İRƏLİ Təlim və Karyera Mərkəzində NLP Master Babək Bayramovun seminarlarına start verilib - FOTO

“İRƏLİ” Təlim və Karyera Mərkəzində NLP Master Babək Bayramovun seminarlarına start verilib FOTO

 “İRƏLİ” Təlim və Karyera Mərkəzi və Beynəlxalq imtiyazlı NLP Master Babək Bayramovun birgə layihəsi olan “NLP | Neyro Linqvistik Proqramlaşdırma” layihəsinin ilk seminarı böyük maraq doğurub.
17 mart tarixində “NLP | Neyro Linqvistik Proqramlaşdırma” layihəsinin ilk seminarı baş tutub.
“İRƏLİ” Təlim və Karyera Mərkəzinin rəhbəri Nihad Allahyarlı seminarı açıq elan edərək sözü NLP Master Babək Bayramova verib. Seminar iştirakçıların böyük marağına səbəb.
Seminar “Əgər bir adam bir şeyi bacarırsa, bunu hamı edə bilər”, “Həyatda uğursuzluq yoxdur, yalnız davranışlarımızın nəticələri var”, “İnsan ona lazım olan bütün resurslara malikdir və ya onları yarada bilər”, “Nə deməkdən çox, necə demək önəmlidir”, “Siz danışmasanız da bədəniniz danışır”, “Uğura nə qədər uzaq və ya yaxın olmağımızı bilmək üçün ayıq olmalıyıq” və s. mövzuları əhatə edir.
Qeyd edək ki, dünyada ən tanınmış və bahalı təlim paketlərindən olan NLP seminar proqramı Azərbaycanda ilk dəfə tam ödənişsiz şəkildə “İRƏLİ” Təlim və Karyera Mərkəzinin təqdimatında start verilib. NLP - biznes aləmi, səhiyyə, təhsil, fərdi inkişaf və ailə daxili ünsiyyət sahələrində istifadə edilir.
NLP–Neyro Linqvistik Proqramlaşdırma deməkdir. Neyro: Həyatda baş verənlərin beş duyğu vasitəsi ilə qəbul və emal edilməsi. Linqvistik: Şifahi və sözsüz ünsiyyət, həmçinin davranışlar vasitəsi ilə düşüncələri əks etdirmə tərzi. Proqramlaşdırma: Zehnin daxili proqramlarını istifadə edərək düşüncələri və ünsiyyəti arzuedilən hədəflərə çatacaq şəkildə nizamlamaq.
Xatırladaq ki, “NLP | Neyro Linqvistik Proqramlaşdırma” layihəsinə 270 müraciət olunub və 60 iştirakçı layihədə iştirak hüququ qazanıb. Layihə 17-19 mart tarixləri arasında hər gün səhər saat 11:00-13:00 arasında “İRƏLİ” Gənclik Mərkəzində keçirilir.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !