Quba rayonunda tapılan kütləvi məzarlığa səfər - FOTO

Quba rayonunda tapılan kütləvi məzarlığa səfər FOTO

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi “31 mart-Azərbaycanlıların Soyqırımı günü” ilə əlaqədar Bakı şəhərində yerləşən ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə-Gənclər Təşkilatları və Qeyri Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə Quba rayonunda tapılan kütləvi məzarlığa və Quba Soyqırımı Memorial Kompleksinə səfər təşkil olunmuşdur.

Arxeoloqların məlumatına görə, məzarlığa gömülənlər 1918-ci il mayın 1-dən 10-na qədər törədilən erməni qətilamının qurbanlarıdırlar. Böyük ehtimalla, ermənilər 1918-ci ildə Qubada qətlə yetirdikləri dinc azərbaycanlıların az bir qismini burada quyulayıblar. Deməli, yaxınlarda başqa məzarlıqların da tapılacağı istisna deyil. Aşkarlanan iki quyudan birinin diametri 5, digərininki 2,5 metrdir. Onlar arasında 2 metr məsafə var. Çox güman ki, birinci quyu insan sümükləri ilə dolduğuna görə, yanında ikinci kiçik quyu qazılıb. Böyük quyuda yüzlərlə insan skeletləri var. Kiçik quyunun ağzı isə hələ açılmayıb. Skeletlərin bütöv halda tapılmaması insanların öldürüldükdən sonra, sanki şaqqalanaraq bura atıldığını göstərir. Çoxlu insan kəlləsi, uşaq sümükləri arasından yalnız 35 skeleti bütöv halda götürmək mümkün olub. Ümumilikdə isə, tədqiqat zolağında 2 arxda qazıntılar aparılıb və 196-dan artıq insanın sümükləri aşkarlanıb.
Onların 50-si qadınlara, qalanları isə yaşlı və körpələrə aiddir. Bəzi kəllə sümüklərinin üzərində paslı mismarlar var, bunlar insanların ermənilər tərəfindən işğəncələrlə qətlə yetirilməsinin sübut edən dəlillərdir.
Quba məzarlığında aşkar edilən insan cəsədlərinin qalıqlarını həyəcansız nəzərdən keçirə bilməyən gənclər bəyan ediblər ki, bütün dünyaya özlərini məzlum, əzilmiş xalq kimi göstərən ermənilərin bu vəhşiliyi sübüt edən video görüntüləri xarici mətbuatlarda və telekanallarda geniş şəkildə nümayiş etdirilməlidir və gənclərimiz bu həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün əllərindən gələni etməlidirlər.
Artıq 7-ci ildir ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Quba rayonunda tapılmış kütləvi məzarlığa Bakı şəhər tələbələrinin səfəri təşkil olunur. Səfərimizin məqsədi Bakı şəhərində yerləşən ali və orta ixtisas müəssisələrinin tələbələrinə ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərinin əyani sübutunu göstərməkdən ibarətdir.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !