Qəbələ Peşə Liseyinin tələbəsi itkin düşüb -

Qəbələ Peşə Liseyinin tələbəsi itkin düşüb

Qəbələ rayonunda 17 yaşlı oğlan itgin düşüb. Rayon Polis Şöbəsindən verilən məlumata görə Qəbələ şəhərinin Məmməd Araz küçəsindəki 12 saylı mənzildə yaşayan Surxayev İlqar Rafiq oğlu Qəbələ RPŞ-nə ərizə ilə müraciət edərək bildirib ki, onunla birgə yaşayan oğlu 1997-ci il təvəllüdlü Cavid Rafiqli martın 25-də səhər saat 10:00 radələrində evdən çıxaraq bir daha geri qayıtmayıb. Hazırda polis əməkdaşları tərəfindən Cavid Rafiqlinin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Məlumata görə Qəbələ rayon Peşə Liseyinin tələbəsi olan Rafiqli Cavid İlqar oğlunun boyu 1 metr 60 santimetr, saclarının rəngi sari, gözlərinin rəngi sabalıdıdır. Evdən çıxarkən onun əynində göy rəngli gödəkcə və cins şalvar, şabalıdı rəngdə ayaqqabı olub. Onu görənlərdən və ya yerini bilənlərdən Qəbələ rayon Polis Şöbəsinin 051-985-02-02 və 055-607 64 70 telefonlarına zəng edərək məlumat vermələri xahiş olunur.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !