Political Debates 2 layihəsinin final oyunu keçirilib - FOTO

“Political Debates 2” layihəsinin final oyunu keçirilib FOTO

Divan Express Baku Hotelde “Political Debates 2” layihəsinin final oyunu keçirilib. Final oyununda “Diplomat” komandası ilə “Everest” komandası “Gürcüstan Avropa Birliyinə Assosativ üzv olmalı yoxsa yox?” mövzusu ətrafında qarşılaşıb.
Mövzuya inkar mövqedən yanaşan “Everest” komandası üç ekspertdən tam bal alaraq “Political Debates 2” kubokuna sahib olub.
Finalda ekspert qismində “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, Azərbaycan Dövlət İqtisad Universitetinin fəlsəfə kafedrasının baş müəllimi, fəlsəfə elmləri doktoru Xəyalə İbrahimova və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Ayaz Salmanov iştirak ediblər.
Qeyd edək ki, “Political Debates” layihəsi “İRƏLİ” Siyasi Diplomatiya Klubunun təşkilatçılığı ilə keçirilib. Layihə 3 ay müddətində, hər həftə iki qarşılaşma olmaqla dörd komanda arasında 24 oyun keçirilib.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !