ADU-da 31 mart- Azərbaycanlıların soyqırımı günü nə həsr olunmuş dəyirmi masa keçirildi - FOTO

ADU-da “31 mart- Azərbaycanlıların soyqırımı günü” nə həsr olunmuş dəyirmi masa keçirildi FOTO

Martın 31-də Azərbaycan Dillər Universitetində (ADU) “31 mart- Azərbaycanlıların soyqırımı günü” nə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə 31 Mart Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Dəyirmi masa Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının Vətənpərvərlər Klubunun təşkilatçılığı ilə keçirildi.
Tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu, həmin kafedranın baş müəllimi Qəribə Əlizadə və müəllimi Şəlalə Bağırova və tələbələr iştirak edirdi.
Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev bu günün tarixi haqqında qısa məlumat verdi. O, 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edildiyini bildirdi. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı «Azərbaycanlıların soyqırımı haqqında» fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin qırğınlarına siyasi qiymət verildiyini qeyd edən prorektor Ələddin Əliyev hər il 31 martı Azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə xalqın bir daha tarixi keçmişə qayıtdığını, xalqa qarşı açıq şəkildə həyata keçirilən soyqırımı qurbanlarının xatirəsinin ehtiramla anıldığını söylədi. Həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini söyləyən professor Ələddin Əliyev Azərbaycanlıların kütləvi surətdə qırğına, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınmasından ürək ağrısı ilə bəhs etdi. O, bu yaxınlarda Pedaqoji təcrübəyə yollanan tələbələrə təhkim olunduqları müddətdə orta məktəblərdə bu cür tarixi hadisələrimizi xatırladacaq tədbirlərlə şagirdləri məlumatlandırmağı tövsiyyə etdi.
Sosial elmlər kafedrasının müəllimi Şəlalə Bağırova mart soyqırımı ərəfəsində Bakıda ictimai-siyasi vəziyyət və onun nəticələri haqqında danışdı. O, mart soyqırımının Azərbaycan tarixinin ən kədərli, ən qanlı səhifələrindən biri olduğunu bildirdi. Ş. Bağırova əsarətində olduğumuz sovetlər dönəmində o dövrün sərt qanunlarına əsasən bu hadisələrin xalqımızın yaddaşına düzgün köçürülmədiyini və 20 ilə qədər Azərbaycanın öz istiqlaliyyətini bərpa etməsinə qədər bu haqda doğru-dürüst məlumat verilmədiyini xatırlatdı. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il fərmanı ilə hər il 31 mart tarixinin “Azərbaycanlıların soyqırım günü” kimi elan olunduğunu və bununla da Azərbaycan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə-soyqırıma tarixdə ilk dəfə olaraq siyasi qiymət verildiyini söylədi. Daha sonra Ş. Bağırova azərbaycanlıların məhz azərbaycanlı olduqları üçün məhv edilməsi niyyətilə Bakıda törədilmiş qətliamın erməni daşnak quldurları Əmiryan, Lalayan, Amazasp və Şaumyanın başçılığı ilə Şamaxıda, Qubada, Xaçmazda da təkrar olunduğunu, yüz minlərlə günahsız insanın qanına qəltan edildiyini bildirdi.
Pedaqoji fakültədə təhsil alan Gülnar Mustafayeva ermənilərin “Böyük Ermənistan” yaratmaq niyyətinə uyğun olaraq törədilmiş 31 Mart Soyqırımının baş vermə səbəblərindən, Filologiya və Jurnalistika fakültəsinin tələbəsi Rəna Rəsulzadə V. Leninin Mart soyqırımından qabaq Stepan Şaumyana göndərdiyi teleqramdakı faktlardan, Pedaqoji fakültədə təhsil alan Fidan Şirəliyeva azərbaycanlıların başına gətirilmiş soyqırımlardan biri olan, XX əsrin qanlı faciəsi Xocalı soyqırımından bəhs etdilər.
Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu ADU-da hər zaman hərbi-vətənpərlik hisslərini aşılayacaq tədbirlərin keçirildiyini vurğuladı. O, universitet nümayəndələrinin genişmiqyaslı tədbirlərdə də bu mövzularla ADU-nu uğurla təmsil etidklərini söylədi. Professor aparılan mübarizənin nəticəsiz qalmayacağını bildirdi və bu qalibiyyəti əldə etməkdə təbliğatın böyük rol oynadığını qeyd etdi.
Dəyirmi masa “Mart soyqırımının baş vermə səbəbi nə idi və biz harada səhv etdik?”, “ 1905-ci ildən bəri qığılcımlanan erməni-müsəlman davasında kimlərin əli vardı və məqsəd nə idi?”, “Niyə öz tariximizi öyrənməkdə bu qədər laqeyidik?” sualları ərtafında müzakirələrlə davam etdi.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !