YARAT Müasir İncəsənət Məkanı YARADICI QÜVVƏNİ HƏRƏKƏTƏ GƏTİR(ƏK) adlı ustad dərslərə qəbul elan edir -

YARAT Müasir İncəsənət Məkanı “YARADICI QÜVVƏNİ HƏRƏKƏTƏ GƏTİR(ƏK) ” adlı ustad dərslərə qəbul elan edir

*HƏDƏF QRUPU
İştirakçı yaş qrupu 18 - 36.
Yaradıcılıqın bədahətən əmələ gəlməsini onun başlıca keyfiyyəti saydığımız üçün, bu incə məfhumu çətin ki bilavasitə tədris etmək mümkündür. Bunula belə, fərdi, qrup və kollektiv yaradıcılıqın ərsəyə gətirilməsi amilləri barədə düşünməyə və onları eksperiment şəraitində sınamaqa dəyər. Şəxsi, şəxslərarası və şəxsdənkənar yaradıcı proseslərin müxtəlif müstəviləri sərbəst və zövqverici tərzdə təhlil olunacaqdır.

*Ustad dərslərində iştirak ödənişsizdir.

MÜDDƏT:
31 mart – 27 aprel 2014
(4 həftə)
Dərslər azərbaycan və rus dillərində keçiriləcək.

KURSUN RƏHBƏRİ:
Cahangir SƏLİMXANOV

QEYDİYYAT:
Son qeydiyyat tarixi: 20 Mart 2014
Xahiş edirik, qeydiyyat formasını dolduraraq və iştirak istəyiniz haqda məktubu təqdim edəsiniz (ən azı 200 sözdən ibarət). Motivasiya məktubunu Sizin üçün rahat olan dildə yaza bilərsiniz (Azərbaycan, Rus və ya İngilis).
Elektron ünvan: info@yarat.az; tamella.h@yarat.az. Yalnız seçilmiş namizədlərə məlumat veriləcək.

Daha ətraflı:
http://www.yarat.az/education/46/ 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !