Azərbaycan Vikipediyaçılarının Forumu keçiriləcək -

Azərbaycan Vikipediyaçılarının Forumu keçiriləcək

10 Mart 2014-cü il tarixində Bakıda Park Inn otelində Azərbaycan Vikipediyaçılarının I Milli Forumu keçiriləcək.

AzPRESS xəbər verir ki, forumun məqsədi bu sahənin mütəxəssislərini bir araya gətirərək, Azərbaycan Vikipediyasının mövcud durumu ətrafında fikir mübadiləsinin aparılması, problemlərin və onların həlli yollarının müzakirəsindən ibarətdir. Eyni zamanda forum müddətində Vikipediyanın inkişafı istiqamətində əsaslı addınlar atılması üçün fəaliyyət planının hazırlanması və Azərbaycanda Vikipediyanın inkişafını təmin etmək üçün təkliflər paketinin hazırlanması nəzərdə tutulub.

Forum ölkənin Vikipediya mütəxəssisləri və istifadəçiləri, ziyalılar və elm adamları, internet ictimaiyyətinin fəalları, ictimai sferanın nümayəndələrinin iştirakı ilə baş tutacaq. 100 nəfərin qatılacağı tədbirdə iştirak etmək istəyənlər üçün onlayn ərizə formlalarıwww.wikimedia.az saytında yerləşdirilib. Arzu edənlər 7 Mart tarixinə kimi qeydiyyatdan keçərək forumda iştirak üçün müraciət edə bilərlər.
Vikipediya dünyanın ən böyük açıq onlayn ensiklopediyasıdır. Burada 287 dilində 30 milyondan çox ensiklopedik məqalə cəmlənmişdir. Azərbaycandilli Vikipediyada isə məqalələrin sayı hal-hazırda 98 000-dir.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !