Xocalını unutma adlı aksiya həyata keçirilib - FOTO

“Xocalını unutma” adlı aksiya həyata keçirilib FOTO

 “İRƏLİ” İctimai Birliyi “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində Xocalı faciəsinin 22-ci il dönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirir.
25 fevral tarixində Xocalı faciəsinin 22-ci il dönümü ilə əlaqədar “Xocalını unutma” adlı aksiya həyata keçirilib.
Aksiya çərçivəsində “İRƏLİ” üzvləri tərəfindən “Xocalı haqda 20 fakt” məlumatlandırıcı bukletlər və “Xocalı faciəsini unutmuruq” yazılı lentlər şəhər sakinlərinə paylanılıb.
Aksiyanın məqsədi paytaxt sakinlərinə tarix boyu erməni millətçilərinin xalqımıza qarşı törətdikləri ağır cinayətlər haqqında məlumat verməkdən ibarət olub.


Həmçinin “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, mərkəz və klub rəhbərləri, fəallar faciənin 22-ci ildönümü ilə əlaqədar Xocalı abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri düzülüb və soyqırım qurbanlarının xatirəsi dərin ehtiramla yad edilib.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !