Bakı Dövlət Universitetində 31 mart soyqırımı ilə əlaqədar tədbir keçirilib - YENİLƏNDİ

Bakı Dövlət Universitetində 31 mart soyqırımı ilə əlaqədar tədbir keçirilib YENİLƏNDİ

Bu gün Bakı Dövlət Universitetində 31 mart soyqırımı ilə əlaqədar tədbir keçirilib. Tədbiri açan rektor, akademik Abel Məhərrəmov soyqırımı aktını ermənilərin törətdiyi ən qanlı cinayət kimi səciyyələndirib, Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərin tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməlləri ilə yadda qaldığını deyib. 1918-ci ilin mart-aprel aylarında ermənilərin Bakıda, Şamaxıda, Qubada, Lənkəranda 50 mindən artıq azərbaycanlını qətlə yetirdiyini, 10 minlərlə insanın yurd-yuvasından didərgin salındığını deyən rektor qeyd edib ki, erməni vandalizmi, azərbaycanlılara qarşı soyqırımı siyasəti tarix boyu davam etsə də, baş verənlərə lazım qiymət verilməmiş, dünyaya çatdırılmamışdı. Qanlı faciə ilə bağlı ən tutarlı siyasi sənəd 80 il sonra qəbul edilib. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı «Azərbaycanlıların soyqırımı haqqında» fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin qırğınlarına siyasi qiymət verildi. Hər il 31 martı Azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən soyqırımı qurbanlarının xatirəsini ehtiramla anırıq. Həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir, böyük dövlətlərlə, beynəlxalq təşkilatlarla ardıcıl və müntəzəm iş aparılır, 10 illiklər boyu formalaşmış stereotiplər və yanlış siyasi yanaşmalar dəyişdirilməyə çalışılır.
Daha sonar İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova, millət vəkili Musa Qasımlı çıxış edərək soyqırımı ilə bağlı fikirlərini bölüşüblər.
Onu da qeyd edək ki, bu gün Bakı Dövlət Universitetinin Jurnalisika fakültəsinin professor-müəllim və tələbə heyəti Qubada olub və Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !