Azərbaycanda Earth Hour – Yer Saatı aksiyası həyata keçirilib - FOTO+VİDEO (YENİLƏNDİ)

Azərbaycanda “Earth Hour – Yer Saatı” aksiyası həyata keçirilib FOTO+VİDEO (YENİLƏNDİ)

29 mart tarixində, saat 20:30-da Azərbaycanda növbəti “Yer Saatı” aksiyası həyata keçirilib. “İRƏLİ” İctimai Birliyi, Earth Hour Azerbaijan və İDEA kampaniyasının dəstəyi ilə həyata keçirilən aksiya zamanı Bakının tanınmış binalarının işıqları 1 saat müddətində söndürülüb.
162 ölkədə milyonlarla iştırakçının qatıldığı aksiyada Azərbaycan bu il artıq 4-cü dəfədir ki, iştirak edir.
“Earth Hour” kampaniyasının Azərbaycan üzrə koordinatoru "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev bildirib ki, “Yer Saatı” aksiyası ilk dəfə 2007-ci ildə Sidney şəhərində baş tutub. Aksiya hər il mart ayının son şənbə günü tanınmış binaların işıqlarının söndürülməsi ilə həyata keçirilir.
Kampaniyanın məqsədi insanların diqqətini iqlim dəyişikliyinə və ətraf mühitin mühafizəsinə yönəltməkdir.
Azərbaycanda ilk “Earth Hour” 2011-ci ildə keçirilib. Artıq 4 ildir Azərbaycanın bu qlobal kampaniyada iştirak etməsi ölkəmizin təmsili üçün vacib addımlardan biridir. Belə ki, bu il ötən illərdə olduğu kimi Azərbaycanda keçirilən “Earth Hour – Yer Saatı” kampaniyası xarici mediada geniş işiqlandırılıb.
Azərbaycanda bu il “Yer Saatı” aksiyası İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda Bakının simvolu olan Qız Qalasının söndürülməsi ilə həyata keçirilıb. Bundan başqa bu il aksiyada Şirvanşahlar Sarayı, Hilton Hoteli, Park Bulvar AVM, Abşeron Hoteli, Bridge Plaza və 28 Mall AVM qoşularaq “Yer Saatı” aksiyasına dəstək kimi işıqları söndürülüb.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !