NLP Master Babək Bayramovun seminarları yekunlaşıb - FOTO

NLP Master Babək Bayramovun seminarları yekunlaşıb FOTO

“İRƏLİ” Təlim və Karyera Mərkəzi və Beynəlxalq imtiyazlı NLP Master Babək Bayramovun birgə layihəsi olan “NLP | Neyro Linqvistik Proqramlaşdırma” layihəsinin seminarları yekunlaşıb.
Layihə çərçivəsində keçirilən ikinci seminar – “Çarəsizlik öyrənilir, eyni zamanda çarə tapmaq da öyrənilə bilər”, “Sadəcə ölüm qorxusu həqiqidir, qalan qorxular illuziyadır”, “Gözlərə baxaraq düşüncələrin istiqamətini müəyyənləşdirmək olar”, “Hamımız ictimai hipnozun təsiri altındayıq”, “Biz istəməsək heç kim bizi xoşbəxt edə bilməz, eyni zamanda biz icazə verməsək heç kim bizi narahat edə bilməz”, “Malik olduğumuz bacarıqları istifadə edən şəxs sadəcə biz özümüzük” mövzuları əhatə edib.
Sonuncu seminar – “Edə biləcəklərimiz, etdiklərimizdən hər zaman çoxdur”, “Hədəflərimizi hissələrə bölməli, sonra bu hissələri birləşdirməliyik”, “Hamımız şüuraltı səviyyədə seçdiyimiz həyatı yaşayırıq”, “Düşünmə prosesimiz, düşüncə qəliblərimiz əsasında gedir”, “Ünsiyyət, danışmaqla deyil, qavrama ilə başlayır” mövzuları əhatə edib.
Yüksək fəallıqla keçən hər iki seminarın sonunda NLP Master Babək Bayramov iştirakçıların suallarını cavablandırıb.
Qeyd edək ki, dünyada ən tanınmış və bahalı təlim paketlərindən olan NLP seminar proqramı Azərbaycanda ilk dəfə tam ödənişsiz şəkildə “İRƏLİ” Təlim və Karyera Mərkəzinin təqdimatında start verilib. “NLP | Neyro Linqvistik Proqramlaşdırma” layihəsinə 270 müraciət olunub və 60 iştirakçı layihədə iştirak hüququ qazanıb.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !