Leykemiya - hökm deyil xeyriyyə sərgisinin açılış mərasimi keçirilib - FOTO

“Leykemiya - hökm deyil” xeyriyyə sərgisinin açılış mərasimi keçirilib FOTO

“Leykemiya ayı” layihəsi çərçivəsində Nizami Kino Mərkəzində “İRƏLİ” İctimai Birliyinin, Azərbaycan Rəssamlar İttifaqının və Emin Qəhrəmanovun rəssamlıq studiyasının birgə təşkilatçılığı ilə “Leykemiya - hökm deyil” xeyriyyə sərgisinin açılış mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan “Leykemiya ayı” layihəsinin rəhbəriDünya Fərzəliyeva layihənin önəmindən danışıb vəqeyd edib ki, “Leykemiya ayı” adı altında bir çox silsilə tədbirlər həyata keçirilir.
Tədbirdə çıxış edən “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev Azərbaycanda leykemiyadan əziyyət çəkən insanların, xüsusilə uşaqların və gənclərin problemlərinin həll olunması istiqamətində addımlar atmağa çalışdıqlarını qeyd edərək “Leykemiya ayı” çərçivəsində müxtəlif istiqamətli çoxsaylı tədbirlər keçirildiyini söyləyıb. Bildirib ki, əsas hədəf Azərbaycanda leykemiyadan əziyyət çəkən insanların problemlərini qabartmaq, onlara bu xəstəliklə mübarizə aparmaqda yardımçı olmaqdır.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov çıxışında göstərilən bu təşəbbüsü və nümayiş olunan əl işlərini yüksək qiymətləndirib və təşkilatçılara minnətdarlığını bildirib.
Emin Qəhrəmanov çıxışında qeyd edib ki, bir ay ərzində leykemiyada əziyyət çəkən uşaqlar onun rəssamlıq studiyasında ödənişsiz peşəkar rəsm dərsləri alıb və sərgiyə hər bir uşaq iki əsər təqdim edib.
Nizami Kino Mərkəzinin nümayəndəsi Leyli Mirzəyeva bu cür layihələrin keçirilməsini yüksək qiymətləndirib və gələcəkdə də bu tip layihələrin keçirilməsində dəstək olacaqlarını vurğulayıb.
Qeyd edək ki, sərgidə nümayiş olunan əsərlər bu xəstəlikdən əziyyət çəkən uşaqların əl işləridir və onların satışı həyata keçirilib. Satışdan əldə olunan vəsait leykemiyadan əziyyət çəkən uşaqlara yardım məqsədilə istifadə olunacaq.
Sərgi martın 16-dək davam edib.
“Leykemiya ayı” layihəsinin məqsədi Azərbaycanda leykemiyalı xəstələrin problemlərinə daha konseptual yanaşaraq, onların hüquqi və sosial durumlarının araşdırılması və Azərbaycan Respublikasının Hökumətinə “Leykemiyalı xəstələrin Dövlət Proqramı”nın qəbul edilməsi təklifini irəli sürməkdir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !