdi. 2 milyon müsəlman isə Rusiyadan Türkiyəyə köçmüşdür”.

4.“... Müsəlmanları soyqırımın günahkarı hesab edənlər qəribə bir tərzdə müsəlmanların həmin soyqırımın qurbanı olduqlarını etiraf etmək istəmirlər...”.

Beləliklə, soyqırım olub ancaq müsəlmanların, Anadolu, Azərbaycan türkləri üzərində vəhşicəsinə soyqırım...

Saleh bəy davam edir:

“Makkarti yalnız tarixi həqiqəti açmaqla kifayətlənmir. O, həm də istəyir ki, bu həqiqət təsir göstərsin, heç olmasa eşidilsin, ilk növbədə ermənilər tərəfindən.

Makkartiyə elə gəlir ki, ermənilər “yanılıblar”-hesab ediblər ki, 1915-ci ildə “erməni soyqırımı” olub və ona görə də belə davranırlar, adam öldürür, qisas alırlar. Və əgər tarixi həqiqət açılarsa, onda ermənilər sakitləşər, terrorçuluğu dayandırar (əgər onlardan istifadə edənlər icazə versələr, imkan yaratsalar, başa salsalar).

Doğru demişlər, “düzgünlük sadədilliklə həmsərhəddir”. Qoy, cənab Makkarti məni bağışlasın, o, düzgünlüyün sərhədlərindən çıxıb, sadədilliyə daxil olub. Ermənilər “soyqırım” barədəki tarixi yalana çaşıb inanmayıblar, xeyr! Bu yalanı onlar özləri düzəldiblər, yalan olduğunu bilə-bilə, qəsdən yaradıblar və ara vermədən, bilərəkdən onu get-gedə şişirdiblər. Məqsədləri var, real və uzağa gedən.

Bunu digər professor-Malevil başa düşüb, “erməni soyqırımı barədəki əfsanə sadəcə yalan deyil, “gizli rejissorların üstüörtülü məqsədlər üçün” hazırladığı silahdır. Bəli, bu, aşkarlanmış yalan zirehinə geydirilən bir tankdır və zirehi yorulmadan qalınlaşdırırlar (ermənilərin “erməni soyqırımı”na aid rəqəmlərinin necə yoğunladığını yadınıza salın: 300 min, 600 min, 1 milyon, 1,5 milyon, 2 milyon...). Bu tanklar yalan zirehinin arxasından atəş açmaq, “fiziki və ya söz zorakılığı etmək” qorxusudur. Özü də zireh qəribə rənglənib və bu rənglər mütəmadi təzələnir, getdikcə daha da tündləşir, 1980-1990-cı illərdən sonra yeni “şahidlər” tapılır, tükənməz “soyqırım” mövzusunda yeni səhnələr uydurulub, təsvir edilir. Zireh get-gedə həm yoğunlaşır və həm də daha dəhşətli şəkil alır.

Odur ki, Makkartinin təklif etdiyi “tarixi öyrənmək”lə, həqiqətin köməyi ilə erməniləri sakitləşdirmək doktrinası sadədillikdir və reallıqdan uzaqdır. Həqiqət-müdafiə silahıdır, ermənilərə o lazım deyil, onlara hücum silahı-yalan lazımdır. Ermənilər yalan oyunlarını hamıdan yaxşı bilir və terrorçuluğu davam etmək üçün bunu işlətməkdən həzz alırlar. Avropa, Amerika, Rusiyada erməni yalanını çox yaxşı bilirlər, lakin bəzi vicdanlı adamlardan başqa qalanları açıb düzünü deməyə qorxurlar, çünki özləri də bu oyunun iştirakçılarıdır...

Qaynaqlarda göstərildiyi kimi, 1948-ci il dekabrın 9-da BMT Baş Məclisi tərəfindən qəbul edilmiş “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəza verilməsi barədə” konvensiyada deyilir: “Rasizmin ən rəzil və irsi formalarından biri olan soyqırım bəşəriyyətə qarşı ən ağır cinayətdir...”. Və əlavə “Hətta 30 min adamın öldürülməsi soyqırım hesab edilir, əgər müdafiə olunmayan etnik qrupun məhv edilməsi müəyyən edilibsə”.

Lakin “rasizm”-tarix boyu bu xırda bir tayfa-ermənilər digər xalqlara, ilk növbədə türklərə qarşı apardığı namərdlik, terrorçuluq yolu ilə bütün dünyanı da titrədir. Elə bil qəbul edilən qanunların onlara aidiyyatı yoxdur, baxmayaraq ki,  qanunlar onlara qarşı tətbiq olunur.

Halbuki, 1905-1922-ci illərdə Türkiyə və Azərbaycanda və 1918-ci ildən indiyə kimi Azərbaycanda erməni millətçilərinin apardığı “rasizm” əməliyyatı əsl mənada, soyqırım kimi qiymətləndirilməlidir.

Ermənilərin “Böyük Ermənistan” torpaq dərdi, istəkli “həmkardərdli” olan Hitler də torpaq dərdi-Abşeronun nefti dərdi idi. Kiçik Asiyada “Böyük türk dövləti” Almaniya tabeliyində yaratmaq arzusu ürəyində qaldı. Ermənilər heç olmasa, bundan nəticə çıxarmalıdırlar.

Gəlin, indi konkret mənada soyqırıma kim məruz qalıb, bunu tamamilə neytral insanların tədqiqatlarına əsasən müəyyənləşdirək. Qarabağlı Saleh bəy göstərdiyi kimi:

-Malevilin məlumatı üzrə (amerikalılarla birgə Osmanlı hesabına və ermənilərin 1918-ci il özlərinin verdiyi məlumata əsasən) 300 min nəfər erməni;

-Makkartinin məlumatı üzrə, 600 min nəfər;

Həmin vaxt ərzində Türkiyədə ermənilər tərəfindən öldürülmüş dinc müsəlman əhalisinin sayı:

-Şounun məlumatı üzrə, 2,7 milyon (beş əyalətin türk əhalisi 3.300.000 nəfər idi, onlardan qaçqın halında 600 min nəfər qaldı, beş əyalət isə xarabazara çevrildi).

-Makkarti məlumatı üzrə, Anadoluda 2,5 milyon müsəlman həlak olmuşdu.

Beləliklə, türklər üçün maksimum yox, optimal nisbət götürülsə, türklərin ermənilərə nisbətən 8 dəfə çox qırıldığı aydın olur.

“Rus ordusu tərəfindən Şərqi Bəyazid tutulandan sonra ermənilər magistral yol boyu yerləşmiş bütün müsəlman kəndlərini yandırıb viran qoydular. Həsənqala yolunda, həmçinin Sarıqamış, Ərdəhan, Qars, Ədirnə, İrəvanda... ermənilər yüzlərlə kəndi talan edib dağıtdı, yandırıb məhv etdilər... Məməxatun. Burada biz əhalidən sağ qalmış bir nəfərə də rast gəlmədik. Bütün əhali öldürülmüş, meyidlər isə böyük bir quyuya atılmışdı... Alacakənddə... eybəcər hala salınmış qalaq-qalaq meyidlər... Uşaqların hamısının cəsədləri süngü ilə deşilmiş, ahıllar və qadınlar anbara doldurulub diri-diri yandırılmış, cavanlar balta ilə şaqqalanmış, asılmışdılar. Həmvətənlərimizin bu faciəsi ürəklərimizi dağlayırdı...”-yazır Rövşən Məmmədli (“Vətən səsi” № 33-36. 1990-cı il dekabr).

Bu vəhşiliklərlə ermənilər kim olduqlarını dünyaya bildirmiş oldular, lakin... Buna isə cavab birmənalıdır: cəllad-ermənilər, qurban-müsəlmanlardır.

Beləliklə, yuxarıda tarixçi alimlərin fikirlərinə əsasən, “erməni soyqırımı”nın olmadığını və ya uydurma olduğunu bildik, lakin türklərin soyqırımını açıq-aşkar deməkdən qorxurlar, hərçənd, onu tam əsaslandırırlar.

“Sivil” ermənilər bu işləri əla bacarırlar, hamıdan yaxşı, hamıdan keyfiyyətli və nəinki rəngli, həm də səsli filmlər çəkir, diktorun təsirli səsi avropalıları maarifləndirir: “Baxın, türklər, azərilər necə vəhşidirlər, yazıq ermənilərin meyitlərini bu günə onlar salıblar!”. Gözlərini də qırpmadan həyasızlıq edirlər. Lakin bu “sivilizasiya” sahəsində türklər çox geridədirlər, yalan danışmağı, düzüb-qoşmağı bacarmırlar. 

“Bu da dəqiqdir ki, dinc əhali arasındakı (Ərzincanda) 1.600.000 türk rus qoşunlarının önündə vəhşicəsinə qətlə yetirilmişdir... Bu, əməliyyat aparan erməni yaraqlılarının törətdiyi sistematik qırğınların nəticəsi idi”.

Erməni “xeyirxahlığının” və “sülhpərvərliyinin” nə demək olduğuna dair Makkartidən daha bir fakt:

“... Sivas əyaləti müharibə zonasında deyildi, rus ordusu heç vaxt orada olmamışdı. Buna baxmayaraq, Sivasda 180 min müsəlman həlak olub. Eyni hadisələr Anadolunun digər hissəsində də baş verdi”.

Oxucular, bunların hamısını dərk etmək olarmı?! 180 min nəfər təkcə Sivasda...! Mən hələ ki, istifadə etdiyim bütün ədəbiyyatlardan qısa məlumatlar verirəm sizlərə.

Qaldı ki, o dövrdə (1905-1922) Azərbaycanda törədilən soyqırım haqqında aşağıda ayrı göstəriləcək.

Lakin Azərbaycan xalqının soyqırımı, məhv edilməsi və qovulması 1801-ci ildən başlanmışdı, azğın rus ordusunun Gəncə hökmdarı Cavadxan və onun oğlunu döyüş meydanında qətlə yetirdiyi gündən hesab etmək lazımdır.

Soyqırımın əsas forması milli genofondun, qeyrətli, savadlı, ağıllı və vicdanlı adamlarını, əsasən zadəganların-bəylərin, xanların məhv edilməsi olmuşdur.

İstərdim, dünyada gedən proseslərdən bir misal çəkim təcavüzkarlar haqqında. Bəli, müasir dövrdə təcavüz ən ağır cinayət hesab olunur və təcavüz edən dövlət, onun rəhbəri üçün ən nalayiq tərifdir, çünki təcavüzkarlıq tək işğalçılıq deyil. İlk öncə, təcavüz olunan ölkənin dinc əhalisini vəhşicəsinə, vandallıqla qətlə yetirərək soyqırım törədilir (indiki oyunlarda “nalayiq” tərifə baxan yoxdur).

Lakin tarixə nəzər salsaq, təcavüzkarı-yumşaqca istilaçı adlandırırlar-Makedoniyalı İsgəndəri, Yuli Sezarı, Toxtamış, Şah Abbas və başqaları ölkələri tutarkən yerli əhalini ucdantutma qırmaq, ölkədən qovmaq, heç Hitler də belə etmirdi. Hal-hazırda isə belə hərəkət-əhalinin öldürülməsi və qovulması “etnik təmizləmə” adlanır və bu, «cinayət» hesab edilir. Lakin bu cinayət başqa ölkələrdə aparılırsa (Azərbaycandan başqa), buna qarşı bir tədbir görülür və deportasiya olunanlar geri qaytarılır.

Qafqazda isə tamamilə başqa anlaşılmaz hadisələr baş verir. Müasir dövrümüzdə Ermənistan azərbaycanlıları öz dədə-baba yurdlarından vəhşicəsinə qovuldu (1988-1993), üstəlik gəlib Azərbaycan Respublikası (hələ SSRİ dövründə) ərazisində vəhşicəsinə xalqa qarşı işgəncəli soyqırım törətdi, silahsız dinc əhaliyə basqın etdi, SSRİ Kremlin silahı ilə müharibəyə başladı. Bir söz deyən olmadı, elə bil belə də olmalı imiş... Çox qəribədir, deyilmi?! Artıq 25 ildir ki, bu davam edir.

Hələ ki 1905-1922-ci illərdə Azərbaycanda və Türkiyədə vəhşicəsinə törədilən soyqırımlara dünya ictimaiyyəti tərəfindən qiymət verən yoxdur, çünki daşnak erməni lobbiləri buna imkan vermirlər, öz qondarmaları, fitnə-fəsadları ucbatından.

Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra bu sahədə müəyyən siyasi-tarixi əhəmiyyətli qərarlar qəbul edildi.

SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 №-li və 1948-ci il 10 mart tarixli 754 №-li qərarları Azərbaycan xalqına qarşı (öz əzəli dədə-baba torpaqlarından, isti ocaqlarından məcburi deportasiya) dövlət səviyyəsində növbəti cinayət aktı olduğunu və 1918-ci ildə törədilən soyqırımın davamı kimi qiymətləndirmək olar. Bunların davamı olan 1987-ci ildən yenidən başlanan hadisələr: 1990-cı il 20 Yanvar faciəsi, 1992-ci il 26 fevral misli görünməyən Xocalı soyqırımı və davam edən erməni cinayətlərinin Kremlin nəzərinə vaxtında çatdırılsa da, bu vaxta kimi Rusiya bir cinayətkar kimi buna məhəl qoymur, əksinə, ermənini silahlandırmaqda davam edir.

Bu baxımdan, Azərbaycan prezidenti ümummilli lider Heydər Əliyev bu hadisələri düzgün qiymətləndirərək, 1997-ci il 18 dekabr tarixli “1947-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında” fərmanı tarixi hadisələrə qiymət verilməsində böyük əhəmiyyət daşıyırdı.

1918-ci il mart ayında və sonrakı günlərdə Bakıda və Azərbaycanın bir çox bölgələrində (Şamaxı, Bakı, Naxçıvan, Quba, Salyan, Lənkəran və s.) silahsız dinc əhaliyə qarşı törədilən soyqırım ilə bağlı 1998-ci ildə Azərbaycan prezidenti cənab Heydər Əliyevin “Azərbaycan xalqına qarşı törədilən soyqırım haqqında” verdiyi fərman xüsusi əhəmiyyətli olmuş, 1918-ci il 31 mart tarixdə soyqırım günü kimi elan edilib. 

Beləliklə, azərbaycanlıların öz tarixi vətənlərinə (Ermənistana) qayıtmaq üçün əllərində 2 hüquqi sənəd var, lakin bu sənədlərdən irəli gələn vəzifələrin lazımınca yerinə yetirilmədiyini qeyd etməliyik, yəni dünya səviyyəsində qəbul edilənləri. Bu ədalətsizliyə son qoyulmalı, Azərbaycanın ərazi bütövlüyü təmin edilmədiyini.

Axıska türkləri, Krım tatarları, çeçen-inquşlara verilən imkanlar Ermənistanda yaşayan və oradan dövlətin qərarı ilə (SSRİ) qovulan insanlara da aid edilməlidir. Hadisələri hüquqi aspektdən qiymətləndirmək üçün tədqiqatçıların hüquq sahəsində təcrübəli olması əsas şərtlərdən biridir. Əgər tədqiqatçı hadisələri soyqırım kimi qiymətləndirirsə, o, mütləq beynəlxalq hüquqda nəzərdə tutulan prinsiplərdən çıxış etməlidir. Erməni müəlliflərinin dünya miqyasına çıxartdıqları “erməni soyqırımı” iddiaları bu prinsiplərdən tamamilə uzaqdır. Çox zaman ermənilər hüquqi yanaşmada özlərinə sərf eləyən cəhətləri qabartmaq yolu tutumuşlar, bu da məsələyə həm tarixi, həm də hüquqi qiymət verməkdə müəyyən çaşqınlıq yaratmışdır. Erməni müəllifləri və ermənipərəst Qərb tarixçiləri 1915-ci ildə aktual “erməni məsələsi”nə və sonrakı illərdə baş verən hadisələrə faciəvi xarakter vermək üçün 9 dekabr 1948-ci ildə qəbul edilən və 12 yanvar 1951-ci ildə tətbiq olunan “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılmasına dair” konvensiyanın tələblərini də özlərinə sərf eləyən formada şərh etməkdən çəkinmirlər. Bu konvensiyada soyqırımla bağlı prinsiplər müəyynələşdirilib. Onların heç biri 1915-ci il hadisələrinə aid edilə bilməz.

Osmanlı dövləti erməniləri qorumaq səbəbi ilə müharibə zamanı əhalini müharibə bölgəsindən ölkənin başqa bir ərazisinə köçürmüşdü. Əgər bu, erməni soyqırımıdırsa, o zaman 1918-ci il mart ayında Azərbaycanda törədilən soyqırımdan əlavə, 1947-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR-dən köçürülməsi də ikinci soyqırım hesab olunmalıdır, üçüncüsü də 1988-1992-ci illərdə baş verənlərdir. Ancaq azərbaycanlılar müharibə zamanı yox, 1947-1953-cü illərdə Kremldə oturan xarici işlər naziri daşnak Mikoyanın canfəşanlığı ilə Stalinin qarşısında adi vaxtda əzəli, isti ata-baba ocaqlarını tərk etdiriliblər. Baxın, əsl soyqırım budur. Buna görə, erməni cinayətlərinin qarşısının alınması və cəzalandırılmasına dair “konvensiya”ya əsasən, ermənilər və onlara dəstək verənlər mühakimə edilməlidir.

Arxiv sənədləri hamısı qan qoxuludur-bunlar hamısı qərəzsiz araşdırılsa. Mövsüm bəy Sadıqbəyov, Şamaxı sakini (1918):

-Küçələrdə sürüdülən qadın və uşaq meyitlərini öz gözlərimlə görmüşəm. Ermənilərin vəhşiliklərinin sübutu tamam dağıdılmış Şamaxı şəhəri və qəddarlıqla qətlə yetrilmiş minlərlə qadın, uşaq və qoca meyitləri idi.

İbrahimxəlil Tapdıq oğlu, Şamaxı qəzasının Müsəlman Mərəzəsi kəndinin starşinası:

-Kəndimiz malakan Mərəzəsinin bir verstliyində yerləşir. Gəncə müsəlmanları geri çəkildikdən sonra müşahidə etdik ki, molokan kəndinə yad adamların, xüsusilə də ermənilərin böyük axını var. Bakıya getmiş malakanlar geriyə hansısa şəxslərlə qayıtdılar. Onlar bizim kəndin ağsaqqallarını çağırtdıraraq, kənd camaatında olan silahların bolşevik hökumətinə verilməsini tələb etdilər. Həmçinin bildirdilər ki, tezliklə Bakıdan böyük rəislər gələcək. İki günlük möhlət alaraq vəziyyəti müzakirə etdik. Bəzilərimiz bu qənaətə gəldik ki, şübhəli adamlara aldanmayaq və qırğından qorxaraq “Qəbiristan” adlı qışlağa getdik. Camaatın əksəriyyəti kənddə qalaraq hadisələrin sonrakı gedişatını gözləməyi üstün tutdu. İki gündən sonra kəndin ağsaqqalları yenidən çağırıldılar və az keçmiş ermənilər kəndə hücum etdilər. Kənd talan olundu, 300 nəfər qətlə yetirildi. Camaatın qalanı türklər gələnə qədər “Qönçə-bulaq” qışlağında gizləndilər.

Sağ qalmış Şamaxı sakinlərinin dedikləri ağılasığmaz dəhşət idi. Bütün bu dəhşətlər şahid ifadələrindən göründüyü kimi, əslən şamaxılı olan Stepan Lalayevin əmri və iştirakı ilə həyata keçirilirdi.

Erməni əsgərləri 8-10 nəfər müsəlmanı bir-birinə spiralvarı bağlayır, sonra tüfənglərinin süngüsü ilə bir zərbəyə neçə adamı öldürmək yarışı keçirirlər (Bu həm də Komarovskinin məruzəsinin təsdiqidir).

-Öldürülən insanların kəllə qapaqları çıxarılır, əlləri, qolları, qulaq-burunları kəsilir, meyitlər təhqir edilirdi.

-Bakı şəhərində yaşayan şamaxılılardan Hacı Zamanov, Hacı Mir İsmayıl, Mir Həşimov və Məşədi Abdul Hüseyin Nadirov Bakıdakı müttəfiq qoşunların komandanı Tomsona müraciətlərində bildirirdilər ki, Stepan Lalayev öz bandası ilə Şamaxıya gələrkən yol boyu bütün kənd və qəsəbələri yerlə yeksan etmişdir. Onlar dağıtdıqları kəndlərdə bütün kişiləri məhv etmiş, qadınlara və uşaqlara olmazın əzablar vermişlər. Qadınları və uşaqları ərlərinin, atalarının gözləri qarşısında tikə-tikə doğramışlar.

Yaşayış məntəqələri starşinalarının ağsaqqalların iştirakı ilə tərtib etdikləri aktlarda göstərilən rəqəmlər ermənilərin Şamaxıda əsl soyqırım həyata keçirdiklərinin sübutudur:

-217 evlik Qubalı kəndində 250 kişi, 150 qadın, 135 uşaq qətlə yetirilib.

Həmin rəqəmlər başqa aktlarda müvafiq olaraq belədir:

-66 evlik Qaravəlli kəndi: 40 kişi, 50 qadın, 30 uşaq.

-155 evlik Qonaqkənd kəndi: 25 kişi, 5 qadın, 4 uşaq.

-600 evlik Quşçu kəndi: 192 kişi, 115 qadm, 25 uşaq.

-358 evlik Ərəbqədim kəndi: 200 kişi, 100 qadın, 78 uşaq.

-165 evlik Cəyirli kəndi: 40 kişi, 20 qadın, 15 uşaq.

Sündü kəndində 250 nəfər, Dilmanda 585 nəfər, Kalvada 500 nəfər, Mücüdə 230 nəfər, Tircanda 360 nəfər amansızlıqla qətlə yetirilmişdir.

Bunlar Fövqəladə İstintaq Komissiyasının isti-isti, qırğından bir neçə ay sonra apardığı təhqiqatlarda açıqlanan mənzərədir. Ancaq təəssüflər olsun ki, komissiya öz işini sona çatdıra bilmədiyi üçün Şamaxı qırğını haqqında məlumatlar da müxtəlifdir. Komissiyanın natamam tədqiqatına görə, təkcə 1918-ci ilin mart ayında Şamaxıda 7 mindən çox adam qətlə yetirilib. Bunun 1653 nəfəri qadınlar, 965 nəfəri uşaqlardır. Ayrı-ayrı tarixi mənbələrdə isə bütövlükdə Şamaxı qəzasında 40 minə qədər dinc əhalinin soyqırım qurbanı olduğu barədə məlumatlar var. Ancaq ən dəhşətlisi odur ki, Sovet dövləti 70 il ərzində həmin qanlı hadisələri inqilabın düşmənləri ilə mübarizə, yəni ermənilərin təqdim etdikləri kimi, tarixə salmağa cəhd etdi və buna nail oldu. Bolşevik məhkəməsi 1920-ci ilin 23 noyabrında Şamaxı qırğınının bilavasitə iştirakçıları və təşkilatçıları olan Stepan Lalayevin və başqalarının haqqındakı cinayət işinə baxdı, qətl və zorakılıqların 1918-ci ildə, vətəndaş müharibəsi şəraitində, milli ədavət zəminində baş verdiyini, 2 fevral 1920- ci il tarixli amnistiya qanununu əsas götürüb işə xitam verdi, həmin qanlı hadisələri yaddaşlardan silmək üçün bütün mövcud mexanizmi hərəkətə gətirdi.

Şamaxı ilə Mərəzə arasında, Acıdərə adlanan ərazidə, şose yolunun kənarında, iki dərənin qovuşacağındakı  kiçik təpənin üstündə tənha bir məzar var. Həmin məzarda 91 il əvvəl erməni vəhşiliyi ilə üzbəüz qalan qardaşlarının harayına yetərkən şəhid olmuş qəhrəman bir türk zabiti uyuyur. Sovetlərin “türk” sözünə yasaq qoyduğu dövrlərdə belə bu məzar ziyarətgah olub. Qəbri keçən əsrin 30-cu illərinin asıb-kəsən çağlarında Məlikməmməd Tağıyev adlı bir el adamı öz canı bahasma götürüb. Bu səbəbdən də 1937- ci ildə erməni donosu ilə türkçülükdə ittiham edilərək həbs olunub, xalq düşməni kimi güllələnib. Sel-sudan uçub dağılmaq təhlükəsi qarşısında qalmış qəbri 1954-cü ildə Babaxan Babaxanov adlı bir sürücü abadlaşdırıb. 2000-ci ildə isə Qobustan Rayon İcra Hakimiyyəti həmin qəbri yenidən təmir etdirib və azca aralıda, şose yolunun üstündə 1918-ci ildə döyüşlərdə həlak olmuş türk əsgərlərinin xatirəsinə abidə kompleksi tikdirib. Bu gün insanlar bura ziyarətə gəlirlər, məzarın üstünə tər çiçəklər düzürlər. Yoldan ötənlər istər-istəməz avtomobillərinin sürətini azaldıb həmin döyüşlərdə şəhid olanlara Allahdan min rəhmət diləyirlər.

Bu, on illərdir ki, belədir. Bundan sonra da əsrlər uzunu belə olacaq. Çünki həmin məzar Şamaxının bəlkə də tarixlər boyu yaşadığı ən müdhiş günlərdən hüzünlü bir xatirədir. Bu tənha məzar o günləri unutmağa imkan verməyib. Sovetlər dövründə hökumətin qorxusundan qəbrin ziyarətinə gizli-gizli gələn el-oba o dəhşətləri heç vaxt unutmayacağını nümayiş etdirib.

Laxtalanmış qan yaddaşımız bir də aradan 70 il ötəndən sonra duruldu. Bu müddətdə ermənini yenə ocaq başında oturduq, hər şeyi unudub, “qardaş olub Hayastan Azərbaycan” dedik. Həmişə inqilabi hadisələr, müharibələr ərəfəsində kimlərinsə qoltuğuna sığınıb, bizə arxadan namərd zərbəsi endirən erməni isə öz xislətindən dönmədi. Xocalı qırğınını törətdi, torpaqlarımızın 20%-ni işğal etdi, xarabazara çevirdi, bir milyona qədər soydaşlarımızı doğma yurd-yuvasından didərgin saldı. Biz bütün bu olanlardan sonra Şamaxıda törədilən soyqırım qurbanlarının xatirəsinə abidə ucaltdıq, indi hər il martın 31-də rayon ictimaiyyəti həmin abidə ətrafında toplaşır, abidə tər çiçəklərə bürünür, hamı günahkarcasına susub hüznə qərq olur. Soyqırım qurbanlarının ruhu günahlarımızdan keçirmi?! Çətin... Axı, biz qisası qiyamətə saxlamışıq...

 

1905-1918-ci illərdəki erməni terrorçu vəhşiliklərindən tarixi sənədlərə əsasən misallar

 

6 fevral 1905-ci il. Bakı. Mixaylov xəstəxanasının sənədlərinə görə, erməni milyonçuları Balabek Lalayevin, Artyom Babayantsın, İsay Ter-Osipovun və başqa maqnatların havadarlığı ilə terror qrupu 18 nəfəri öldürmüş və 33 nəfəri yaralamışdır. Onların 34-ü azərbaycanlı, 6-sı rus, qalanları başqa millətlərin nümayəndələridir.

7 fevral 1905-ci il, Bakı. Həmin erməni terror təşkilatı bu dəfə şəhərdə 100-dək dinc vətəndaşı öldürmüs və yaralamışdır.

9 fevral 1905-ci il, Bakı.  Yenə də həmin erməni terror təşkilatı şəhər sakinlərini tam qarət etmişlər. Erməni terrorçularının Bakıda hələ 1904-cü ilin axırlarında yayılmış intibahnamələrində ifadə olunmuş hədə-qorxuları ardıcıl surətdə həyata keçirmişdir. Qatillər kütləvi qırğınlar törətdikdən sonra varlı ermənilərin evlərinə yığışmış və binaların pəncərələrindən, damlarından şəhərin küçələrinə atəş açmış, bomba və qumbaralar atmışlar. 1905-ci ilin 6-10 fevral hadisələri tarixə “Bakı şəhərində qanlı qətliam” kimi daxil olmuşdur. Yuxarıda adları çəkilən varlı ermənilərlə yanaşı, Mantaşev, Ter-Qukasov, Melikyants da öz proqramlarını həyata keçirməyə başlamış “Daşnaksütyun” beynəlxalq terror təşkilatının üzvləri və sponsorları idilər.

20-21 fevral 1905-ci il, İrəvan. “Daşnaksütyun” terror təşkilatının quldur qrupları şəhərin azərbaycanlı sakinlərini qırıb çatmışlar. Dinc sakinlərin vəhşicəsinə öldürülməsi şahidləri dəhşətə gətirmişdi. “Kafkaz” rus qəzetinin yazdığına görə, bu qətlləri Parisdə və Venesiyada nəşr edilmiş erməni dərsliklərindən tərbiyə almış adamlar törətmişdilər. Bu kitabların müəllifləri öz şagirdlərini bəşəriyyətə qarşı gələcək cinayətlərə sanki qabaqcadan proqramlaşdırırdılar.

May 1905-ci il, Naxçıvan. Erməni quldur birləşmələri dinc əhaliyə qarşı qanlı azğınlıq törətmişlər. Öldürülənlər arasında qadınlar, uşaqlar və qocalar var idi.

1905-ci il, Zəngəzur. Erməni quldur birləşmələri şəhərin dinc əhalisinə qanlı divan tutmuşlar. Onlarla adam öldürülmüşdür. Şahidlərin dediklərinə görə, cəlladlar təsəvvürolunmaz, ətürpədici edam üsulları tətbiq etmişlər. Məsələn, adamları əl-ayaqlarından nəhəng ağacların əyilmiş budaqlarına bağlayırdılar. Sonra kəndiri kəsərək budaqları buraxırdılar.

21 avqust 1905-ci il, Şuşa. Erməin quldurları Şuşa qəzasının kəndlərindən birində məktəbin təmiri ilə məşğul olan 17 azərbaycanlı ustaya basqın etmiş və onların başlarını kəsmişlər.

1905-ci il avqustun axırları, Bakı. Erməni quldur birləşmələri azərbaycanlılara dəhşətli divan tutmuşlar. Şahidlərin dediklərinə görə, Bakıda avqustun axırlarında baş vermiş bu hadisələr öz qəddarlığına və kütləviliyinə görə həmin ilin fevralında törədilmiş faciəni kölgədə qoymuşdur.

3 oktyabr 1905-ci il, Sırxavənd. Erməni terror və quldur birləşmələri kəndə basqın etmişlər. Əməliyyata erməni terrorçu Hamazasp başçılıq edirdi, “Daşnaksütyun” terror təşkilatının komitəsi dinc kəndliləri xüsusi vəhşiliklə qırdığına görə ona general rütbəsi vermişdir. Çox qısa müddətdə viran qoyulan Sırxavənd kəndi azərbaycanlıların meyitləri ilə dolmuşdur. Quldurlar hətta qocalara rəhm etmir, körpələri isə bir yerə yığıb kütləvi şəkildə öldürürdülər.

1 yanvar 1906-cı il, Papravənd. Erməni quldur birləşmələri azərbaycanlıların Papravənd kəndinə basqın etmişlər. Sakinlər dinc şəkildə müqavimət göstərsələr də, kənd işğal olunmuşdur. Ermənilər kişilərin başlarını kəsir, hamilə qadınlarının qarnını qılıncla yarır və hələ dünyaya gəlməmiş uşaqların başlarını vururdular. Qırğına erməni quldur Andronik rəhbərlik edirdi. Əsrin əvvələrində Rusiyanın Ərzurumdakı konsulu, general Q.Mayevski onun haqqında yazmışdı: “1901-ci il qışın əvvəllərində Andronik adlı birisinin erməni quldur dəstəsi Muş həndəvərində peyda olmuşdur”.

18 mart 1918-ci il, Şamaxı. Səhər tezdən        erməni quldur birləşmələri şəhərə soxulmuşlar. Onlar evləri yandırır, tanınmış ictimai xadimləri, ziyalıları öldürürdülər. Rusiyanın Birinci Dövlət Dumasının sabiq üzvü Məmmədtağı Əliyev də xüsusi qəddarlıqla qətlə yetirilmişdi. Dinc sakinlər ağlasığmaz işgəncə və əzab-əziyyətlə öldürülürdülər. Küçələr işgəncə verilmiş, döşləri kəsilmş və qarınları yırtılmış qadınların meyitləri ilə dolu idi. Payalarla torpağa sancılmış uşaqların qalaq-qalaq meyitləri şahidləri dəhşətə gətirmişdi. Fövqəladə İstintaq Komissiyasının üzvü A.Novatskinin fikrincə, Şamaxını viran qoyan erməni quldur dəstələri bir ideyadan-öldürmək və qarət etmək, qarət etmək və öldürmək ideyasından ruhlanmışdılar.

19 mart 1918-ci il, Bakı.  Fövqəladə İstintaq Komissiyasının sənədlərində deyilir ki, martın 19-da tezdən azərbaycanlıların hələ yatdıqları vaxt şəhərin onlar yaşayan hissəsinə hücum başlanmışdır. Azərbaycanlılar nələr baş verdiyini dərhal anlaya bilməmişdilər. Qanlı əməliyyatların bilavasitə başçısı “Daşkansütyun” terror təşkilatının fəallarından biri-Bakıda qeyri-erməni əhalini kütləvi surətdə qırmaq barədə S.Şaumyanın göstərişini yerinə yetirən Stepan Lalayev olmuşdur. Komissiyanın sənədlərinə görə, o, dinc vətəndaşların öldürülməsində şəxsən iştirak edirdi. Xüsusi mühüm işlər üzrə məhkəmə müstəntiqi Komarovskinin raportuna görə, erməni quldurları Bakının mərkəzi küçələrində evlərə soxulur və silahsız sakinləri öldürürdülər.

21 mart, 1918-ci il. Şahidlərin dediklərinə görə “Daşnaksütyun” terror təşkilatının saqqallılardan ibarət dəstəsi rus inqilabının bayrağı altında İçərişəhərin girəcəyindəki binanı mühasirəyə almışdı. Burada iki min nəfərədək yaralı və xəstə azərbaycanlı, rus, ləzgi və yəhudi vardı. Erməni terrorçu Hamazaspın və “Daşnaksütyun”un üzvü, qəddarlığı ilə ad çıxarmış Anastas Mikoyanın (sonralar o, uzun müddət SSRİ xarici işlər naziri olmuşdur) əmri ilə ermənilər həmin binaya neft tökərək hər tərəfdən od vurmuşlar. Bu dəhşətli mənzərəni uzaqdakı bir binanın damından açılan iri deşikdən müşahidə etmiş Bakı sakini demişdir ki, o, yanıb kömürə dönmüş və qalaq-qalaq yığılmış meyitlərin arasında yarımcan adamlar görmüşdür. Onlar dözülməz əzab-əziyyət içində qıvrılır, inləyirdilər.

20-21 mart 1918-ci il. Gözəldərə. Kənd sakinləri Novruz bayramını qeyd edərkən təpədən-dırnağadək silahlanmış erməni quldurları kəndə basqın etmişlər. Həmin günlərdə 600 dinc sakin öldürülmüş, kənd isə yandırılmışdır. Müsəlman qadınların kiçik bir dəstəsi meşəyə qaçmış, lakin ermənilərə əsir düşməkdən qorxaraq özlərini öldürmüşlər.

Mart 1918-ci il, Şamaxı. Şamaxı qəzasındakı Qubalı kəndinə hücum edən erməni quldurları 250 kişini, 150 qadını, 135 uşağı görünməmiş üsullarla öldürmüşlər. Südəmər körpələrin kütləvi surətdə öldürülməsi dünya tarixində görünməmiş haldır.

Mart 1918-ci il, Şamaxı. Quşçu kəndinə ermənilərin basqını nəticəsində 192 kişi, 115 qadın, 25 uşaq öldürülmüşdür. Kəndlilərin əmlakı talan edilmiş, evləri yandırılmış, müsəlmanların müqəddəs kitabı və məscidi murdarlanmışdır.

918-ci il, aprelin əvvəlləri. “Daşnaksütyun”un göstərişini yerinə yetirən silahlı erməni quldur birləşmələri Bakıdan Nəvahi stansiyasına gəlmiş və sovet hakimiyyəti adından yerli əhaliyə ultimatum vermişlər. Sakinlər daşnakların hakimiyyətini tanımaqdan imtina etdikdə onlara amansızcasına divan tutulmuşdur. Həmin stansiyada ermənilər 55 kişini, 280 qadını və 140 uşağı öldürmüşlər. Qətlə yetirilənlər və yaralananlar arasında Azərbaycan, rus, ləzgi və yəhudi millətlərinin nümayəndələri vardı. 

25 aprel 1918-ci il, Qars. Erməni quldurları Qars vilayətinin şərqində yerləşən Subatan kəndində 750 türkü öldürmüşlər. Şahidlərin dediklərinə görə, ermənilər 257 uşağı Tıptıp küçəsinə yığaraq çox qəddarcasına qətlə yetirmişlər.

29 aprel 1918-ci il. “Daşnaksütyun” erməni terror təşkilatının göstərişini yerinə yetirən quldur dəstələri Gümrü yaxınlığında 3 min adamı öldürmüşlər. Qətlə yetirilənlər arasında qadınlar, qocalar və uşaqlar da vardı. Hamazaspın dəstəsinin hətta südəmər körpələrə rəhm etmədiyindən xəbər tutan Dəvəçibazar və Qızılburun kəndlərinin sakinləri yığıncaq keçirərək 15 nəfər hörmətli ağsaqqalı quldur dəstəsini duz-çörəklə qarşılamağa göndərməyi qərara almışlar. Bu yerlərin sakinləri əmin idilər ki, Qafqaz adətinə uyğun olaraq ağsaqqalların duz-çörəklə qarşıya çıxması sülhsevərlik və qan tökülməsinə yol verməməyə çalışmaq rəmzi sayılır. Amma Hamazaspın quldurlarının bu qocalara qarşı törətdiyi vəhşilik bütün mahalı sarsıtdı.

1-2 may 1918-ci il, Quba. Fövqəladə İstintaq Komissiyasının üzvü A.Novatskinin məruzəsinə görə, Hamazaspın dəstəsi səhər tezdən Quba şəhərini mühasirəyə almışdı. Mülki əhalinin silahsız olduğundan xəbər tutan ermənilər Qubaya soxularaq 200 evi və 22 məscidi dağıdaraq yandırmışlar. Təxminən üç min nəfər öldürülmüşdür.

21 may 1918-ci il, Axalkalaki. Rus hərbi həkimi Xoroşenkonun məlumatına görə, Axalkalakidə və ətraf kəndlərdə yüzlərlə azərbaycanlını doğram-doğram etmişlər. Məlumatda deyilirdi: “XX əsrin sivilizasiyalı ermənilərinin vəhşilikləri bax, budur”.

May 1918-ci il. Artyom Avanesovun başçılıq etdiyi erməni quldur birləşmələri Xaçmazdan Qubayadək bütün yol boyunca yaşayan dinc əhaliyə qanlı divan tutmuşlar. Öldürülmüş azərbaycanlıların bir qisminin meyitlərini iki-iki, beş-beş bir qəbirdə basdırırdılar. Qalan meyitlər isə yol kənarlarındakı qanovlarda atılıb qalmışdı. Tarixi sənədlərə görə, dəstənin başçısı Hamazasp deyirdi ki, bütün müsəlmanları ta dağlaradək məhv etmək əmri almışdır.

Ermənilərin İrandan və Türkiyədən II Nikolayın tələbi ilə əvvəl İrəvana və sonra da Azərbaycana səpələnmələri, erməni siyahıya alması, onların məkrli siyasəti, yerli əhaliyə qarşı vəhşicəsinə qırğın törədilməsi, əzəli Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması-hamısı yuxarıda göstərilib.

 

 

1918-Cİ İLDƏ ERMƏNİ DAŞNAKLARININ VƏ SOVET RUSİYASININ (“bolşeviklərin”) ORDUSUNUN DƏSTƏYİ İLƏ AZƏRBAYCANDA TÖRƏDİLƏN SOYQIRIM

 

Azərbaycanda Müsavat Partiyasının nüfuzunun yüksək olduğunu hiss edən bolşeviklər onun milli hərəkatına divan tutmağı qərar alırlar. Belə ki, sovetlərin 1918-ci il martın 15-də keçirdiyi iclasda S.Şaumyan azərbaycanlıların soyqırımına göstəriş verir. “Evelina” gəmisinin şəxsi heyəti müsəlmanları tərk-silah etməklə qırğına başlamağa imkan yaratdı “bolşeviklərə”. Bu zaman bitərəfliyi elan edən Daşnaksütun Partiyası və erməni milli şurası bolşeviklərin tərəfinə keçdilər və bununla da 1918-ci il martın 30-da 1600-dən çox müsəlmanları erməni kilsəsinin yanında atəşə tuturlar. Bəhanə isə, müsəlmanların guya İçərişəhərdə rusları qırması barədə ermənilərin fitnəsinə inanan rus matrosları da azərbaycanlılara qarşı çıxaraq, onları atəşə tuturlar.

“Matroslar barəsində yaddaşımda 1947-ci ildən bəri qalan gördüklərimdən qısa məlumat vermək istərdim. 1918-ci il mart ayında bolşeviklərin və ermənilərin fitnələri nəticəsində matrosların törətdikləri qırğın-soyqırım sonralar çevrilmişdi ənənəyə. Onların (qeyri-müsəlman) o vaxtdan babalarından qalan ziddiyyət hissi hər il Bakıda davam edirdi, təxminən 1965-ci illərə kimi, az sonra isə keçdilər terrorçuluğa. Hərbi dəniz və hərbi piyada orta-ali məktəblərdə əsasən qeyri-müsəlman uşaqları oxuyurdular. Hər il mart ayının axırlarından başlayaraq, iyun ayına və sonra da sentyabr-noyabr ayına kimi hər şənbə bazar İçərişəhər, Baksovet, Qız qalası, keçmiş “Parapet” (erməni kilsəsinin yanı) bağı ətrafında matroslar, “palundra” qışqıraraq, həmtərəfdarlarını yığaraq, keçirdilər hücuma azərbaycanlı tələbələrin üzərinə. polis gücünə dava sakitlənirdi. Görün nə qədər xristian birliyinin ziddiyyəti güclüdür, hətta 70 il sovetlərin “demokratiya” birliyində sönməmişdi, əksinə, bu ziddiyyət getdikcə artırdı, hətta 1970-ci ildən sonra müsəlmanlara - türklərə qarşı terrorçuluq ümumdünya miqyasında açıq-aşkar fəaliyyətə başlandı və qarşısı alınmadı. Nəticəsi göz qabağında. Ulu Tanrı insamlara bəxş etdiyi bu gözəl həyatı, qərb şeytanları kökləri türk olan rusların, ermənilərin... beyinlərinə qəddarcasına dini ziddiyyətləri yeridərək, xalqlar arasında düşmənçilik salınıb”. Budurmu həqiqət?

1918-ci ilin dəhşətləri səngimirdi, martın 31 “Kərpicxana”, “Məmmədli” və s. Azərbaycan bölgələrinə bolşevik - erməniləri rus ordusunun dəstəyi ilə hücuma keçdilər. Qeyri-bərabər döyüşdə soyqırıma məruz qalan azərbaycanlılar axşama yaxın müqaviməti dayandırdılar. Şəhərin dinc, silahsız müsəlman əhalisinə qanlı divan tutuldu o günü. Aprelin 2-də gecə keçənədək minlərlə azərbaycanlı öldürüldü.

Mart soyqırımı nəticəsində təkcə Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirildi. Şamaxı, Quba, Kürdəmir, Salyan, Lənkəran, Naxçıvan qəzalarında da azərbaycanlılara qanlı divan tutulmuşdu. Şamaxıda daşnaklar 7 mindən artıq azərbaycanlıları qətlə yetirmişdilər. 72 kəndi dağıtmışdılar. Təkcə Şamaxı İmamzadə məscidinin içi və həyətinə 5 minə yaxın müsəlmanları aldadaraq, guya xeyirxah xəbər veriləcək-içəri saldıqda sıxa-sıxa, qapıları bağlayıb tez ətrafa nefti tökdükdə hər tərəfdən od vurulub yandırmışdılar. O, fəryadla yanan insanların tüstüsü hopmuşdu divarlara və izləri 2010-cu ilə kimi hələ də var idi. Məscidin içinə yerləşməyənləri, qaça bilməyənləri isə, tutub tikə-tikə parçalayaraq öldürmüşdülər, bunların içində qaynatamın atası Xalid bəy, əmisi Kamran, qardaşı Ağakərim də olmuşdular. Bu dəhşəti, vəhşiliyi görən 16 yaşlı qaynatam qorxusundan qaçıb girmişdi yaxında olan qonşu quyusuna. Axşam hava qaralandan sonra quyudan çıxıb və baş alaraq Şamaxıdan uzaqlaşıb. Gündüzlər dərələrdə, təpələr dalında gizlənib, axşamlar isə yol gedib, çox çətinliklə çatıb Ağdaşa. Bir neçə gündən sonra qaçqınlar içində anasına, bacılarına rast gəlib və bilib ki, yolda nənəsinin ürəyi tab gətirməyib bu dəhşətlərə, dünyasını dəyişib. Həmin yerdə də onu birtəhər dəfn etmişdilər. Belə..!

Qubada törədilən 1918-ci il mart ayının faciəli soyqırımını vəhşilər gizlətsələr də, təbiət artıq dözməyərək ermənilərin və rus qoşunlarının faşist iç üzlərini 2007-ci ildə açdı, üzə çıxartdı, bildirdi ki, kim-kimdir. Günahsız, silahsız insanları: azərbaycanlıları, yəhudiləri, ləzgiləri və başqa müsəlman xalqları soyqırımdan sonra kütləvi bir böyük dərəyə ataraq, vəhşicəsinə basdırıb ört-basdır etmişdilər. Bundan əlavə, 162 kəndi yandırıb yerlə-yeksan etmişdilər, azərbaycanlılara məxsus ictimai binaları, məktəbləri, “Kaspi” mətbəəsini, “Açıq söz” qəzetinin redaksiyasını, “İslamiyyə” binasını yandırmışlar. “Təzə pir” məscidinin minarəsini top atəşinə tutmuşdular. 1918-ci ilin sentyabrında Bakı quberniyasının kəndlərində 20 mindən çox azərbaycanlı öldürülmüşdü. Ümumiyyətlə, bu soyqırım zamanı Azərbaycanda 50 minə qədər azərbaycanlı qətlə yetirilmişdi. Bununla da, mart ayı 1918-ci ilin soyıqımı Bakı Sovetinin antiazərbaycan siyasətini xalqa açıq nümayiş etdi. Azərbaycan demokratiyasına, muxtariyyətə olan ümidləri qırdı və sovetləşmə ideyasına ağır zərbə vuruldu.

Mart faciəsindən sonra bolşeviklər Bakıda siyasi hakimiyyətlərini möhkəmlətmək üçün:

- azərbaycanlılara məxsus bütün qəzet və jurnalları bağladılar;

- şəhər təsərrüfatı Bakı Sovetinin - bolşeviklərin ixtiyarına verildi;

- Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Bakı şəhər Dumasını aprelin 20-də buraxdılar;

- bütün milli şuraların fəaliyyətinə qadağan qoyuldu erməni milli şuralarından başqa.

1918-ci il aprelin 25-də Bakı Xalq Komissarları Soveti (XKS) qurum - “Erməni sovet hökuməti” yaradıldı, tərkibində cəmi üç azərbaycanlı var idi. Sovet Rusiyasının yeni müstəmləkəçilik siyasətini həyata keçirən də daşnak S.Şaumyan bu qurumun sədri idi. Bakını hərbi cəhətdən möhkəmləndirmək məqsədilə V.İ.Leninin göstərişi ilə Bakıya 4 zirehli avtomobil, 13 təyyarə və bir çox hərbi dəstələr göndərildi. Beləliklə, Bakı Xalq Komissarları Sovetində 18 min nəfərdən 13 mini erməni idi. Belə! Görünür, Lenin və onun “yolçuları” azad-demokratik Sovetlər İttifaqı qurmaq əvəzinə ermənilərə “Böyük Ermənistan” yaratmaq istəyirdi. O vaxt heç nədən xəbərim olmayan yaşadığım o dövrdə, indi, daha doğrusu, 1988-ci ildən... nifrət edirəm SSRİ quruluşuna. Çünki o dövrdə vətəndaşlıq borcumu canla-başla nəinki mən, bütün ailəliklə yerinə yetirirdik. Faciəli tarix bütünlüklə bizdən, türk xalqlarından gizlədilmişdi, ancaq erməniyə yaşıl yol verilmişdi...

Bütün yuxarıda göstərilən faciələr - soyqırımlar Azərbaycan Cümhuriyyətinin yaranmasını zəruri etdi və may ayının 26-da Zaqafqaziya (Cənubi Qafqaz) Seyminin buraxılması da buna zəmin oldu. Dərhal M.Ə.Rəsulzadə mayın 27-də Azərbaycan fraksiyasını yaratdı və müvəqqəti Milli Şuranın sədri seçildi. Milli Şuranın 1918-ci il mayın 28-də Tiflisdə qəbul etdiyi “İstiqlaliyyət bəyannaməsi” ilə XX əsrin əvvəllərində itirilmiş dövlətçiliyimiz Azərbaycan Cümhuriyyəti bərpa olundu.

Bakıda bolşevik və daşnakların Xalq Komissarları Soveti, hansı ki, Azərbaycan Cümhuriyyətini nəinki tanımadı, hətta ona qarşı müharibə elan etdi.

İyunun 6-da Bakı Sovetinin hərbi qüvvələrinin Gəncə üzərinə yürüşü haqqında əmr verildi, iyunun 10-da isə 13 min nəfər - əsasən daşnaklardan ibarət hərbi qüvvələr hücuma keçdikdə iyunun 12-də Kürdəmiri işğal etdilər. İyunun 27-dən iyulun 1-dək Göyçay istiqamətində gedən döyüşlərdə “İslam ordusu”nun Nuru paşanın başçılığı altında Bakı Sovetinin qoşunlarını məğlubiyyətə uğradaraq, geri çəkildilər. İyulun 20-də hücuma keçən Azərbaycan-türk hərbi qüvvələri, ayın sonunda Bakı ətrafına çatdıqda eser, menşevik, daşnak liderləri Sovet Rusiyasından kömək almadığı üçün, İngilis qoşunlarının Bakıya dəvəti barədə qətnamə qəbul etdilər. Azərbaycan-türk ordusunun şiddətli hücumuna tab gətirməyən Bakı XKS iyulun 31-də öz səlahiyyətlərindən əl çəkdilər.

Baxmayaraq ki, Bakı XKS büün imkanlardan: İngilis qoşunlarını, Sovet Rusiyası, Alman qoşunlarını Bakıya yeritmələri azərbaycanlılara qarşı çıxmalarının Azərbaycan-türk ordusu tərəfindən dəf olundu və sentyabrın 15-də Bakıya daxil oldular. Gəncə  Bakı döyüşlərində və müdafiəsində Nuru paşanın və onun rəhbərlik etdiyi ordunun xidmətləri əvəzolunmazdı. Nəticədə, sentyabrın 17-də Milli hökumət Gəncədən Bakıya köçdü, bununla da Azərbaycan Cümhuriyyəti öz hakimiyyətini bütün Respublika ərazisində bərqərar etdi.

Həmin gündən etibarən Azərbaycan Cümhuriyyətinin dövlət, ordu, sosial-iqtisadi və mədəni quruculuğu haqqında tədbirlər görülməyə başlanıldı.

Ordu quruculuğu Azərbaycanda çox zəif idi. İlk dövrlərdə 600 nəfərlik könüllü dəstədən ibarət idi. Qonşu respublikalara nisbətən milli zabit kadrları dəfələrlə az idi. Bunun səbəbi, çarizm dövründə müsəlmanlar orduya çağırılımırdı (iman yox idi) əvəzində hərbi vergi alınırdı.

1918-ci il iyunun 19-da respublika ərazisində hərbi vəziyyət elan olundu. İyunun 26-da Milli Ordu yaradılması haqqında fərman verildi və ordu “Əlahiddə Azərbaycan körpüsü” adlandırıldı. İyulun 11-də respublika hərbi səfərbərlik haqqında fərman verilir və bütün müsəlman çağıryaşlı vətəndaşlar hərbi qulluğa çağırılır. Noyabrın 1-də hərbi nazirlik yaradılır, Baş nazir F.Xoyski həm də hərbi nazir, General S.Mehmandarov onun müavini təyin edilir. Dekabrın 25-26-da isə yeni təşkil edilən hökumətdə General S.Mehmandarov hərbi nazir, General - leytenant Ə.Şıxlinski isə onun müavini təyin olunur. Gəncədə açılan hərbi məktəb sonradan Bakıya köçürülür. Batum müqaviləsinə əsasən, Nuru paşanın komandanlığı ilə Azərbaycana gəlmiş “İslam ordusu” milli hərbi kadrların yetişməsində böyük rol oynadı.

Azərbaycan ərazisində 1919-cu il iyunun 11-də təkrarən hərbi vəziyyət elan olundu. Zəngəzura soxulmuş erməni quldur dəstələri, habelə, bolşeviklərin 1919-cu ildə Muğanda yaratdıqları qondarma “Sovet respublikası”nın qarşısını Azərbaycan Milli Ordusu uğurla aldı və 1919-cu ilin avqustunda Muğan sovet respublikası ləğv olundu. Lənkəran şəhəri azad edildi bolşeviklərin əlindən. 1920-ci ilin martında Qarabağda erməni qiyamı yatırıldı. Qazax ərazisinə soxulmuş ermənilərin hücumları dəf edildi. Əsgəran və Qazaxda keçirilən hərbi əməliyyatlarda daşnak dəstələri darmadağın edildi. 1919-cu ilin yayında Azərbaycan Xəzər donanması yaradıldı. Milli Ordunun və hərbi donanmanın formalaşması prosessi 1920-ci ilin əvvəllərində başa çatdırıldı, 40 min nəfərlik nizami ordusu yaradıldı. İki il ərzində Azərbaycan Cümhuriyyətində çox işlər görüldü. Ancaq düşmənlər zəli olub yapışmışdılar Azərbaycandan, onların apardıqları soyqırımın ucu-bucağı görünmürdü və qabaqda xalqımızı çoxlu mübarizələr və qurbanlar gözləyirdi... Belə ki, Cənubi Qafqaz Seymi ləğv olunandan sonra yeni yaranmış dövlətlərin sərhədlərini müəyyənləşdirmə məsələsi yarandı. Bundan istifadə edən erməni nümayəndəliyi Azərbaycan şəhəri olan İrəvanın, (olmayan) Ermənistanın paytaxtı olmasına Azərbaycan hökumətinə müraciət edir. 1918-ci ilin may ayının 29-da Milli Şura uzun müzakirədən sonra güzəştə gedir (əsas səhv də burada olub). Batumda tərəflər arasında olan razılığa görə İrəvan şəhəri ermənilərə o şərtlə güzəştə gedildi ki, Qarabağın dağlıq hissəsinə olan iddialarından əl çəksinlər. Çünki Rusiya çarizmin 1813-1828-ci illərdə bizlərə qarşı bağladığı düyünü açmaq üçün Azərbaycan hakimiyyəti zəif idi və öz mənafelərini güdənlər də az deyildilər. O, Rusiyanın I Pyotrdan başlayaraq (hakimiyyətində kim oturursa otursun) təzyiqi altında ermənilərin iddiaları reallaşan prosesdir, çünki o zaman erməniləri məcburi İrandan Türkiyədən köçürdəndə I Nikolay onlara söz vermişdi ki, biz sizi çox gözəl, bərəkətli “Rusiya” torpaqlarına köçürdürük. Allah tezliklə özü bizi bu təzyiqdən qurtarsın. Erməni isə, həyasız qaraçı nəslidir - barmağın ucunu göstərəndə hazırdırlar dirsəyə kimi dişləyib yesinlər (gəmirsinlər). Lakin proses çətin olsa da heç bir güzəştə getmək lazım deyildi. Güzəştə gedəndə bizi qorxaq hesab edirlər.

1918-ci ilin yayında Andronik 8 min nəfər hərbi qüvvə ilə Zəngəzura soxulur. Daşnaklar Azərbaycanın digər bölgələrindən ayrı salınmış Zəngəzurda 115, Cavanşir, Cəbrayıl, Şuşa qəzalarında 21, İrəvan quberniyasında 60-dan çox Azərbaycan kəndini dağıtdılar. Andronik dəstələrinin Zəngəzur və Qarabağda quldurluq hərəkatının qarşısını almaq üçün 1919-cu ilin yanvarında Qarabağ general-qubernatorluğu yaradıldı. Xosrovpaşa bəy Sultanov Qarabağ general-qubernatoru təyin edildi. Nəticədə Şuşanı tutmağa çalışan Andronikin quldur dəstələri darmadağın edildi. X.Sultanov erməni milli şurası üzvlərinin Azərbaycanı tərk etməsinə nail oldu. Avqust ayında Qarabağ erməniləri (XIX əsrdə köçürülən ermənilər) Azərbaycanın suverenliyini qəbul etməyə razılıq verdilər.

Bundan sonra, 1918-ci ilin avqustunda Andronik yenə də 8 min silahlı quldur dəstəsi toplayıb Naxçıvana soxularaq “etnik təmizləmə” adı ilə yerli əhalini vəhşicəsinə qətlə yetirir. K.Qarabəkir paşanın başçılığı ilə türk ordusunun Naxçıvana daxil olması Andronikin vəhşiliklərinin qarşısını alır. Ermənilər tərəfində (belə yerdə deyiblər: “yersiz gəldi, yerli qaç”) işğalçılıq təhlükəsi hələ qaldığına görə, 1918-ci il noyabr ayında Naxçıvan bölgəsində Araz-Türk Respublikası yaradıldı və müdafiə silahlı qüvvələr təşkil edildi.

Belə ki, 1918-ci il noyabr ayından 1919-cu ilin may ayınadək fəaliyyətdə olan Araz-Türk Respublikası bu bölgəni ermənilərdən təmizləyib və Azərbaycan ərazi bütövlüyünü təmin etmiş oldu. Azərbaycan hökuməti Naxçıvanın müdafiəsini təmin etmək üçün 1919-cu ilin fevralında Naxçıvan general-qubernatorluğu Bəhrəmxanın rəhbərliyi altında yaratdı.

1919-cu il may-iyul aylarında Naxçıvan bölgəsində ingilislərin iştirakı ilə yaradılan “erməni idarəçiliyi” yerli əhalinin ciddi müqaviməti nəticəsində erməni qoşunları qaçmağa məcbur oldular. Baxmayaraq ki, 1919-cu il noyabrın 23-də Tiflisdə Azərbaycan ermənilər arasında saziş imzalanmışdı, ermənilər bundan sonra sazişin şərtlərini pozaraq yenidən hücuma keçib 50-dən çox Azərbaycan kəndini dağıtmışdılar. 1920-ci ilin fevralında Zəngəzurda qısamüddətli saziş bağlandı və ərazi məsələlərinin qalib dövlətlərin köməyi ilə həll ediləcəyinə ümid edən erməni quldur başçıları Paris sülh konfransında Türkiyənin yeddi vilayətinə, Azərbaycanın Zəngəzur və Naxçıvan bölgəsinə, Qarabağın dağlıq hissəsinə ərazi iddiaları Azərbaycan nümayəndəliyi tərəfindən qətiyyətlə rədd edildi və ermənilərin planları baş tutmadı.

Tarixə nəzər yetirdikdə görürük ki, Azərbaycan əhalisinin xarici, ələxüsusən (demirəm hələ IX əsrdən) Rusiyanın İrana 1804-cü ildən elan etdiyi müharibədən bəri günü-rüzgarı indiyə kimi o taylı-bu taylı olmayıb. Cürbəcür hadisələr... nəticəsində (erməni də bir bəhanədi, çevrilib oyuncağa onların əllərində). Ermənilər oturmuşdular gəldikləri yerlərində (yəni İranda), hələ Türkiyədən də Kilikiyəni qoparmışdılar. Bu oyunlar ermənidən çox “oyun oynayanlara” lazımdır ki, dinc əhalinin qanı hesabına keflərini çəkirlər.

Yuxarıda göstərilən kimi, Azərbaycan Cümhuriyyəti yaradıldıqda birinci növbədə xarici dövlətlərə: ABŞ, Fransa, İngiltərə, Sovet Rusiyası, Türkiyə, Almaniya, İtaliya və s. suverenliyi haqqında rəsmi məlumat verildi və Türkiyə ilə 1918-ci il iyunun 4-də Batumda sülh və dostluq haqqında müqavilə imzalandı. Gürcüstan hökuməti ilə Zaqatala dairəsi ətrafında yaranan ərazi mübahisəsi dinc yolla həll edildi.

Azərbaycan Milli hökumətin ilk gündən qarşısında duran əsas vəzifələrdən biri respublikanın beynəlxalq aləmdə tanınmasına nail olmaq idi.

1919-cu il iyunun 16-da Azərbaycan - Gürcüstan arasında hərbi müdafiə müqaviləsi bağlandı Denikinin təhlükəsinə qarşı. Ermənilər isə bu müqavilədə iştirak etmədi, Denikinlə sazişə girdiklərinə görə.

1918-ci il oktyabrın 30-da imzalanmış Mudros barışığına əsasən Türk ordusu Azərbaycanı, Cənubi Qafqazı tərk etdi, noyabrın 17-də İngilis qoşunları general Tomson başda olmaqla Bakıya daxil oldu və yeni yaradılan koalision hökuməti tanıdı.

Bakıda fəaliyyət göstərən erməni və rus milli şuraları Azərbaycan Cümhuriyyətini devirmək məqsədilə 1919-cu ilin yanvarında L.Biqeraxov başda olmaqla Qafqaz-Xəzər dövləti yaratdılar. Azərbaycan hökuməti 1919-cu ilin fevralında müttəfiq dövlətlərin komandanlığına nota göndərdi və L.Biqeraxov dəstəsi tərk-silah edilərək Bakıdan çıxarıldı.

1920-ci il martın 21-də İranla Azərbaycan arasında dostluq haqqında müqavilə imzalandı və İran hökuməti Azərbaycanın müstəqilliyini tanıdı.

Azərbaycan Cümhuriyyəti ilə Sovet Rusiyası arasında isə münasibətlər gərgin olaraq qalırdı, çünki “böyük dövlətçilik” və hegemonluq mövqeyindən əl çəkməyən Sovet Rusiyası keçmiş imperiyanın ərazisində yeni yaradılmış dövlətləri tanımaqdan imtina elədi.

Yaranmış şəraitdə 1919-cu ilin yanvarın 8-də Paris konfransında ABŞ prezidenti V.Vilson Azərbaycan nümayəndəliyinin buraxılmasının əleyhinə çıxdı. Lakin nümayəndə heyəti mayın 28-də görüş zamanı Azərbaycan Cümhuriyyətinin memorandumunu ona təqdim edildikdə o, Cənubi Qafqazda şəraiti öyrənmək üçün xüsusi nümayəndəsini - polkovnik K.V.Haskelin göndərilməsinə razılığını verir.

V.Haskel avqustun 29-da Bakıda apardığı araşdırmalarda Qarabağın və Zəngəzurun Azərbaycana məxsus olduğunu bildirdi, lakin Naxçıvan, Şərur və Dərələyəzdə ABŞ general-qubernatorluğu tərəfindən idarə olunan neytral zona yaradılmasını təklif etdi. Ancaq Azərbaycan hökumətinin və Naxçıvan əhalisinin qəti etirazı nəticəsində bu təklif rədd edildi (xalqın və hökumətin birlik iradələri düşmənə qalib gələ bilər).

1919-cu ilin payızında Kolcak və Denikinin Sovet Rusiyası tərəfindən məğlub olunmaları beynəlxalq vəziyyəti dəyişdirir. Bundan sonra, 1920-ci il yanvarın 11-də Böyük Britanıyanın Xarici İşlər Naziri Lord Kerzonun təklifi ilə “Antanta”nın Ali Şürası Azərbaycan Cümhuriyyətinin müstəqilliyini de-fakto tanıdı və bununla da Azərbaycan Beynəlxalq hüququn subyektinə çevrildi.

1920-ci ilin əvvəllərində Hollandiya, İsvecrə, Finlandiya, Belçika, Polşa, Bakıda səfirliklərini İtaliya isə diplomatik nümayəndəliyini açdı. Aprel işğalçılıq ərəfəsində Bakıda 20-dən artıq diplomatik nümayəndəlik fəaliyyət göstərirdi. Ölkədə iqtisadi və siyasi sabitlik əldə edilmişdi, lakin şimal sərhədlərində təhlükəli vəziyyət sovet ordusu tərəfindən hələ qalmaqda idi və qalmaqdadı.

Denikinin ordusunu məğlubiyyətə uğradan sovet ordusu Azərbaycan sərhədlərinə yaxınlaşırdı. Rusiyanın xarici işlər komisarı K.V. Cicerin 1920-ci il yanvarın 2-də Azərbaycana nota göndərməklə Denikinə qarşı müharibəyə qoşulmağı tələb edirdi. Buna cavab olaraq, Azərbaycanın Xarici İşlər Naziri F.Xoyski yanvarın 14-də notasında bildirdi ki, Rusiyada gedən vətəndaş müharibəsi sizin daxili işinizdi. Cicerin ikinci notasında F.Xoyskiyə bildirdi ki, “Rusiyanın daxili işlərinə qarışmamaq mövqeyi Denikinə mübarizədən imtina kimi qiymətləndirilir. F.Xoyski yenə öz  cavabında bildirdi ki,  “Sovet Rusiyası ilə Azərbaycan Cümhuriyyəti arasında bütün məsələlər  yalnız Azərbaycanın  dövlət müstəqilliyinin Sovet Rusiyası tərəfindən tanınmasından sonra  həll edilə bilər”. 1920-ci  ilin mart ayınadək  notaların göndərilmasi bir bəhanə kimi Azərbaycana qarşı  hazırlanan əməliyyatların üstünü örtmək kimi  qiymətləndirmək olar.  Sovet Rusiyası xəbərdar idi ki,  “Antanta”nın Azərbaycanın müstəqilliyini tanıması və ona ordu yox, yalnız silah və hərbi sursart yardımı etmək haqqında idi, odur ki, birbaşa ordusunu müdaxilə etmək üçün ehtiyat edirdi. Ona görə düşmənçilik təzyiqləri gücləndiridi. Buna görə də o, Azərbaycanın daxilində “beşinci kalon”un (dəstənin) yaradılmasına cəhd edirdi və bu səbəbdən də Azərbaycan K(b)P-nın yaradılması qərar alındı.

            Beləliklə, 1920-ci il fevralın 11-12-də Bakıda RK(b)P Bakı Komitəsi, “Hümmət” və “Ədalət” təşkilatlarının I qurultayı keçirildi və kommunist təşkilatının Azərbaycan K(b)P adı altında birləşməsi barədə qərar qəbul edildi. Bu “şahmat” oyunu əslində müstəqilliyimizə qarşı gedən qapalı oyun idi. Bununla bağlı aprel işğalı ərəfəsində Azərbaycanda “çox güman düşmənlər tərəfindən yaradılmışdır” hökümət böhranı baş vermiş oldu. Partiyalararası çəkişmələr daha da dərinləşdi. Bundan da düşmən istifadə edir. Belə hallar əsas xalqı çaşdıraraq birliyə və müstəqilliyə böyük zərbə vurur. Müstəqilliyi güdən müsavat Partiyası Kominist meyilli qüvvələr arasında çəkişmələr yaranır.

Sovet Rusiyasının siyasətinə qarşı olan Xarici İşlər Naziri F.Xoyski ilə güzəşt tərəfdarı (kommunistlərə) Daxili İşlər Naziri M.Hacınski  arasında çəkişmələr bu gərginliyi daha da artırdı. Bu və digər bəhanələrdən, o cümlədən, erməni fitnələrindən istifadə edən Sovet Rusiyası imperiyanın davamçısı olan “böyük dövlətçiliyi” hegemonluğu əldə etmək üçün, həmçinin ermənilərə də, “böyük Ermənistan” olmasa da mütləq “hələlik” Azərbaycan ərazisində xudmani erməni respublikası və qədim İrəvan şəhəri paytaxtı olmaqla (yuxarıda göstərilən kimi ermənilərin istəklərinə əsasən) imkanlı vasitə idi və bu imkandan çox məharətlə istifadə etdilər. Lakin etməyə də bilərdilər. Əgər o çətinliklə soyqırımlar hesabına əldə edilən nailiyyətləri qoruyub saxlana bilinsəydi. Yeni yaradılan dövləti, dövlət daxilində birliyi möhkəmlətmək əvəzində güc, qüvvə, zehin yönəldilmişdi Vətən oğulları arasında çəkişmələrə, ziddiyətli münaqişələrə, beynəlxalq aləmdə və Qafqazda yaranmış hərbi-siyasi vəziyyət zamanı, Sovet Rusiyası milli höküməti devirmək üçün diplomatik təzyiqlərlə yanaşı, bolşeviklərin, ermənilərin və türk amilindən də istifadə edirdi. Martın 22-də Moskvanın razılığı ilə erməni hərbi dəstələri Xankəndində yerləşən qarnizona, Qazax, Gəncə qəzalarına basqın etdilər. Bu bölgələrdə müdafiyəyə hazırlıqsız olan Azərbaycan höküməti məcbur oldu Dağıstan sərhədindən və Bakıdan ordunu döyüş yerinə göndərsin ermənilərin qiyamını yatırmaq üçün. Artıq oyun başlamışdı, Mikoyan Bakı bolşevikləri adından XI Qırmızı Ordunun Azərbaycana basqın öz sərəncamını vermişdi (hansının təkrarı 20 yanvar 1990-cı ildə təkrarlandı). Sovet Rusiyası isə  Türkiyəni aldadaraq, inandıra bilmişdi ki, XI Qırmızı ordu Azərbaycandan keçməsi “Antanta”müharibəsində Türkiyəyə kömək etmək məqsədini daşıyır. XI Qırmızı ordunun tərkibindəki müsəlman hissələrinə Xəlil Paşa və digər türk zabitləri başçılıq edirdi. Aprelin 25-dən 26 keçən gecədə XI Qırmızı ordu Levandovskinin başçılığı ilə Azərbaycan sərhəddində 2 saatlıq döyüşdə Azərbaycan ordusunu məğlub etdikdə bu hadisə hökümətdə çaşqınlıq yaratdı (necə də Azərbaycanda gedən işğalçılıqlar daima  hamısı eyni ssenari ilə təkrarlanır). Hayıf ki, imperiya siyasəti türklərdən istifadə etməklə azərbaycanlıları birlikdə qırıblar.

Beləliklə, beynəlxalq aləmdə və Qafqaz bölgəsində yaranmış vəziyyət həmçinin daxili hərc-mərclikdən istifadə edən Sovet Rusiyası ilə erməni daşnakları planlarının bir “pilləsinə” də nail oldular aprelin 27 AK(b)P MK və RK(b)P Qafqaz Diyar Komitəsinin Bakı bürosu hakimiyyətin bolşeviklərə təhvil verilməsi haqqında parlamentə ultimatum verdilər.

M.Ə.Rəsulzadə, Ş.Rüstəmbəyli və b-nın gərgin etirazlarına baxmayaraq, nahaq qan tökülməsinin qarşısını almaq məqsədilə həmin gün gecə saat 11-də Azərbaycan partiyasının son iclası keçirildi və orada hökumət və parlament üzvlərinin dəyişilməməsi, hakimiyyət quruculuğunda, mülkiyyət toxunulmamazlığında... heç bir dəyişiklik olmadan hakimiyyəti Azərbaycan boşeviklərinə verilməsi barədə qərar qəbul edildi.

Soyqırımlar - qan bahası, şəhidlərin fəryadı nəticəsində yaranan 1918-ci ildə Azərbaycan Cümhuriyyəti 1920-ci il aprelin 27-də süquta getməsinin başlıca səbəblərindən:

- Sovet Rusiyası beynəlxalq hüquqa zidd olaraq, beynəlxalq aləmdə və Qafqaz bölgəsində yaranmış ümumu hərbi-siyasi vəziyyətdən istifadə edərək, Azərbaycan ərazisini işğal etməklə, ermənilərin ərazi iddialarına və hərbi təcavüzlərinə dəstək olmaqla azərbaycanlılara misli görünməyən faciəli soyqırımları törətmələri.

- Azərbaycan bolşeviklərinin timsalında “beşinci kalon”un pozuculuq fəaliyyəti.

- Azərbaycan hökumətinin daxilində yaranmış hakimiyyət böhranı - çəkişmələr, siyasi partiyaların hakimiyyət uğrunda mübarizəsi.

- 1828-ci ildə Rusiya İmperiyasının tələbi ilə İran - Türkiyədən köçürülən errmənilərin Azərbaycan ərazilərində dövlət yaratmaq və daimi genişləndirmək iddialarına verilən vədləri hərbi təcavüzləri ilə yerinə yetirilmələri.

- XI Qızıl Ordunun Anadoluya, Türkiyənin yardımına getmək bəhanəsi ilə işğalda türk zabitlərinin nüfuzundan və gücündən istifadə etməklə Azərbaycan Cümhuriyyətinin süqut etməsi.

Belə ki, Azərbaycanın və xalqının faciələri bununla tamamlanmır...

 

Kütləvi repressiyalar

 

Sovet rejimi diktatura tipli idarə sistemində yarandığı üçün onu proletar diktaturası adlandırırdılar. İdarəçilikdə sərt mərkəzləşmə prinsipinə əsaslanan sovet orqanları və digər ictimai qurumlar partiya idarəsinin icraçılarına çevrilmişdilər. Kommunist partiyası cəmiyyətin əvəzedilməz rəhbəri, ilhamvericisi və təşkilatçısı idi.

1920-ci illərin ortalarından başlanan sosialistcəsinə yenidənqurmaların başlıca nəticəsi olaraq, Azərbaycanda da Stalin modelli totalitar sosializm cəmiyyəti quruldu. Xüsusi mülkiyyət ləğv edildi, əvəzində ictimai mülkiyyət-dövlət mülkiyyəti yarandı. Kapitalistlər, qolçomaqlar, ortabablar, tacirlər sıradan çıxarıldı, cəmiyyətdə yalnız fəhlələr, kəndlilər və sovet ziyalıları qaldı. Bazar iqtisadiyyatına son qoyuldu, mülkiyyətsizlik yarandı və kütlələrdə bərabərlik psixologiyası formalaşmağa başladı.

1930-cu illərin ortalarınadək Azərbaycanda partiya rəhbərləri tez-tez bir-birini əvəz edən digər millətlərin nümayəndələrindən: S.M.Kirov, Mirzoyan, N.Giqalo, V.Polonski, Ruben kimilərdən təşkil olunmuşdu. Yalnız 1934-cü ilin yanvarından Azərbaycan Kommunist Partiyasına Mir Cəfər Bağırov başçılıq etməyə başladıqda 1953-cü ilədək partiya rəhbərliyində “nisbətən” sabitlik oldu. Bununla da Azərbaycanda Kommunist partiyasının diktatorluğu şəraitində inzibati-amirlik sistemi formalaşdı.

1936-cı il dekabrın 5-də SSRİ-nin yeni konstitusiyası qəbul və təsdiq olundu və ZSFSR ləğv olundu. Azərbaycan birbaşa SSRİ tərkibinə daxil oldu. Həmin konstitusiya əsasında 1937-ci il martın 10-da Azərbaycan SSR-in də yeni Konstitusiyası qəbul olundu. Bundan sonra da başlandı dəhşətli günlər...-Moskvanın “drijorluğu” ilə.

Bütün SSRİ-də, o cümlədən Azərbaycanda avtoritar rejim açıq fikirli, istedadlı, qabaqcıl ziyalılara, partiya və dövlət xadimlərinə qarşı kütləvi repressiyalar başladı. Cəza orqanlarında işləyən Sumbatov-Topuridze, Qriqoryan, Markaryan, Malyan və s. ermənilərin vasitəsilə on minlərlə azərbaycanlı məhv edildi və ya sürgünə göndərildi. Bunlara misal olaraq, 1937-ci ildə R.Axundov, Ə.Qarayev, S.M.Əfəndiyev, T.Musabəyov, T.Vəzirov, D.Bünyadzadə kimi partiya xadimləri güllələndi, xalqa “xəyanət”, “əks-inqilabi” və “cəsusluq” damğası vurularaq. Elə həmin il Şamaxıda başda H.Sultanov olmaqla, bir qrup kommunist və bitərəf mühakimə olundu. Təkcə 1937-ci ildə Azərbaycanda 29 min “xalq düşməni” güllələndi. 1937-1939-cu illərdə Azərbaycanın minlərlə görkəmli ziyalısı, o cümlədən H.Cavid, M.Müşviq, Əli Nəzmi, Əhməd Cavad, T.Şahbazi, S.Mümtaz, S.Hüseyn, V.Talıblı, Ə.Razi və b. xarici dövlətlərə göndərilib, cəsusluqda və “pantürkizm”də günahlandırılıb repressiya qurbanı olaraq güllələndilər.

Bu repressiya (SSRİ-nin faşizm rejimində) illərində Azərbaycanın 51 rayonundan 31-nin Xalq Daxili İşlər Komissarlığının rayon şöbələrinin rəisi erməni idi. Bu dövrün ən faciəli hadisələrindən biri də azərbaycanlıların Qərbi Azərbaycandan-Ermənistan ərazisindəki əzəli dədə-baba yurdlarından kütləvi surətdə faciəli şəkildə qovulmaları oldu. 1937-ci ildə on minlərlə azərbaycanlı ermənilərin təqib və təhqirləri nəticəsində dədə-baba yurdundan, isti ocaqlarından qaçmağa məcbur olmuşdur.

1920-1930-cu illər acınacaqlı tariximizin mühüm səhifələrindən biri də siyasi mühacirlərlə bağlıdır, hansılar o şəxslər idi ki, Azərbaycandan 1920-ci ilin aprel işğalından sonra, kollektivləşmə illərində və 1937-1940-cı illərdə vətəndən gedib Türkiyə, İran, Fransa, Polşa, Almaniya və digər Avropa ölkələrində məskunlaşmışdılar. Azərbaycan Cümhuriyyətinin liderləri F.Xoyski, N.Ağayev, Mustafa Vəkilov, Şəfi Rüstəmbəyli, Nağı Şeyxzamanlı qonşu Gürcüstana getmişdilər. Tiflisdə F.Xoyskini və N.Ağayevi ermənilər qətlə yetirmişdi.

1919-cu ildə Paris sülh konfransına getmiş nümayəndə heyətinin üzvləri: Ə.Topçubaşov, M.Mehdiyev, C.Hacıbəyli, M.Məhərrəmov, Ə.Şeyxülislamov, A.Ataməlibəyov Avropada qalmışdılar.

1940-cı ilə qədər Azərbaycandan kənarda 50 min siyasi mühacir yaşayırdı. Onların çoxu Türkiyədə məskunlaşmışdı. M.Ə.Rəsulzadənin 1922-ci ildə Türkiyəyə gəlməsi böyük əhəmiyyət daşıdı, Azərbaycan siyasi mühacirətinin təşkilatlanması və fəaliyyəti gücləndi. Onun təşəbbüsü ilə Türkiyədə Müsavat Partiyasının Xarici Bürosu yarandı və X.Xasməmmədov, M.Axundzadə də fəal iştirak edirdilər. 1924-cü ildə M.Rəsulzadə İstanbulda gizli fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzini yaratdı. Azərbaycan mühacirləri Avropada fəaliyyət göstərərək, 1924-cü ildə Azərbaycan İstiqlal Komitəsini yaratdılar, onun ideyalarını yaymaq üçün müxtəlif vaxtlarda “Yeni Qafqaziya” (1927), “Azəri-Türk” (1928), “Odlu Yurd” (1929-1931), “Azərbaycan Yurd Bilgisi” məcmuələrini nəşr etdirmişdilər.

Leninin Rusiya imperiyasında başladığı inqilabi hərəkat 1905-ci ildən etibarən Azərbaycanda öz əksini tapdıqda, çox dəhşətli hadisələr baş verməyə başladı həm Şimali, həm də Cənubi Azərbaycanda (İranda Səttarxan inqilabı). Və I Dünya müharibəsi ermənilərdən başqa, xalqlarda çaşqınlıq yaratmışdı. Bir tikə çörək dalınca, kimiləri isə vətənpərvərlik ruhu ilə Azərbaycanı birləşdirmək (gedən hadisələrdən istifadə etməklə) arzusu ilə vəziyyəti Şimalda öyrənib Cənuba çatdırmaq üçün gedib-gəlirdilər və bildikdə ki, İranda onları dar ağacı “səbirsizliklə” gözləyir-axtarışdadırlar, hər şeylərini qoyub qayıdıb gəlirdilər Şimali Azərbaycana, əgər gələ bilirdilərsə. Hadisələr çoxdur, hamısını yazmaq olmur. Odur ki, gec də olsa, olan həqiqətləri sənədlərə əsasən təcili türk-müsəlman əhalisinə qarşı ermənilər tərəfindən qeyri-insani etnik təmizləmə siyasətinin mütəşəkkil şəkildə aparıldığını dünya dövlətləri səviyyəsində önə çəkmək, erməni vəhşiliklərini, məqsədlərini bir daha dünyaya çatdırmaq və buna son qoyulmasını tələb etmək bütün Azərbaycan Türk xalqının, hamımızın borcudur. Bəsdir bizi yuxuya verməkləri və sonra yeni-yeni vəhşiliklərini nümayiş etmələri. Əcdadımız Gültəkin demişkən:

Bəlkə həqiqətən Türk aləminə titrəmək, özünə gəlmək lazımdır. Ayıq-sayıqlığı artırmaq lazımdır, yatmaq vaxtı deyil. Vətən yolunda daim şəhid olanlara, bir də geri dönə bilməyənlərə biz layiq olaq-bir yumruq olmaqla, ayıq-sayıqlığımızla. Bəlkə şənliklərə ayırdığımız vaxtın bir qismini türk-müsəlman, azərtürk tarixini öyrənməyə həsr edək-düşmənin yalanına layiqincə cavab vermək üçün. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !