Sağlam nəqliyyat – Sağlam gənclik velolayihəsi yekunlaşıb - FOTO

“Sağlam nəqliyyat – Sağlam gənclik” velolayihəsi yekunlaşıb FOTO

Gənclər Turizm İctimai Birliyi, “Təbiət Dostları” Gənclər İctimai Birliyi, “İRƏLİ” İctimai Birliyi, Yaşıl Velosipedçilər Klubu, Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə əməkdaşlığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Sağlam Nəqliyyat - Sağlam Gənclik” adlı velolayihə yekunlaşıb.
Layihə çərçivəsində gənc fəallar üçün 22 fevral tarixində nəzəri təlimlər, 23 fevral tarixində isə Milli Parkda praktiki olaraq velotəlim proqramı təşkil olunub.
Təlim proqramlarından sonra 1 mart tarixində Azadlıq meydanı – Xətai metrosu - Azadlıq meydanı marşrutu üzrə 50 nəfərdən çox gəncin iştirakı ilə velotur həyata keçirilib. 2 mart tarixində isə layihənin yekunu olaraq Bakı şəhərində velosiped satışı ilə məşğul olan firmaların iştirakı ilə Park Bulvar AVM-də VeloSərgi və bağlanış mərasimi baş tutub.
Qeyd edək ki, layihə Bakı şəhərində velosipedin təbliğ edilməsi məqsədi ilə təlim proqramı, velotur və velosərginin keçirilməsi kimi fəaliyyətləri özündə cəmləyib və ümumilikdə 100 nəfərdən çox gənci əhatə edib. Layihənin davamlılığını təmin etmək məqsədilə növbəti aylarda Azərbaycanın digər şəhərlərində bu kimi velotəlimlər və veloturların keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, layihənin keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili və gənclər arasında sağlam həyat tərzinin aşılanması prosesində velosipedin rolunun artırılması olub.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !