Yeni İstedad layihəsinin I seçim turu keçirilib - FOTO

“Yeni İstedad” layihəsinin I seçim turu keçirilib FOTO

“İRƏLİ” İctimai Birliyinin Mədəniyyət və İncəsənət Mərkəzi, Osmanlı Film, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası, “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkəti, 19 qrup, 28 Cinema və İlkmedianın birgə təşkilatçılığı ilə həyata keçirilən “Yeni İstedad” layihəsinin I seçim turu keçirilib.
28 Cinemada baş tutan layihənin I seçim turunda münsiflər heyəti tərkibində yer alan əməkdar artist Vəfa Zeynalova, Bakı Uşaq Teatrının rəhbəri İntiqam Sultan və əməkdar artist, Azərbaycan Dövlət Dram Teatrının aktyoru Elxan Quliyev, layihə rəhbəri Kəmalə Quliyeva və Osmanlı Filmin baş prodüsseri İsmayıl İsmayılov iştirak ediblər.
Münsiflər heyəti qeyd edib ki, bu tip layihələr gənclərin inkişafında çox vacibdir. Gənclər öz üzərlərində daha çox işləməli və onlara verilən bu imkandan maksimum yararlanmalıdırlar.
Daha sonra isə özünə güvənən gənc istedadlar münsiflər qarşısında öz bacarıqlarını nümayiş etdiriblər.
Bildirək ki, ümumilikdə 200 nəfərdən çox layihədə iştirak üçün müraciət edib. Müaraciətlər asasında 80 nəfər iştirakçı I seçim turuna qatılıb.
Qeyd edək ki, ikinci turu uğurla başa vuran iştirakçılara daha sonra professional aktyorlar tərəfindən master-klas təşkil olunacaq.
Xatırladaq ki, layihənin əsas məqsədi istedadlı və bacarıqlı insanların üzə çıxarılması, film və teatr səhnələrinə yeni istedadların cəlb olunmasını təmin etməkdir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !