"Psixologiya Akademiyası 2" layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir - FOTO

"Psixologiya Akademiyası 2" layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir FOTO

15 fevral, tarixində “İRƏLİ” İctimai Birliyi və V.S Training " Psychology Centerlə birgə keçirdiyi";Psixologiya Akademiyası 2" layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir.

“OPERATİV PSİXODİAQNOSTİKA” və ya 60 saniyədə insanın tanınması və idarə olunması mövzusunda baş tutmuş təlimdə iştirakçılara ünsiyyət zamanı birbaşa hansısa testləri tətbiq etmədən, peşəkar şəkildə həmsöhbətinizin professional xüsusiyyətləri və kommunikativ bacarıqları barədə lazımi informasiyanı əldə edə biləmə bacariğı, isteroid psixotipi, epileptoid psixotipi, paranoyal psixotipi ,emotiv psixotipi şizoid psixotipi ,həyacanlı psixotipi ,depressiv-kədər psixotipi, hipertim psixotipi, psixoportretin qurulması və.s haqqında məlimat verilmişdir.

“OPERATİV PSİXODİAQNOSTİKA” və ya 60 saniyədə insanın tanınması və idarə olunması mövzusunda baş tutmuş təlim “Yalanın Beynəlxalq Araşdırılması Akademiyası”nın Mütəxəssis profayleri, biznes təlimçi, yalan üzrə ekspert –Təbriz Hacıyev tərəfindən aparılmışdır.

Sonda içtirakçıların sualları nəzəri və praktik olaraq mütəxəssis tərəfindən cavablandırılmışdır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !