"103" Təlim Mərkəzi layihəsinin bağlanış mərasimi keçirilib - FOTO

"103" Təlim Mərkəzi layihəsinin bağlanış mərasimi keçirilib FOTO

"İRƏLİ" Tibb Klubu və "Sağlam Ailə" Klinikasının birgə əməkdaşlığı ilə keçirilən "103" Təlim Mərkəzi layihəsinin bağlanış mərasimi baş tutub.
"İRƏLİ" Tibb Klubunun rəhbəri Aytac Kərimli və "Sağlam Ailə" Klinikasının İctimai əlaqələr şöbəsinin rəhbəri Nigar Rüstəmli öncə layihə haqqında öz fikirlərini bölüşüb və layihənin əhəmiyyətindən danışıblar. Tədbirdə “İRƏLİ” Tibb Klubunun və “Sağlam Ailə” Klinikasının birgə əməkdaşlığı ilə gələcəkdə bir neçə layihələrin keçirilməsi də qeyd edilib.
Daha sonra layihə iştirakçılarına sertifikatlar təqdim olunub. Həmçinin "Sağlam Ailə" Klinikası tərəfindən iştirakçılara tibbi kitablar, Gənclər Kuponu, check-up müayinələrə endirim kuponları da hədiyyə edilib.
Qeyd edək ki, layihə çərçivəsində “Sağlam Ailə” Klinikasında 6 həftə ərzində, həftədə bir dəfə olmaqla klinikanın həkimləri tərəfindən həkim deontoloqiyası, vaksinasiya, inyeksiyalar mövzularında seminarlar və zəhərlənmələr, qanaxmalar, sınıqlar, çıxıqlar ilkin tibbi yardım mövzularında isə praktiki təlimlər keçirilib.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !