Bir Xocalı sakinin Xocalı boyda həyat hekayəsi - FOTO

Bir Xocalı sakinin Xocalı boyda həyat hekayəsi FOTO

Bu gün Goranboyda yaşayan Xocalı sakini Valeh Hüseynovun evində qonaq olduq. Onun yaşadığı şəhərciyin tam mərkəzində Xocalı səhidlərinin xatirəsinə ucaldılmış abidə ora gələn bütün insanların ilk diqqətini çəkən görüntüdür. Elə Valehdə öz eyvanından baxarkən ilk gördüyü görüntü ora olur...
Həmsöbətimiz öz həyat hekayəsini danışmağa başladı..
V.Hüseynov 1968-ci ildə Xocalı şəhərində anadan olub, uşaqlığı və gəncliyi Xocalı şəhərində keçib. O həqiqi hərbi ximətini Almaniya demokratik respublikasında başa vurub. Mənfur düşmənlərimizin məkirli niyyətləri xalqımıza bəlli olduğu zamandan etibarən V.Hüseynov öz torpaqlamızın müdafiyəsinə qalxmışdır. O özunə məxsus ov silahı ilə gecə gündüz doğma şəhərinin keşiyini çəkməyə başlamışdır. Onlar dəfələrlə düşmən hücumlarına məruz qalmışlar. Lakin öz cəsarətləri sayəsində düşmənin bütün hücumlarını itki vermədən dəf etmişlər. fevralın 25-i gecəsində isə...
-25 günü mən post növbəmi döyüşçü yoldaşlarıma təhvil verib evə gəlmışdim. Evə gəldiyim zaman məni həyat yoldaşım qarşıladı. Onda mən 4 ay idi ki, ailə qurmuşdum. Çox yorğun idim evdəkilər məndən vəziyyət barədə soruşdular mən isə müşahidə etdiklərimizi onlara demədim. Açığı onları qorxudmaq isdəmirdim ancaq vəziyyətin yaxşı olmadığını onlara başa saldım. Sanki həyat yoldaşım faciyəni hiss etmişdi. Mən onunla xeyli söhbət elədim. O mənə yazdığı şer dəftərini çıxarıb göstərdi dəftərə nəzər yetirdiyimdə gödüm ki, orada bizim sevgimizdən və xoşbəxtliyimizdən bəhs edən şerlər yer alır. Bunu rəhmətlik özü yazmışdı. Mən isə onun şer yazmağından xəbərsiz idim. Ondan soruşdumki niye şer yazdığını mənə daha əvvəl bildirməmisəm? O öz cavabında bilmirəm mənə elə gəlirki bu gün mənim son günümdur dedi. Elə həmin vaxtlar birdə gördümki atışma düşdü onda saat 22:30 radələri idi. Sən demə düşmən şəhəri dörd bir yandan mühasirəyə alıb. Onlar bütün evlərə iri çaplı silahlardan və ağır hərbi texnikalardan atəş açırdılar. Atəş o qədər şiddətli idi ki, həyətlərdəki ağacları belə qırıb yerə tökürdü. Biz evdən çox çətinliklə, sürünə-sürünə çıxdıq. Onda artiq düşmən bizim 100-150 metirliyimizdə idi. əhalinin xeyli hissəsi öz evlərini tərk etmişdi. 366-cı alayın ağır döyüş texnikaları və xeyli sayda piyada küçələrdə insanlara atəş aça-aça irəliləyirdilər. Bizim dəstədə isə 4 avtomat və bir neçə ov tüfəngləri var idi. Biz aftomatla atəş açdığımız nöktəyə düşmən tank atəşilə cavab verirdi. Biz bununla düşmənin qarşısını ala bilməyəcəyimizi anladıq. Geri çəkilərək əhalinin çıxmasına kömək eləməyə başladıq. Beləliklə biz Xocalının ayaq tərəfində Qar-qar ilə Tər-tər çaylarının qovuşduğu yerə gəldik. Əhalinin çox hissəsi ora yığılmışdı. Biz istəyirdik ki, əhalini Kətik dağından keçirərək Xocalıdan çıxaraq. Həmin vaxtı biz yaxınlıqdaki poçta girdik poçtun müdiri Cavan adlı oğlan idi. Biz çalışırdıq ki, Şuşa və Ağdamla əlaqə saxlayaraq onlara vəziyyət barədə məlumat verək. Lakin nə qədər çalışdıqsa əlaqə saxlaya bilmədik. Çünki bütün rabitələr kəsilmişdi. Dərhal oradan çıxaraq əhalinin yanına gəldik və əhali ilə birlikdə Kətiyin meşəsinə doğru irəllədik. Əhali ilə yol getmək çox çətin idi çünki onların içində əsasən qocalar və uşaqlar çoxluq təşkil edirdi. Orada elə vəziyyətlər olurduki mən 50 nəfərdə çox insani bir-bir kürəyimə alaraq çaydan keçirirdim. Həmin gecəni səhərə qədər yol gəldik. Artıq mən taqətdən düşmüşdüm. Biz onda Ağdərə ilə Ağdamın arasında yerləşən Qaraqaya deyilən yerin 2-3 km-lik yaxınlığında idik. Orada iki meşənin arasında boş sahə var idi. Biz sahəyə doğru irəliləmək məcburiyyətində idik. əhalinin tamamı açıq sahəyə çıxdığı bir vaxtda ermənilər dayanmadan şiddətli atəş açmağa başladılar. Sən demə düşmən ordusu bizi izləyərək pusquya salıblar. Inanın ki, mən hələ yer üzündə belə vəhşilik görməmişəm. Heç bunu ən vəhşi, quduz heyvan belə etməzdi! Onlar bilərəkdən uşaqlara, qocalara və Hamilə qadınlara atəş açırdılar. Həmin vaxt orada hardasa 500 yaxın insan qətlə yetirdilər.
Biz sağ qalan insanları çox çətinliklə atəş mövqeyindən çıxardaraq meşəyə doğru apardıq. Aramızda yaralılar var idi hərəkət eləmək dahada çətinləşmişdi. Yaralı qadın və uşaqlara əsasən yoldaşım kömək edirdi. Sağ qalan insanlardan elələri var idiki onlar donaraq öldülər. Biz döyüşçü yoldaşlarımızla düşmənin qabağını kəsərək əhalini Ağdamın Şelli kəndi istiqamətinə keçməyini təmin etdik. əhali xeyli aralaşdıqdan sonra bizdə geri çəkilməyə başladıq. Mən camahata çatdiqda yoldaşımı camahatin içərisində görə bilmədin. Camahat mənə onun bir neçə nəfərlə birlikdə qaldığını söylədi. Mən yenidən geri qayitdim hardasa 3 km. getdikdən sonra onları tapdım. Yoldaşımla bərabər bir neçə qadın və uşaqlarda var idi. Mən onları götürərək qayitmağa başladım. Hardasa 500 metr aralaşandan sonra tamamilə blakadaya düşdük. Qadın və uşaqları sürünərək vəziyyətdən çıxarmaq isdəyirdim. Mən onlrın baş hissəsində mənimlə qayıdan səlim isə ayaq hissəsində idi. Düşmən gülləsi ətrafımıza yağış kimi səpilirdi. Yalnız iki aftomat silahımız var idi. Bizdə əhalini qorumaq üçün tez-tez atəş açırdıq. Gülləmiz tükənmək üzrəydi çalışırdıq ki, mümkün qədər əhalini vəziyyətdən çıxaraq. Demək olar ki, artıq son güllələrimizidə atdıq. Ümid ancaq Allaha qalmışdı... beləliklə biz dahada surətlə hərəkət eləməyə başladıq və birdən yoldaşımın qıçqırtısını eşitdim. Mən tez ona yaxınlaşdım. O, yerdə hərəkətsiz vəziyyətdə qalmışdı. onu sürüyərək çıxarmaq istədim, ancaq o ellərimdən tutaraq gözlərimin içinə baxdı. Sən demə bu onun mənə son baxışları imiş. Belədə oldu.. O vəfat etdi!
Insanları həmin ərazidən çıxarsaqda mən çıxmadım. Onu tərk edə bilmədim. Qəti qərarım ya onu çıxarım, yada ki, mənidə vursunlar. Dəfələrlə məni çağırdılar ki, mən ordan çəkilim. Lakin elə şərait yarandı ki, mən ermənilərlə elbəyaxa qaldım biri ilə vuruşmağa başladım və birdən boynumun arxasından güclü zərbə aldım. Huşumu itirərək yerə yıxıldım...
Valeh ermənilərə əsir düşür. Talehi onu ən amansız zülmlərdən salamat çıxarır. Barmaqların sındırırlar, Əllərin qızmar peçə salaraq yadırırlar, onun bütün dırnaqların və dişlərin çəkirlər Hətta ermənilər Valeh Hüseynovu qəsdlə döyüş meydanında atırlar ki, ölsün. Lap yaxınlığından Azərbaycan əsgərləri keçsə də, şansı gətirmir - yaralı halda döyüldüyündən tərpəməyə, səsini çıxarmağa taqəti olmur. Yenidən ermənilərin əlinə keçəndə düşmən onun ölmədiyinə təəccüb edir. Əsirlikdən geri alınanda yaşamağa ümidi qalmasa da, həyata dönə bilir. O, faciədən öncəki illərinin xatirəsinə söykənib yaşayır hələ ki...

Xocalıya getmək üçün özündə güc axtarır.

Valeh gitara ifaçısıdır. Deyir ki, ömrünün ən şux nəğməsini Xocalı torpağında sevgilisinin ruhu qarşısında səsləndirəcək. Amma gitara ilə yox: Qanı qanla yuyan silahla...

Elgün Rəhimov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !