Sağlam nəqliyyat – sağlam gənclik velolayihəsinin açılış mərasimi keçirilib - FOTO

“Sağlam nəqliyyat – sağlam gənclik” velolayihəsinin açılış mərasimi keçirilib FOTO

22 fevral tarixində “World Business Center”də Gənclər Turizm İctimai Birliyi, “Təbiət Dostları” Gənclər İctimai Birliyi, “İRƏLİ” İctimai Birliyinin Turizm Klubu, Yaşıl Velosipedçilər Klubu və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə əməkdaşlığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Sağlam Nəqliyyat - Sağlam Gənclik” velolayihəsinin açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən “Təbiət Dostları” Gənclər İctimai Birliyinin təsisçisi Elşən Nuriyev tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, artıq bir çox xarici ölkələrdə velosiped əsas nəqliyyat vasitəsi kimi istifadə olunur. Bunun Azərbaycanda da geniş yayılması ekologiyanın mühafizəsində böyük rol oynaya bilər.
“İRƏLİ” İctimai Birliyinin Nəzarət Təftiş Komissiyasının sədri Xəqani Fərəcov “İRƏLİ” tərəfindən mütəmadi olaraq bu sferada layihələrin təşkilinə və gənclər arasında sağlam həyat tərzinin təbliğinə xüsusi önəm verildiyini bildirib.
Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndəsi Pərviz Musayev, “Təbiət Dostları” Gənclər İctimai Birliyinin sədri Elman Əskərov və “İRƏLİ” İctimai Birliyinin Turizm Klubunun rəhbəri Ülviyyə Qəhrəmanlı çıxışlarında layihənin məqsədindən, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onların arasında sağlam həyat tərzinin aşılanması prosesində velosipedin rolunun artırılmasından danışıblar.
Qeyd edək ki, 1 mart tarixində gənclərin iştirakı ilə Milli Parkda velotur həyata keçiriləcək. 2 mart tarixində isə Bakı şəhərində velosiped satışı ilə məşğul olan firmaların iştirakı ilə Park Bulvar AVM-də VeloSərgi və layihənin bağlanış mərasimi baş tutacaq.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !