Gənc və gözəl aktrisa Nigar Bahadırqızı iradio.az-da Dilara Zamanovanın təqdimatında Nə xəbər?verlişində qonaq oldu - FOTO

Gənc və gözəl aktrisa Nigar Bahadırqızı iradio.az-da Dilara Zamanovanın təqdimatında Nə xəbər?verlişində qonaq oldu FOTO

Gənc və gözəl aktrisa Nigar Bahadırqızı iradio.az-da Dilara Zamanovanın təqdimatında Nə xəbər?verlişində qonaq oldu . Müsahibə zamanı 16 yaşından teatra bağlandığını söyləyən aktrisa “teatr mənim həyatımdır, səhnə mənə daha cox həzz verir, teatr dünyası başqa bir aləmdir” dedi . ”Daha cox uşaq tamaşalarında oynayırsınız, bəs birdən birə “Xoca” kimi cox ağır bir mövzuda olan seriala çəkilmək sizin üçün çətin olmadı?” sualına isə “əlbəttə ki “Xoca” filmi ağır idi, amma mən ixtisasca dram aktrisasıyam axı” söylədi. Tragikomediyanı daha cox sevən Nigar xanım həyatın özünün belə tragikomediya olduğunu düşündüyünü bildirdi. Şəxsi həyatı ilə bağlı bu yaxınlarda yenilik olacağını və vaxtı çatanda bunu tam təfərrüatı ilə sevənləri ilə bölüşəcəyini qeyd edən aktrisa gələcək planlarından da söz açdı. Cəmiyyətin sənət adamları haqqında bəzən yanlış düşüncələrdə olduğundan narazılığını, həyatda güvəndiyi bir ürək dostu olmadığını, hətta insanlardan daha cox heyvanlara etibar etdiyini də gizlətmədi. “Xəyalpərvər və tez inanan bir adam deyiləm, amma həyatda sındığım anlar da az olmayıb və mən hər şeydə Allahın köməyinə inanıram” dedi. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !