İRƏLİ Karyera inkişaf məktəbi adlı yeni layihəyə start verir -

“İRƏLİ” “Karyera inkişaf məktəbi” adlı yeni layihəyə start verir

“İRƏLİ” İqtisad Mərkəzi və “Dahi” Təlim və Konsultasiya Mərkəzinin birgə əməkdaşlığı ilə “Karyera inkişaf məktəbi” adlı yeni layihəyə start verilir.

Layihədə özəl sektorda çalışmaq istəyən gənclərin idarəetmə bacarıqlarına yiyələnməsi yönümündə təlimlərin keçirilməsi nəzərdə tutulur.

Layihə iki ay ərzində davam edəcək və iştirakçılar nəzəriyyə ilə yanaşı, praktiki biliklər də əldə edəcəklər. Layihə ərzində iştirakçılara “İdarəetmə bacarıqlarının əsasları”, “Rəhbərin şəxsi effektivliyi”, “Müasir liderin 7 bacarığı”, “Time Menecment. Öhdəliklərin ötürülməsi”, “Şəxsiyyətin brendləşməsi. Bacarıqlı və tələb olunan brend yaratma” və bu kimi mövzuları əhatə edən proqram tədris olunacaq.

Layihədə iştirak etmək istəyən şəxslər 15 mart 2014-cü il tarixinə qədər “İRƏLİ” İctimai Birliyinin rəsmi saytında yerləşdirilən elektron ərizə formasını dolduraraq müraciət edə bilərlər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !