Bakıda Azərbaycan vikipediyaçılarının birinci milli forumu keçirilmişdir - FOTO (YENİLƏNDİ)

Bakıda Azərbaycan vikipediyaçılarının birinci milli forumu keçirilmişdir FOTO (YENİLƏNDİ)

AZpress.AZ xəbər veriri ki, 10 Mart 2014-cü il tarixində Bakıda “Park Inn” otelində Azərbaycan Vikipediyaçılarının I Milli Forumu keçirilmişdir.
Forumun məqsədi bu sahənin mütəxəssislərini bir araya gətirərək, Azərbaycan Vikipediyasının mövcud durumu ətrafında fikir mübadiləsinin aparılması, problemlərin və onların həlli yollarının müzakirəsindən ibarət oldu.
Eyni zamanda forum müddətində Vikipediyanın inkişafı istiqamətində əsaslı addınlar atılması üçün fəaliyyət planının hazırlanması və Azərbaycanda Vikipediyanın inkişafını təmin etmək üçün təkliflər paketinin hazırlanması nəzərdə tutuldu.
Forum ölkənin Vikipediya mütəxəssisləri və istifadəçiləri, ziyalılar və elm adamları, internet ictimaiyyətinin fəalları, ictimai sferanın nümayəndələrinin iştirakı ilə baş tutdu. İki paneldən ibarət olan forumun birinci panelində vikipediyada olan mövcud probləmlər hakkında danışıldı,ikinci paneldə isə təkliflər dinlənildi və müzakirə olundu.Panelin birinci hissəsində moderator Rauf Mardiyev,spikerlər : millət vəkili Aydın Mirzəzadə,Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı,İradə Ələkbərova,Rasim Mahmudov oldu.Panelin ikinci hissəsində isə moderator: İradə Ələkbərova,spikerlər: Orxan Quliyev,Fərid Sadıxlı,Elgün Ataliyev oldu.

Vikipediya dünyanın ən böyük açıq onlayn ensiklopediyasıdır. Burada 287 dildə 30 milyondan çox ensiklopedik məqalə cəmlənmişdir. Azərbaycandilli Vikipediyada isə məqalələrin sayı hal-hazırda 98 000-dır.

 

Martın 10-da Bakıda “Vikipediya virtual ensiklopediyası Azərbaycanda: problemlər və perspektivlər” mövzusunda Azərbaycan vikipediyaçılarının birinci milli forumu keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd etmişdir ki, Vikipediya hazırda məlumat mənbəyi olmaqla yanaşı, siyasi mübarizə müstəvisidir. Onun sözlərinə görə, hazırda bir gündə Azərbaycan dilində orta hesabla 20 məqalə hazırlanır ki, bu da il ərzində 6 min məqalə deməkdir. “Bu azdır. Biz Vikipediya hərəkatının cəmiyyətin daxilinə yeridə bilməmişik. Çox yaxşı olardı ki, Vikipediyaya elm və təhsil müəssisələri qoşulsun, universitetlərdə vikipediya qrupları yaradılsın. Mətbuat da Vikipediya ilə bağlı məlumatlara yer ayırmalıdır. Bu bir ziyalı fəaliyyətidir”, - deyə o bildirmişdir.
Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı öz növbəsində qeyd etmişdir ki, elm aləmində Vikipediyanın rolu ondan ibarətdir ki, bu resurs yol göstərir, ilkin məlumat verir.
Azərbaycanda Vikipediya hərəkatının gec başladığını deyən Hamlet İsaxanlının sözlərinə görə, Azərbaycan Vikipediyaya qoşulduğu ilk vaxtlarda müsəlman ölkələri arasında 5-ci yerdə idi. “Amma getdikcə bu proses zəiflədi. Bu işi canlandırmaq üçün kütləvilik lazımdır. Bunun vacibliyi məsələsini tələbələr arasında geniş yaymaq lazımdır”, - deyə o qeyd etmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı İradə Ələkbərova çıxışında vikicəmiyyət haqqında danışmışdır. O bildirmişdir ki, hazırda Azərbaycandan Vikipediyada 70 min insan qeydiyyatdan keçmişdir, amma buna baxmayaraq, məqalələrin sayı çox azdır: “Materialların sayını artırmaq üçün vikicəmiyyəti fəallaşdırmaq lazımdır. Alimlər və tələbələr birlikdə fəaliyyət göstərməlidirlər. Vikicəmiyyətin formalaşması üçün seminarlar, simpoziumlar vasitəsilə diqqət cəlb etmək lazımdır. Azərbaycanda vikimaniya konfransı keçirməklə bütün dünyanın vikipediyaçılarını Bakıya toplamaq olar”.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun digər əməkdaşı Rasim Mahmudov da Azərbaycanda Vikipediya fəaliyyətinin zəif olduğunu qeyd edərək gəncləri bu işə fəal qoşulmağa dəvət etmişdir.

_ _ _ _ _

 

Martın 10-da Bakıda Azərbaycan vikipediyaçılarının “Vikipediya virtual ensiklopediyası Azərbaycanda: problemlər və perspektivlər” mövzusunda birinci milli forumu işə başlamışdır.
AzərTAc xəbər verir ki, forumda vikipediya idarəçiləri, sosial media mütəxəssisləri, alimlər və ictimaiyyət nümayəndələri Azərbaycan vikipediyasının mövcud vəziyyətini, problemləri və onların həlli yollarını müzakirə edirlər. Müzakirələrin nəticəsi olaraq milli vikipediyanın inkişafı istiqamətində əsaslı addımlar atılması üçün fəaliyyət planının və təkliflər paketinin hazırlanması nəzərdə tutulur.
Vikipediya dünyanın ən böyük açıq onlayn ensiklopediyasıdır. Burada 287 dildə 30 milyondan çox ensiklopedik məqalə cəmlənmişdir. Azərbaycandilli vikipediyada isə məqalələrin sayı 98 minə çatır. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !