İRƏLİ Macarıstanın Subjective Values Fondu ilə əməkdaşlıq görüşü keçirib -

“İRƏLİ” Macarıstanın “Subjective Values” Fondu ilə əməkdaşlıq görüşü keçirib

19 fevral tarixində “İRƏLİ” İctimai Birliyi Macarıstanın “Subjective Values” Fondu ilə əməkdaşlıq görüşü keçirib.
“İRƏLİ” İctimai Birliyinin baş katibi Azər Abdullayev və Beynəlxalq əlaqələr üzrə katib Türkan Vüsət qızı Macarıstanın “Subjective Values” Fondunun İdarə Heyətinin sədri Marsel Lorinzi qəbul edib.
Qonağa öncə “İRƏLİ” strukturu, fəaliyyət istiqamətləri, layihələri, xarici əlaqələri haqda geniş məlumat verilib. Daha sonra qonaq “İRƏLİ” Gənclik Mərkəzi ilə yaxından tanış olub.
Qeyd edək ki, Marsel Lorinzin Azərbaycana səfər etmə məqsədi aprel ayında Macarıstanda Azərbaycan və Macar gənclərinin birgə iştirakı ilə baş tutacaq layihə haqda məlumat vermək və yerli təşkilatlarla görüşmək olub.
“Sharing best Practices on Fundamental Human Rights in Hungary and Azerbaijan” adlı layihə aprel ayında Macarıstanın Budapeşt şəhərində baş tutacaq. Layihənin əsas məqsədi gənclərin mədəni mübadiləsini həyata keçirmək, iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsidir. Tədbirdə Azərbaycandan 20 nəfər gəncin iştirakı planlaşdırılır.
Qeyd edək ki, “İRƏLİ” İctimai Birliyi layihənin təşkil olunmasında dəstək göstərir.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !